XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

21 May 2019 - 10:00

BİR RÜŞVƏT VİDEOSU BİR VİTSE-KANSLERİ BİR GÜNDƏ BİTİRDİ… –Sakit və yuxulu Avstriya silkələndi; ölkə növbədənkənar seçkiyə gedir (VİDEO)

Yuri Butusov

“Obozrevatel”, Ukrayna, 19 may 2019-cu il

 

Avstriyanın 32 yaşlı kansleri Sebastyan Kurts hakim koalisiyanın dağıldığını və “ən qısa müddətdə” növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. Bu, yuxulu, darıxdırıcı və sakit Avstriya üçün dəhşətli rüsvayçılıqdır. Axı koalisiya cəmi il yarım idi ki, hakimiyyətdə idi, çox işlər görüb, bir sıra islahatlar aparılırdı.

Avstriyanı Kurtsun rəhbərlik etdiyi Xalq Partiyası ilə təcrübəli siyasətçi, peşəkar, 49 yaşlı vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi Azadlıq Partiyasının qurduğu koalisiya idarə edirdi.

17 mayda, Cümə günü internetdə 2017-ci ilin bir videosu ortaya çıxarılıb. Həmin videoda Ştraxenin rüşvət qarşılığında dövlət müqavilələrinin bir biznes qurumuna verilməsi haqqında necə danışıq apardığı görünür. Özü də rüşvəti ona danışığı aparan, – böyük ehtimalla, Rusiya xüsusi xidmət orqanları adından, – özünü “Alyona Makarova” adı ilə təqdim edən saxta bir fiqur təklif edir.

Bir sıra Avstriya siyasətçisi videonu görərkən, ehtimal ki, “yazıların orijinalı və yazı cihazı təqdim edilməlidi, əks halda bu, saxta hesab edilməlidi”, “mən buna görə cavabdeh deyiləm, qoy bununla hüquq-mühafizə orqanları məşğul olsun”, “gəlin, təhqiqatın nəticələrini gözləyək” demək istərdi. Və əlbəttə, kimsə də düşünüb ki, bu biabırçılıq siyasi “hamilik” əvəzinə “faydalı xidmətlər” almağın mümkünlüyünü göstərmək baxımından heç də pis deyil.

Kurts 27 yaşında – tələbə olarkən, hələ ali təhsilini başa vurmamış Avstriya Xarici işlər naziri olub. 31 yaşında isə kansler olub. Və gözəl başa düşür ki, seçicilər ona hakimiyyətdən yapışıb buraxmaması üçün deyil, prinsipləri qoruması, ədaləti müdafiə etməsi üçün etibar ediblər.

17 mayda nüfuzdansalıcı materiallar ortaya çıxdı, 18 mayda isə Ştraxe artıq istefa verdi. Onun karyerası məhv edildi, koalisiya dağıdıldı, kansler növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan etdi. Bir günə blitskriq!

İndi Avstriya prokurorluğu bu işi uzun müddət təhqiq etməli, şahidlər, sübutlar və sənədlər axtarmalı olacaq. Ancaq siyasi məsuliyyət daşıma ildırım sürətilə başladı. Video şəbəkəyə düşən kimi, ən qısa müddətdə – 18 mayda, şənbə günü parlament hökumətlə birlikdə qərar vermək üçün təcili iclasa toplandı. Azadlıq Partiyası, ola bilsin, araşdırma aparılmasını, hər şeyin öyrənilməsini istərdi, lakin koalisiya üzrə tərəfdaşları hər hansı bir süründürməçiliyə imkan vermədi. Kurtsun partiyası əməkdaşlıqdan imtina etdi və koalisiyadan çıxdığını bəyan etdi. Bitdi, artıq hər hansı bir sübuta ehtiyac yoxdur, detallar mühüm deyil. Ola bilsin, Ştraxe dövlətə zərər vurmayıb, ola bilsin, günahkar hesab edilməyəcək, lakin bu, Kansler Kurtsu və deputatların əksəriyyətini artıq ümumiyyətlə narahat etmir. Onları narahat edən odur ki, seçicilər dövlətə olan etibarlarını itirə bilərlər, düşünə bilərlər ki, ölkə rəhbərliyi korrupsiyaya bulaşıb. Bu isə yolverilməzdir!

İndi isə növbədənkənar seçkilər olacaq. Heç kim hakimiyyətdən yapışmayıb. Məhz buna görə avstriyalılar dövlətə olan böyük inamlarını qoruyub saxlayırlar. Məhz buna görə avstriyalılar hər hansı bir faciə olmadan növbədənkənar seçkilərini keçirəcək və Avstriya yenidən darıxdırıcı, yuxulu və sakit Avropa demokratiyası olacaq…

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə