XƏBƏR LENTİ

24 İyun 2019
23 İyun 2019

Digər Xəbərlər

16 Aprel 2019 - 13:12

PAŞİNYANIN “TOST” HÖKUMƏTİ YENİ İNQİLABA APARIR: “cəhənnəm qapıları” uçub, cəmiyyətin bütün əxlaqsızlıqları üzə çıxıb – Təhlil

Karpis Paşoyan

ru.1-in.am (Ermənistan), 16.04.2019

 

İnqilabdan sonra Ermənistan qarşısında duran ən önəmli çağırış idarəçilik sisteminin dağılmasının qarşısını almaq və əski sistem əsasında yenisini qurmaq idi. Deyəsən, birinci problem həll olunub. İdarəçilik sistemi pozulmayıb və dövlət gərəksiz sarsıntıdan yayınmağı bacarıb. Amma ikinci sistem hələ də həll edilməmiş və asılı vəziyyətdə qalır.

Özəlliklə Nikol Paşinyan hökuməti effektli və saat dəqiqliyi ilə işləyən idarəçilik sistemi qurmağa nail olmayıb.

İndiki idarəçilik sistemi əskinin yamaq vurulmuş və yırtılmış variantıdır. Yəni yerindən çətinliklə dəbərən və ətalət gücü ilə hərəkət edən, bəzən öz-özünə və bəzən baş nazirin nüfuzu ilə şərtlənən hibrid sistemlə işimiz var. “Badalaq” təzahürləri yetərincə tezləşib, yəni ayrı-ayrı müəssisələr və onların tərkibindəki idarələr çaxnaşma, çaş-başlıq içindədir və qarşılarına qoyulan vəzifələri həmişə gərəyincə həyata keçirmirlər. Mükafatlara çaş-başlığı ötəri yönəldilən etmək vasitəsi kimi baxılır. Təsadüfi deyil ki, məhz DGK (Dövlət Gəlirlər Komitəsi-red.) işçiləri hamıdan çox mükafatlandırılır, çünki bu sistemdə nəzarətdən çıxmaq meyli daha çoxdur.

Serj Sərksyanın idarəçiliyi dönəmində dövlət institutlarının işində ilham qaynağı rüşvət və qorxu idi. Amma indi nə rüşvət var, nə də qorxu və bundan çıxış etməklə iş üçün ilham qaynağı da yoxdur. Paşinyan hökuməti hələlik alternativ göstərə bilməyib.

Bütün bunlardan savayı, dövlət inqilabın nəticələrini tam aradan qaldırmağı bacarmayıb. İnqilabi ruh özünün ağır iştirakını görünməz şəkildə saxlamağı davam etdirir. Başqa sözlə, inqilab gəldi və “cəhənnəm qapıları”nı uçurtdu, nəticədə cəmiyyətin bütün əxlaqsız təzahürləri azadlıq əldə edib, dustaq “ruhlar” kimi qəfəsdən pırıldayıb.

Ermənistanın şəhər və kəndlərindəki kiçik inqilabi təzahürlər deyilənlərin parlaq sübutudur. İndiki anda kəndlər özlüyündə hakim güc üçün, bu sözün birbaşa mənasında, ən böyük təhlükədir. Kənd icmaları qarşısında duran ən qəliz problemlər həll olunmaz və asılı qalmağı davam etdirərsə, Paşinyan hökumətinin məğlubiyyətinin başlanğıcı məhz kəndlərdən başlanar.

Problem bundadır ki, hökumət kənd icmalarının inkişaf və islahat proqramını hələ də təqdim etməyib. İş söz və “tost”dan o yana keçməyib. Qabaqlar problemlər vilayət qəbilələrinin müdaxiləsi və kəndliləri könüllü köləliyə məhkum edən kreditlərlə boğulurdu. Serj Sərksyanın bu fəndi daha işləmir, MSX (Milli Statistika Xidməti-red.) rəisi David Sanasaryanın “danışıqlar aparmaq bacarığı” isə ağır durumu uzun müddət sabit saxlaya bilməz.

Hakim güc bu suala hələ cavab verməyib ki, nəhayət, tədarük prosesini necə təşkil edəcək. Deyəsən, təbiət bu il Paşinyanın tərəfində deyil və bol məhsul gözlənilir. Hökumət isə bu dedikcə qəliz prosesə hazırlaşmaq əvəzinə ən önəmli altsistemi ehtiyatsız addımlarla yavaş-yavaş məhv edir.

Yeri gəlmişkən, David Sanasaryana elçilik missiyası verilməsi faktı ondan xəbər verir ki, hakim güc inqilab məntiqindən hələ çıxmayıb. Görünür, başqa izahat yoxdur, çünki belə bir müdaxiləyə yalnız  fövqəldurumun varlığı ilə haqq qazandırmaq olar. Əks halda MSX rəisi yerli idarəçilik qurumlarında meydana çıxan problemlər zamanı vasitəçi kimi, sadəcə, çıxış edə bilməz. Bu, Sanasaryanın səlahiyyət çərçivəsindən qırağa çıxır. MTS (məcburi tibbi sığorta-red.) ilkin mandatla konstitusion institutdur və onun özünüidarəçiliyinə ER Konstitusiyası və Avropa Yerli Özünüidarəçilik Xartiyası tərəfindən zəmanət verilib.

Paşinyan bunun əvəzində özünün  inqilabi fəlsəfəsi ilə yerli özünüidarəçilik kimi belə bir mühüm institutu yerlə yeksan edir ki, bu da qarışıqlığı daha da ağırlaşdırır. Kənd icması-marzpetaran-hökumət (marzpetaran-yerli hökumət-red.) üzvi bağlılığı dağıdılıb, marzpetaranlar isə bir insitut kimi boş məkana dönüb.

Bu problemlər hələlik görünmür, baş nazirin yüksək ahəngi və populizmi tüstülənən ocağı hələ də gizlədə bilir, gündəlik uzunçuluq  dövlətin özülünə qoyulmuş minanı görünməz edir. Paşinyan bu dolaşıqlığın nizamlanması üçün gec, ya tez addımlar atmasa, mina hökmən partlayacaq. Dövlət idarəçiliyi sistemi və institutları nəzarət edilməyən hərc-mərclik, yamaq vurulmuş və çürümüş özüllər şəraitində əbədi fəaliyyət göstərə bilmir.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə