XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

20 May 2019 - 17:25

AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TƏLİMLƏRİ ERMƏNİSTANI QORXUYA SALIB:"Azərbaycan müharibəyə hazırlaşır" - TƏHLİL

Artaşes Qeqamyan

regnum.ru, 20.05.2019

 

Deməli, mayın 20-də Azərbaycan-Türkiyə “Mustafa Kamal Atatürk-2019” birgə taktiki-hərbi təlimləri döyüş atışı ilə strat götürüb. Təlimin təşkilatçıları tərəfindən bildirildiyi kimi, bu, şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yüksəltmək və birgə döyüş əməliyyatları aparmaq vərdişlərinin inkişafı, habelə iki ölkə hərbçilərinin qarşılıqlı münasibət və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaq, təcrübə mübadiləsi aparmaq üzrə qərargahların birgə hazırladığı planlar yoluyla Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəlaiyyəti üçün nəzərdə tutulub.

Həmçinin qeyd edək ki, birgə təlimlərə 10 min hərbçiyədək şəxsi heyət, 150 ədəd tank və başqa zirehli texnika, 200-ə qədər müxtəlif kalibrli raket-artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minatanlar, habelə 35 döyüş təyyarəsi və helikopter cəlb olunub.

Azərbaycan və Türkiyənin belə görünməmiş əhatəli hərbi təlimləri sanki Ermənistanın “xalq baş naziri”nə və Ko-ya ayıldıcı təsir göstərməli idi. Amma və lakin belə deyilmiş.

Ermənistan hökuməti əvvəlcə Dağlıq Qarabağ Respublikasının (separatçı “DQR” – tərc.) birinci, Ermənistan Respublikasının ikinci prezidenti haqda mülki hüququn özül prinsipi – təqsirsizlik ehtimalının kobud pozulmasıyla müşayiət olunan məhkəmə prosesinin gedişində şou başlayıb. Heç olmasa, bu faktı götürək ki, Ermənistan hökuməti tərəfindən anlaqlı Robert Koçaryanın 2008-ci ildə Ermənistanın konstitusiya quruluşunu devirməkdə uydurma ittihamı əsaslandırmaq qəsdilə hər cür informasiya fonu yaradılıb. Təbii, “Azatutyun” (“Azad Avropa/Azadlıq” radiosunun erməni bölməsi-tərc.) informasiya killerlərinin ön sırasında idi.

Qeyd edək ki, birbaşa informasiya şantajına, cürbəcür qrantyeyənlər növündən dəvət edilən kütlənin, habelə 2008-ci ilin 1 martında faciəli həlak olmuş həmvətənlərimizin yalan təbliğatın aldatdığı ayrı-ayrı qohumlarının fiziki varlığına baxmayaraq.

Bununla belə, İrəvan ümumi ədliyyə məhkəməsi bu il mayın 18-də Robert Sedrakoviç Koçaryanı həbsdən azad edib. Bu, Artsax (Dağlıq Qarabağ-tərc.) Respublikasının iki başqa prezidentinin – Arkadi Qukasyan və fəaliyyətdə olan Bako Saakyanın zəmanəti sayəsində mümkün olub.

Gözləmək lazım gəldiyi kimi, müstəqil ədliyyənin icraatı Ermənistanda (2018-ci il aprel-may) dövlət çevrilişinin bələdçilərinin qanını qaraldıb və acıqlandırıb. Bələdçilərin Ermənistan ədliyyəsini Ermənistanda dövlət çevrilişindən sonra yayılmış əxlaqa xas “yüksək mənəvi arşınlar üzrə” aşkar maliyyə və informasiya hıqqıltısına gətirməyi izsiz ötüşmə bilməyib. Bu iflas dünən gecə yarısından sonra “xalq baş naziri”nin “Facebook”da birbaşa işvəli efirində öz əksini tapıb.

Deməli, Nikol Paşinyan cari il mayın 20-də saat 8.30-dan Ermənistan Respublikasının ərazisində bütün məhkəmələrin giriş və çıxışını bağlamaq haqda təhlükəli bəyanatla çıxış edib. Bu fitnəkarlığa məhz bu günlərdə – Bakıda bədii gimnastika üzrə dünya çempionatı başa çatandan sonra və Azərbaycan Silahlı Qüvvələrinin və onların türkiyəli müəllimlərinin davam edən hərbi təlimləri dövründə heç də təsadüfən təşkil edilməyib.

Şübhə doğurmur ki, Azərbaycan bəlli beynəlxalq güc mərkəzlərinin – özü də hər iki tərəfdən – rəğbətinin (İran ətrafında hadisələr nəzərə alınmaqla) savaşı qızışdıranların tərəfində olacağı müharibəyə hazırlaşır. Görünür, Rusiya-Türkiyənin formalaşan işgüzar münasibətləri “İranın böyük dostunun”, Azərbaycana hərbi texnologiyalar və dronların məşhur satıcısının və şübhəsiz, onun okeanarxası tərəfdaşının boğazında sümük kimi qalıb.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə