XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

09 May 2019 - 11:06

QAÇILMAZ GÖRÜNƏN AMERİKA-İRAN SAVAŞI:tərəflər sonra nələr ola biləcəyini tam anlamır – Təhlil

Dnyaneş Kamat

Syndication Bureau (ABŞ), 08.05.2019

 

İndi praktik olaraq şübhə qalmayıb ki, İran və ABŞ tammiqyaslı savaşa sarı hərəkətlənir. İranın davranışını dəyişməkdə ABŞ-ın bütün səyləri heç nəyə gətirməyib. Münaqişə indi qaçılmaz görünür.

ABŞ qabaqlar aprelin 22-də bildirib ki, İran neftini idxal edən ölkələrə mayın 2-dən başlayaraq sanksiyalardan  qurtuluş verməyəcək. Gözlənilir ki, İran neftinin ixracı gündə bir milyon barreldən aşağı düşəck, İranın illik gəlirini 50 milyard $ azaldacaq. İran neftinin sanksiyaqabağı maksimal həcmi gündə 2,5 milyon barrel təşkil edib.

Hesab olunur ki, sanksiyaların hədəfi İranın bölgə qonşularına münasibətini dəyişməkdən ibarətdir, amma ABŞ administrasiyasında gizlətmirlər ki, İran rejiminin dəyişildiyi variant da Ağ Evi qane edərdi. İstənilən halda məqsəd İran iqtisadiyyatını diz çökdürmək və ölkə içində siyasi qarışıqlıqlar törətməkdən ibarətdir.

İranın ABŞ-ın müəyyən etdiyi qırmızı cızıqları, məsələn, Hörmüz boğazında ən yaxın vaxtlarda keçəcəyi az ağlabatandır, çünki Tehran ABŞ tərəfdən təcili hərbi cavabla üzləşərdi. O biri yandan, Amerikanın müttəfiqləri bölgəsəl kiçik münaqişələr növündə Vaşinqton siyasətinin məsariflərilə üzləşə bilərlər. Amerika sanksiyaları habelə neft qiymətlərinin artmasına gətirər, bu isə Amerika istehlakçılarına və dünya iqitsadiyyatının durumuna təsir etməyə bilməz.

Ehtimal ki, İran Suriyada hərbi iştirakını artıracaq. Dövlət katibinin Levanta məsələləri üzrə yardımçısının müavini ABŞ Dövlət Departamentinin Suriya üzrə özəl elçisi Coel Reybernin fikrincə, İran Suriyaya İslam İnqilabı Kleşikçiləri Korpusunun (İİKK) hərbi bazalarının qurulması üçün “strateji ön istehkam” kimi baxır. İsrailin bombardmanlarına baxmayaraq, ehtimal ki, İİKK döyüş pilotsuzlarının Suriyada iştirakını saxlayacaq. İran pilotsuzlarının İsrail sərhədinə yaxınlığı Təl-Əviv tərəfindən diqqətsiz qalmayacaq. Gözlənilir ki, İranın İİKK-ə bağlı şirkəti oktyabrda Latakiya – Suriyanın baş ticarət  limanı üzərində nəzarət əldə edəcək. Bu, İrana öz mövqeyini bərkitməyə yardım edəcək və Suriyadakı zəfərdən sonra, ehtimal ki, diqqətini İsrailə cəmləyəcək “Hizbullah”a silah tədarükü həyata keçirmək üçün Aralıq dənizinə birbaşa çıxış əldə edəcək.

Bundan savayı, İran hərbi gəmiləri Aralıq dənizinin şərq hissəsində İsrail və Misir üçün təhlükə təşkil edə bilər – hər iki ölkə burada qaz yataqlarının işlənməsi üzrə səylər göstərir. Bu qayda ilə ən yaxın bir neçə ayda İran və İsrail arasında təkrarlanan toqquşmalar baş verə bilər.

İran Fars körfəzi bölgəsində ABŞ-ın bölgə müttəfiqləri ilə münasibətlərdə gərginliyi saxlamağı davam etdirəcək. Bunu Səudiyyə Ərəbistanı və BƏƏ-nin təşkilatlarına kiberhücumlar, gözətçi katerlərin neft tankerləri və Amerika hərbi gəmiləri ətrafında fitnəkar hərəkətlər, habelə İran rəhbərliyinin müntəzəm davakar bəyanatları hesabına etmək mümkündür.  İran həmçinin ballistik raketlərin sınağını da keçirə bilər. Tehran daha nə edə bilər? Yəmən husilərini Səudiyyə Ərəbistanının şəhərlərinə raket zərbələri vurmağa, habelə Səudiyyə Ərəbistanı və Bəhreyndə şiələrin etirazlarını təşkil etməyə çağırar.

İİKK İranda ən ciddi siyasi oyunçulardan biridir. İİKK üzüyola siyasi sinif və KİV-lər tərəfindən dəstəkdən yararlanır. ABŞ 2019-un aprelində İİKK-i terrorçu təşkilatlar siyahısına salandan sonra İran qanunvericiləri həmrəylik əlaməti kimi parlamentə İİKK-in formasında gəliblər. Keşikçilər Korpusunun yeni komandiri, general Hüseyn Salaminin bu günlərdəki bəyanatı göstərir ki, İİKK-in deeskalasiya siyasəti aparacağı ehtimalı son dərəcə azdır.

O biri yandan, unutmağına dəyməz ki, İsrail baş naziri Benyamin Netanyahu seçicilərin diqqətini üzləşdiyi hüquqi problemlərdən yayındırmağa hər cür səy edir, prezident Tramp isə, ola bilsin, qətiyyətli xarici qələbəyə can atır, çünki KXDR və Venesuelaya münasibətdə görkəmli uğurlara nail olmağı bacarmayıb.

İranın hakim dairələri və ABŞ savaş təbilinə vurmağı davam etdirsə, müəyyən qazanc əldə edə bilər. Savaş, doğrudan da, başlanarsa, nə baş verəcəyi haqda tərəflərdən hər hansı birinin özünə tam hesabat verdiyinin əlaməti hələlik yoxdur.

Tərcümə Strateq.az-ındır. 





Yuxarı Əvvələ Ana Səhifə