XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

13 May 2019 - 14:32

TRAMP ÇALDIRAN DÖYÜŞÜNDƏN DƏRS ALMALIDIR –ABŞ-ın İran əleyhinə "maksimum təzyiq" siyasəti niyə effekt verməyəcək? - TƏHLİL

Əli Vaiz

“The Atlantic”, 12.05.2019

 

İranın İsfahan şəhərindəki sarayın əsas pavilyonunu 16-cı əsrin Osmanlı və Səfəvi imperiyaları arasında Çaldıran döyüşünü əks etdirən möhtəşəm miniatür bəzəyir. Miniatür Səfəvi ordusunun türk rəqibini məğlub etməsini göstərir. Həqiqət budur ki, Çaldıran Şərq Anadolunu və Şimali İraqı ilhaq edən Osmanlıların qətiyyətli zəfəri idi. Ancaq bu, qərəzli tarixçiliyin təhrifi kimi qəbul edilməməlidir, iranlılar, onlardan fərqli olaraq, ağır artilleriyaya malik, sayca qat-qat üstün düşmənə müqavimət və şücaətdən qürur duyurlar. Donald Trampın administrasiyası yarım minillikdən sonra iranlıları diz çökdürmə siyasətinin təməlini atarkən, bu döyüşdən və iranlıların məğlubiyyəti necə həzm etməsindən dərs amalıdır.

Prezident Trampın 2015-ci ilin nüvə sazişindən imtina etməsindən bir il keçib. Bundan sonra Vaşinqtonun hər hansı bir düşmənə tətbiq edəcəyindən qat-qat sərt sanksiyalar rejimini qüvvəyə mindirilib. Bu günə qədər ABŞ Xəzinədarlığı İran iqtisadiyyatının demək olar ki, bütün sahələrini hədəfləyən təxminən min fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb.

Administrasiyanın “maksimum təzyiq” siyasətinin İrana ciddi iqtisadi ziyan vurduğuna şübhə yoxdur. 2016-cı ildə sanksiyaların ləğvindən sonra başlayan iqtisadi artım inflyasiya ilə əvəz olunub. İran valyutası dəyərinin üçdə ikisini itirib, çünki neft ixracı yarıdan çox azalıb və ehtimal ki, daha da azalacaq. Ərzaq məhsulları və tibbi ləvazimat sanksiyalardan azad olsa da, qlobal maliyyə sisteminə girişin yoxluğu humanitar böhrana səbəb olur. Bəzi ailələr aylardır ət yemir və xüsusi dərmanların çatışmazlığından əziyyət çəkirlər.

Ancaq bu günə qədər İranın regional siyasətinin dəyişəcəyi və ya liderlərinin danışıqlar masasına qayıdacağı və Tramp administrasiyasının tələblərinə riayət etməyə hazır olduğunun heç bir əlaməti yoxdur. İqtisadi çətinliyin rejimi təhdid edən kütləvi iğtişaş törətdiyinə dair ipucu da. Tehranın siyasi hesabında görünən dəyişiklik olmadığı təqdirdə, Vaşinqton miqdar və şiddətdən başqa heç bir ölçüyə gəlməyən sanksiyalarının başqa təsir göstəricisi varmı?

ABŞ siyasətçiləri arasında doktrina halı almış belə bir fikir mövcuddir ki, İran kütləvi təzyiqdən belini bükəcək. Gələn ilin sonunda ABŞ-da keçiriləcək seçkilərlə əlaqədar administrasiya İranın tərsliyinə ikiqat təzyiqlə cavab verir. İslam İnqilabı Keşikçiləri Korpusunu “xarici terror təşkilatı” təyin olunması və neft ixracını təxminən bir gecədə sıfıra endirməyə cəhd buna əyani misaldır.

Bu siyasət üç əsas səbəbə görə, çətin ki, uğur qazansın.

Birincisi və ən vacibi: Tehran sanksiyaların sarsıdıcı təsirini nəzərə alsa da, ağ bayraq qaldırmayacaq. Trampın milli təhlükəsizlik qrupunun İslam Respublikasını devirmək istədiyini bilərək, İran rəhbərliyi iqtisadi sanksiyaları qeyri-sabitlik üçün nəzərdə tutulmuş tədbirlərdən biri kimi qiymətləndirir. Onun əks-strategiyası iki sözlə ifadə oluna bilər: Müqavimət və Sağ qalma. Sağ qalma – qələbədir, hətta Pirr qələbəsi olsa da.

Tehranın zənnincə, tarix onun tərəfindədir. İranın hakimləri və ya xalqı üçün nə mühasirə, nə də uzun sürən iqtisadi çətinliklər yeni bir şeydir. 1980-ci illərdə İran-İraq müharibəsi dövründə ölkənin neft gəlirlərinin təxminən yarıyadək azalması, 1997-ci ildə Asiyadakı maliyyə böhranı, 2012-ci ildə isə Avropanın neft embarqosu və ABŞ-ın sanksiyaları nəticəsində onlar üç dəfə sınaqdan keçiblər. Sanksiyalardan yan keçməyi, dövlət və cəmiyyəti necə dik saxlamağı da bilirlər.

İkincisi, Tehran ABŞ siyasətçilərinə şiddətli təzyiqinin inancını zədələməyəcəyini sübut etməyə məcburdur. Keçmişdə potensial təhlükələrlə qarşılaşdıqda, İran uzlaşma üçün kompromisə gedə bilərdi, lakin strateji qazanc hər dəfə xərcləri azaldıb. 1988-ci ildə Ayətullah Ruhullah Xomeyni istəksiz halda İraqla atəşkəs razılaşmasını dəstəklədi və bunu “bir qədəh zəhər içmək” adlandırdı. Silahlar susduqda, İran ərazisinin bir qarışını itirmədən gənc respublikanı gücləndirməyə müvəffəq oldu. 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra Tehran öz nüvə proqramının fasilə düyməsini basdı və rejim dəyişikliyinin növbəti hədəfi olmaqdan yayındı. Buşun İraqdakı sərgüzəştləri isə strateji fəlakətə çevrildi.

Üçüncüsü, əgər keçmiş proloqdursa, İran nisbətən güclü bir alət olmadığı halda, Vaşinqtonla danışıqlar aparmayacaq. Ali lider Əli Xamnəi deyib ki, 2012-ci ildə ABŞ-la ciddi (lakin sonra da gizli) danışıqlara daxil olduqda, İranın minlərlə nüvə sentrifqası, az zənginləşdirilmiş uran ehtiyatı, uran zənginləşdirmə müəssisələri və təxminən tamamlanmış ağır su reaktorları vardı.

İsfahan, Çaldıran döyüşünün əks olunduğu Əli Qapı Sarayına aparan yol

Prezident Barak Obama İranı danışıqlara razı salıb və nəticədə razılığa gəldikdə, iki əlavə addım atıb: rejim dəyişikliyi məsələsini müzakirə masasından çıxarıb və açıq şəkildə bəyan edib ki, İrana, əsasən, öz torpaqlarında uranı zənginləşdirmək icazəsi veriləcək. Beləliklə, məcburetmə diplomatiyasının İranı masaya gətirməsi faktdırsa, bu, yeganə və bəlkə də başlıca fakt deyil. İran sanksiyaların ləğvi üçün alətlər yaradıb və realist yol xəritəsini ortaya qoyub.

Bu gün İran rəhbərliyi bu cür bir şey görmür. Buna görə də, bu həftə bəzi öhdəliklərini geri götürüb və tərəflərin qalan hissəsinə ultimatum verib.

Bu amillər göstərir ki, üstünlüklər necə olursa-olsun, Trampın maksimum təzyiq kampaniyasına böyük risklər daxildir. Birincisi, bu, nüvə gərginliyini artırır: İran nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, ABŞ və İsrail İranın nüvə proqramını hədəf alaraq təpki verəcək və İran Qərbin aktiv və personalını hədəfə almaq üçün bölgədəki müttəfiqlərini onlara yönəldə bilər.

Ancaq belə bir kabus ssenarisi olmadan, Tramp administrasiyasının yanaşması son nəticədə məğlubiyyətə aparır. 1979-cu ildən bəri böyük keçid qarşısında olarkən, İranın qərbpərəst orta sinfi böhran keçirir. Sərt tənzimçilər isə sanksiyalardan maddi cəhətdən faydalanmağa və siyasi müxalifəti repressiv aparatın nəzarəti altına almağa çalışırlar. Xalis effekt – iqtisadi xarabalıqları olan bir ölkə, amma dəyişməz rejimdir – iqtisadi uğursuzluğun çənəsindən qoparılan siyasi qələbə.

Sanksiyalar, ABŞ-a səyahət qadağası və iranlıların ləyaqət duyğusuna həssaslığın yoxluğu ABŞ-ın siyasətinin dözülməz olduğunu qəbul etməklə birləşə bilər. Bu, iki ölkə arasında gələcək nəsil üçün də düşmənçiliklərin davam etdirilməsi düsturudur.

Tramp və onun ən yaxın məsləhətçiləri tarixin onların iradəsinə əyilməyəcəyini aşkar edə bilərlər. İranın təslimi məqsədinə nail olmağa çalışmaq yerinə, onlar böyük xərcli müharibəyə mane olmaq üçün hərəkət etməlidirlər. Bu, maksimalist şərtlərdən geri çəkilmə və sanksiyanı skalpel kimi istifadə etmədən imtina tələb edir. Praktikada bu, sanksiyaların tədricən və şərti şəkildə ləğvini nəzərdə tutur. Söhbət ondan gedir ki, Tramp qarşıdurmadan çıxış və qalib olmaq üçün danışıqlara yol aça bilərmi…

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə