XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

13 May 2019 - 21:09

Avropa İttifaqı diplomatiyasının tacı – İranla nüvə sazişi:AVROPALILAR RUSİYA VƏ ÇİNLƏ ORTAQLIQDA MÜQAVİLƏNİ XİLAS EDƏ BİLƏRLƏRMİ?

Tarya Kronberq

“Atlantic Council”, 13.05.2019

 

İran prezidenti Həsən Ruhani mayın 8-də qeyri-ABŞ tərəflərini xəbərdar edib ki, İranı iqtisadi fayda ilə təmin etmək üçün bir yol tapa bilmədikləri halda, Tehran “Birgə Fəaliyyət Planı” (JCPOA) üzrə öhdəliklərinin bir hisəsini yerinə yetirməyəcək.

Buna cavab olaraq Avropa İttifaqı, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirləri JCPOA-ya davamlı dəstəklərini ifadə ediblər, bununla yanaşı, avropalılar İranın sanksiyaların aradan qaldırılması və iqtisadi faydalar tələbli 60 günlük möhlət ultimatumunu rədd ediblər. Avropalılar, eyni zamanda, JCPOA-dan çəkildikdən sonra Birləşmiş Ştatlar tərəfindən sanksiyaların təkrar tətbiq edilməsinə təəssüfləndiklərini bildirib və sazişdə iştirak etməyən ölkələrə “qalan tərəflərə öhdəliklərini yerinə yetirməyə mane olan hər hansı hərəkətlərdən çəkinməyə çağırıblar”.

Əslində, avropalılar çoxtərəfli meyl və transatlantik reallıqlar arasında sıxışıblar.

JCPOA-dan çıxdıqdan sonra yenidən tətbiq edilən ABŞ sanksiyaları digər tərəflərin öhdəliklərini yerinə yetirməsinə mane yaradıb. ABŞ bazarlarına və maliyyə strukturlarına girişin itirilməsindən və birbaşa cərimələrdən qorxu yalnız Avropanı deyil, həm də Rusiya və Çin şirkətlərini İranı tərk etməyə vadar edib. Qorxu, hətta ərzaq və tibb kimi qeyri-sanksiyalı malların kifayət qədər miqdarda İrana çatmasına maneə törədir. Yoxsulluq və işsizlik sürətlə artmaqdadır və tibbi ləvazimatların qiyməti çox yüksəkdir.

Avropalılar INSTEX adlı xüsusi təyinatlı vasitə ilə İranla qanuni ticarəti təmin etməyə çalışırlar. Ancaq elanından üç aydan sonra belə mexanizm hələ də fəaliyyət göstərmir.

İranlılar avropalıların ticarəti davam etdirmək üçün bir yola tapacaqlarına inanaraq gözləmə siyasəti yürüdüblər. Ancaq indi Tramp administrasiyası İranın neft ixracını sıfıra endirmək qərarı alıb və gözləmə mövqeyi artıq doğru seçim deyil. İran hökumətinin cavabı: digər tərəflər bunu etmədiyindən İran da öz öhdəliklərini azaldacaq. Bu addım müqavilədə əksini tapıb. Tehranın nəzərdən keçirdiyi tədbirlər sırasında qabaqcıl sentrifuqa istehsalı, nüvə tədqiqatını artırmaq və s. var.

JCPOA dağıldığı təqdirdə, avropalıların itirəcəyi bir çox şey var. Bu müqavilə Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinin tacıdır. Avropalılar təşəbbüslə çıxış edib və Aİ razılaşmaya səbəb olan 12 illik danışıqları əlaqələndirib. Onlar ABŞ-ın İraqı işğal etməsindən sonra, 2003-cü ildə İran probleminin hərbi həllinə yol verməməyə çalışıblar. Avropalılar nüvə silahının yayılmamasını təşviq etmək üçün üstün vasitə kimi, hərbi əməliyyatlar yerinə, diplomatiyanı əsas götürüblər. Bundan başqa, JCPOA vasitəsilə avropalılar nüvə nizamında qlobal rol alıblar. Ən azı Barak Obama və Corc Buş administrasiyalarının nəzarəti altındakı ABŞ, Aİ-yə tərəfdaş olmağa çalışıb, Rusiya və Çin də danışıqları asanlaşdırmaq üçün Avropaya əl uzadıb.

JCPOA indi çökərsə, Avropa İttifaqı müzakirəçi və təqdimatçı olaraq qlobal etibarlılığını itirər.

Avropa İttifaqı BMT Nizamnaməsi əsasında çoxtərəfli və beynəlxalq qaydalara güvənir. ABŞ birtərəfli fəaliyyət göstərir və BMT Təhlükəsizlik Şurasının JCPOA-nu kodlayan 2231 saylı qətnaməsini pozur. ABŞ-ın təxribatlarına baxmayaraq, İran hələ də qətnamə əsasında öhdəliklərini yerinə yetirir. 2015-ci ildən etibarən Beynəlxalq Atom Enerjisi Agentliyi on dörd dəfə təsdiqləyib ki, İranın fəaliyyəti JCPOA-ya uyğun gəlir.

Eyni zamanda, Avropa ilə ABŞ arasındakı transatlantik əlaqələr Avropa xarici və təhlükəsizlik siyasətinin əsasını təşkil edir. Aİ-dən çıxmağa çalışan Britaniya ABŞ-la yaxşı əlaqələrdən asılıdır.

Avropalılar üçün ABŞ-ın mövqeyindən yayınmaq siyasi cəhətdən çətin olardı, eyni zamanda, dünya iqtisadiyyatında dolların üstünlüyü nəzərə alınmaqla, iqtisadi cəhətdən bunu qarşılaşmaq mümkün deyil. Aİ ABŞ firmalarına və ya müttəfiqlərinə qarşı sanksiyalar tətbiq etməyə cəsarət etmir. INSTEX – Aİ-nin edə biləcəyi yeganə şeydir.

ABŞ-ın sanksiyalarının təkrar tətbiqinə görə avropalılar maliyyə muxtariyyətini itiriblər. ABŞ avropalıları öz siyasətinə uyğun hərəkət etməyə məcbur etməyə çalışır. Məsələn, Belçikada fəaliyyət göstərən beynəlxalq maliyyə mesajlaşma sistemi olan SWIFT, ABŞ-ın təzyiqi ilə, İranın bir sıra banklarına çıxışı dayandırıb. İranın ultimatumunu nəzərə alsaq, indi ABŞ avropalıları öz tərəfinə çəkə biləcəyini və ya Aİ-yə üzv-dövlətlər arasında ən az bölünmənin yaranacağına ümid edir.

Aİ, ABŞ-ın çıxışı və sanksiyalarla yaranmış vəziyyəti həll edə bilməz. Ortaq bir cəbhə üçün digər tərəfdaşlara müraciət etmək vaxtıdır. Avropalılar ruslar və çinlilərlə transatlantik ittifaqı bölməyə çalışmadan bunu edə bilər. Buna görə də, Aİ qlobal rolunu test etməlidir, qorxularını aradan qaldırmalı və JCPOA-nı qorumaq üçün Rusiya və Çinlə işləməlidir.

Rusiya və Çin, ortaq bir ticarət vasitəçi olaraq INSTEX-ə qoşulmaqla, yaxşı bir ilkə imza atmış olardı. ABŞ hökuməti xüsusilə üç super gücdən gələn əks-təzyiqlərdən sığortalanmayıb. Onların arasında təhdidedici ritorikaya baxmayaraq, həm ABŞ, həm də İran “hərbi həll”in çox baha başa gələcəyini bilir.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə