XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

21 May 2019 - 16:24

“FACEBOOK”-da ANTİİRAN TƏBLİĞATI:Londonda sirli şirkət, kimliyi şübhəli Sühəyla Mayelzadə, 4 min "layk", mənşəyi naməlum pullar...

Laklan Markay

“The Daily Best”, 20.05.2019

 

ABŞ siyasətçiləri Fars körfəzindən İrana təcavüzü körükləyərkən, Londonun şimal-qərbdəki kiçik məhəllədə yaşayan bir Almaniya vətəndaşı Tehrana qarşı daha sərt siyasəti təşviq edən reklam kampaniyasını maliyyələşdirir.

Müstəqil xəbər və təhlildən dəm vuraraq, kampaniyanın arxasında duran şəxs əvvəllər özünü aparıcı müxalifət qrupu sayılan “İran Milli Müqavimət Şurası”nın (İMMŞ) lobbiçisi kimi tanımış Sühəyla Əliqulu Mayelzadədir.

Mart ayından etibarən, Mayelzadənin sahibi olduğu şirkət ABŞ-dakı istifadəçilərə yönəlmiş onlarla “Facebook” reklamı yayıb, İranla daha aqressiv qarşıdurmaya səsləyib.

Ödənişli reklamlar iki “Facebook” səhifəsində yerləşdirilir.

Birincisi, İranın “Xalq Mücahidləri”nin (MEK) rəsmi səhifəsidir. Bu, İMMŞ ilə dərin əlaqələri olan və milliyyətçi-marksist müxalifət qrupudur.

Digər səhifə “Iran Focus” adlı müstəqil xəbər təşkilatınındır.

Reklam kampaniyası İran hökumətinin bəzi aparıcı rəqiblərinin Tehrana qarşı daha aqressiv siyasət üçün ABŞ-ın impulsunu necə istifadə etməyə çalışdığını göstərir.

Həm İran, həm də İraq MEK-i terrorçu qrup hesab edir. Keçmişdə ABŞ, Böyük Britaniya, Kanada və Avropa İttifaqı da onu bu cür təsnif etmişdi. Amma sonralar qrup xarici terror təşkilatları siyahısından çıxarılıb. ABŞ bunu 2012-ci ilin sentyabr ayında edib.

O vaxtdan etibarən MEK İranda rejim dəyişikliyi üçün başlıca ABŞ müttəfiqlərinin etibarını qazanıb, xüsusən prezident Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Con Boltonun. MEK-in 2017-ci ildə Parisdə keçirilən toplantısında Bolton deyib: “Ayətullahlara qarşı qabiliyyətli müxalifət mövcuddur və həmin müxalifət hazırda bu zalda toplaşıb”.

Bolton hazırda Tramp administrasiyasında İranla daha aqressiv qarşıdurma yaratmaq fikrinin aparıcı müdafiəçilərindən biridir. Bu, MEK və İMMŞ-nin maraqlarına tam uyğundur. Bolton, habelə Rudi Ciliani və Nyut Qinqriç də daxil olmaqla, “Tramp dünyası” MEK ə İMMŞ-nin xarici agentləri kimi Ədliyyə Nazirliyinin qeydiyyatdan keçiblər.

MEK və “Iran Focus”-un “Facebook” səhifələri İrana yönəlik siyasətə dair ABŞ-ın fikirlərinə təsir göstərmək üçün daha böyük cəhdin bir hissəsi kimi görünür.

Hər iki səhifə, “Facebook”-un siyasi reklam arxivinə əsasən, martın sonundan başlayaraq eyni gündə reklam yaymağa başlayıb. O zamandan bəri onlarla reklam yayımlanıb və heç bir səhifə populyar deyil: 4 mindən çox “like”; bu reklamlara xərclənən məbləğ nisbətən kiçikdir, təxminən 7,500 $, amma son iki ayda müvafiq olaraq 500 min və 1,4 milyon ABŞ-lı “Facebook” istifadəçisi səhifələrə göz gəzdirib.

“Facebook”-un arxivinə əsasən, bu reklamların hamısı “All for Freedom” (“Azadlıq üçün Hər şey”) adlı bir şirkətdən gəlib. Londonda fəaliyyət göstərən şirkətin veb-saytında deyilir ki, “xeyriyyə və qeyri-kommersiya təşkilatları ilə birlikdə tədbirlərin idarə olunması və s.-də onlara yardım göstərir”.

İngilis dilində korporativ qeydlər siyahısında Mayelzadə Almaniya vətəndaşı və “All for Freedom”-un yeganə işçisi kimi göstərlir. Onun İMMŞ-lə on ildir davam edən əlaqəsi var. 1995-ci ildə Mayelzadə Nümayəndələr Palatasının sabiq üzvü Cim Trafikantın kampaniyasına ianə verib. Özünü İMMŞ-nin lobbiçisi kimi təqdim edir.

Mayelzadəyə görüş təklifi uğursuz olub. Veb-saytında göstərilən ünvana göndərilən mesaja cavab gəlməyib.

Şirkətin maliyyələşdirdiyi “Facebook” reklamlarının əksəriyyəti sadəcə MEK və “Iran Focus” saytlarını təbliğ edir, bunların hamısı ABŞ-ın Tehrana qarşı siyasətini sərtləşdirir. Bəzi reklamlar İran müxalifətinin bu məsələyə dair fikirlərini təbliğ edir.

MEK səhifəsində son reklamlardan biri ABŞ-ı İranın kəşfiyyat xidmətini də xarici terror təşkilatı olaraq təsnif etməyə çağırıb.

“Iran Focus” veb-saytı iddia etdiyindən az müstəqil görünür. O, MEK və İMMŞ-nı illərlə pərdələyib, lakin bəzi açıq əlaqələr də görünür.

Domen qeydiyyatı məlumatlarına əsasən, “Iran Focus” veb-saytını Məhəmməd Hənif Cəzairi dəstəkləyb. İMMŞ qeydiyyat məlumatını anonimləşdirsə də, ən azı 2015-ci ilə qədər Cəzairini özünə sözçü təyin edib.

Nə “Iran Focus”, nə də Cəzairi İMMŞ və MEK ilə əlaqə haqqında suallara cavab verib.

“WikiLeaks” tərəfindən oğurlanan Dövlət Departamentinin sənədlərində MEK-in özünü xaricdə təbliğ etmək qabiliyyətinə təəccüb ifadə olunub.

Tərcümə: Strateq.az