XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

18 Aprel 2019 - 22:35

AVROPANIN QƏLBİNDƏ “15 APREL” ƏMƏLİYYATI… –Kilsədə yanğın kimləri gücləndirəcək, nələri dəyişəcək? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 18 aprel 2019-cu il

 

Günlərdir hər kəs İstanbul seçkilərinin nəticələrini müzakirə edir. Bu, təbiidir. Etirazlara rəğmən, seçki qutularındakı bülletenlər təkrar-təkrar sayılsa da, hadisələrin öz təbii axarında getmədiyi kimi bir hiss formalaşdı.

AKP haqlı olaraq öz etirazlarını dilə gətirdi. Hüquqdan istifadə etmək üçün bütün yolları yoxladı. Ancaq İstanbul vilayətinin seçki komissiyası bu etirazları dəyərləndirmək üçün qəbul etmədən, İmamoğluna vəsiqəsini verdi.

Son söz, əlbəttə, Mərkəzi Seçki Komissiyasınındır. Kimsənin buna qarşı söyləyəcəyi tək bir sözü belə yoxdur. Ola bilməz də. Hüquq nə deyirsə, o da olmalıdır.

Ancaq Türkiyə bu yerli seçkilərlə birlikdə fərqli bir iqlimə büründü. Qlobal münaqişənin ən həyəcanlı sahəsi halına gəldi. Və bu, hələ yeni başladı. Həyəcan davam edəcək və artacaq.

Yaxşı, bəs daxildə siyasi iqlimi dəyişdirəcək addımlar necə atılacaq? Və ortaya kimlər çıxacaq? Xarici qüvvələr bu işin harasındadır? Bunlar önəmli suallardır.

Ancaq öncə Fransaya, Parisə gedək. Çünki Notr-Dam kilsəsindəki yanğının arxa planı məlum olmadan gələcəyi anlamaq elə də asan deyil. Notr-Dam kilsəsində baş verən yanğın haqqında dünən bu köşədə yazmışdım. Ümumiyyətlə, Afrikada ABŞ-la Fransa arasında gedən mübarizəni sizə çatdırmışdım. Uzun zamandır gedən bu mübarizənin tərəfləri haqqında yazıram.

Sahel haqqında da yazdım. Sahel nədir, haradır? Seneqal, Mavritaniya, Mali, Burkina Faso, Niger, Nigeriya, Çad, Sudan və Eritreyadan ibarət olan “Afrika kəməri”dir. “Bir kəmər, bir yol” layihəsinin Afrikadakı kəməridir. Doğrusu, xəritəni açıb baxsanız “Afrika kəməri”nin nə qədər anlamlı və strateji əhəmiyyətli olduğunu görərsiniz.

ABŞ, Sudanı qarışdıraraq çevriliş etməklə Fransaya və “İpək yolu”nun önəmli aktyoru olan Çinə qol vurmuşdur. Mübarizənin əsas səbəbi Afrikanın zənginliyi və ona nəzarət etməkdir. Zənginlik fışqıran bu qitə üçün müharibə edilərmi? Əlbəttə.

Doğrusu, NATO əsgərləri uzun zamandır İŞİD terroru ilə mübarizə adı altında Fransanı yuxusuz qoymuşdu. Son dəfə getdiyim zaman əsgərlər Parisin hər bir bucağında yerləşmişdi. Fövqəladə vəziyyət altında olan şəhər günə inqilabla başlayan bir metropolisi xatırladırdı.

Mən bunları yazarkən etiraz uzaqlardan – ABŞ-dan gəldi. Tez-tez bizim televiziya proqramına, yəni “Yaz-poz”a qatılan və dəstək verən MKİ agenti Devid Stil bildirdi ki, Notr-Dam kilsəsində çıxan yanğına başqa cür baxmaq lazımdır. Uzun illər ərzində MKİ üçün işləyən Robert Devid Stil, Parisin qəlbi olan Notr-Dam kilsəsinin yanması ilə bağlı inanılmaz iddialar irəli sürdü. Əslində, onun söylədikləri mənim dediklərimi təsdiqləyirdi. Sadəcə bizə medalyonun digər tərəfini göstərirdi.

Devid Stil qısa və aydın formada bunları çatdırırdı: heç kimsə məni bu yanğının adi bir hadisə olduğuna inandıra bilməz. Öncəliklə, 15 aprel tarixi nəyin ildönümüdür? 15 aprel “Titanik”in aysberqlə toqquşub batmasının ildönümüdür. Hətta eyni saatlardır. O qəzadan sonra dünya dəyişdi. Mərkəzi banklar kimin nəzarətinə keçdi? Bunu anlamadan Notr-Dam kilsəsinin yanmasını anlamaq mümkün deyildir.

Təbii, ABŞ “dərin dövlət”inin ən sehrli dəhlizləri haqqında məlumatlı olan biri sadəcə bununla kifayətlənmirdi. Daha da irəli gedib çox şeylər dilə gətirirdi. Elə şeylər deyirdi ki, elə bil, kəşfiyyat şəbəkəsinin sözçüsüdür. Ancaq çatdırdığı məlumatlar heç bir yerdə tapıla bilməyəcək məlumatlar idi.

Devid Stil paylaşdığı məlumatların arxasındakı qaynağı belə tərif edirdi: “Fransadakı xüsusi qaynaqlarım…” Yəqin ki, MKİ-ni nəzərdə tuturdu.

“Yanğından dərhal sonra bölgəyə gedən Kanada kəşfiyyat zabitinə kim mane oldu?” sualını dilə gətirən Stil, bir sıra maraqlı faktları da ard arda sıralayırdı.

1. Yanğının baş verdiyi iddia edilən yerdə elektrik xətləri yox idi.

2. Yanğında iki adam öldü, onların hər ikisi də açıqca öldürüldü (hər birinin başına bir güllə vuruldu).

3. Yanğınla mübarizə üçün heç bir vertolyot gətirilmədi.

4. Vəzifədən uzaqlaşdırılması belə gözlənilən Makron artıq çox böyük güc qazandı.

MKİ-nin mütəxəssis kadrlarından olan Devid Stil, mənim cızdığım tablonun xaricinə çıxırdı. Əsil gəldiyi yer mənim yazdıqlarımın tamamilə əksinə idi. Amma işarə etdiyi struktur həddindən artıq güclü idi. Stil, yanğının arxa planı ilə bağlı inanılmaz bir çıxış edir və gərginliyi artırırdı. İddiası ilə ABŞ-ın qarşısında yer alan böyük bloka işarə edirdi: yanğın böyük bir əməliyyat idi.

Devid Stil, Notr-Dam kilsəsini yandıranların adlarını belə açıqlayırdı: Fransa Prezidenti Makron, İngiltərə Baş naziri Mey, Almaniya Baş naziri Merkel və Papa Fransis.

O, öz qaynaqlarına əsaslanaraq, əməliyyatın bir “saxta bayraq nümayişi” olduğunu ortaya qoyur və bu hadisənin nəticəsində iki önəmli qurumun – Avropa Mərkəzi BankıAvropa Birliyi Ordusunun (PESCO) önə çıxacağına işarə edirdi.

Hazırda MKİ, Notr-Dam kilsəsinin ABŞ-a qarşı güclü bir Avropa İttifaqının qurulması üçün yandırıldığını düşünməkdədir. Bu səbəblə, inancla bağlı və qəlb qədər dəyərli bir yer seçilməliydi ki, hadisədən sonra bütün Avropa birləşsin.

Yanğından sonra məyus olanlara, göz yaşı tökənlərə və ən önəmlisi, ianə verənlərə baxılarsa, “birləşmə” baş tutmuş kimi görünür.

Stil yanğının arxasındakı ağılı açıqladı. O zaman bir az da dərinə gedək.

“Notre Dame de Sion” məktəbləri var. İstanbulda da var. Bu məktəblər Rotşild ailəsinin dəstəyilə quruldu. Qurucusu Alfons Ratisbonn bankirlik edən bir yəhudi idi. Ailənin 9-cu uşağı idi. Ailəsinə aid bir bankda işləyən zaman baron Rotşild onu Romaya yolladı. Burada “Məryəm ananı gördüm” deyərək, katolik oldu. Adının qarşısına “Məryəm” (Marie) əlavə etdirdi. İllərlə cizvi keşişliyi edən böyük qardaşı ilə birlikdə bu məktəbdən ayrılaraq “Sion qardaşları” icmasını qurdular. Onlar kimi hərəkət edən iki yəhudi qadın da yanlarına gəldi. Onlar da “Sion bacıları” icmasını qurdular. Yəhudilərlə katolikləri bir araya gətirdilər.

Bizim təhsil tariximiz də belə idi. Uşaqları yolladığımız məktəbləri belə tanımazdıq. Təəssüf ki, uzun müddət bilmədən gedirdik. Bu, ayrı bir məsələdir.

Nə isə, yenə yanğın məsələsinə qayıdaq. Kilsə yanğının arxasındakı bloku ciddiyə alarsaq, yəni Stilin sözlərinə inanarsaq, qarşımıza Rotşild ailəsi – Rotşildlər çıxmaqdadır. Çünki Rotşild ailəsi Makronu hakimiyyətə gətirən, Merkeli hakimiyyətdə saxlayan, Papaya güc verən böyük bir strukturdur. İngiltərə, onsuz da, ana vətənləri kimidir. Bir də bu güc balansının üzərinə Rus Pravoslav Kilsəsinin (RPK) açıqlamasını əlavə edin. RPK belə dedi: Notr-Dam kilsəsində baş verən yanğında “bir gizli işarənin olduğuna” inanırıq.

Bundan sonra dünya əvvəlki kimi bir yer olmayacaq. Əgər “Avropa ruhu” ABŞ-a qarşı Avropa daxilində əməliyyat keçirirsə, deməli, gedişat hesab edildiyindən də kritikdir.

“Avropa ruhu” ilə “ABŞ ruhu” Türkiyə daxilində də sərt rəqabət aparacaqdır. Hər bir gücün həm mühafizəkar, həm də dünyəvi kəsim daxilində çox güclü təsiri və bağları mövcuddur. Həmin mübarizə qəti şəkildə bura da daşınacaqdır. İndi ad çəkməyim doğru olmaz, lakin gərginlik gedərək artacaqdır. Bu iki gücün mübarizəsi Türkiyəsiz nəticələnə bilməz. Bu səbəblə, ölkəmizdə burulğanlı dövr yaşanacaqdır.

Tərcümə Strateq.az-ındır