XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

22 May 2019 - 23:03

KƏSKİNLƏŞƏN RİTORİKA VƏ HƏDƏLƏR:Oman yenə də İranla ABŞ arasında vasitəçilik edir?

“Əl-Monitor”, 22.05.2019

 

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar fikrinə dair Islam Respublikasının mövqeyinin dəyişməz qaldığını açıq şəkildə bildirərək, “Mən şəxsən dialoq və diplomatiyaya dəstək versəm də, mövcud vəziyyətdə onu rədd edirəm”, – deyib.

Ruhani söyləyib: “2017-ci ilin sentyabrında BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfərim zamanı Tehran-Vaşinqtonun gərginliyinin aradan qaldırmağa kömək etmək istəyən dünya lideri mənə müraciət edib. Lakin bugünkü şərtlər danışıqlara uyğun deyil. Dözüm və müqavimət – İranın yeganə siçim variantlarıdır”.

Buna bənzər fikri daha əvvəl Ali Rəhbər Ayətullah Əli Xamnəi ifadə edib.

Ruhani, Trampın İrana dair son “tweet”-indən qısa müddət əvvəl verdiyi açıqlamada mətbuatda dolaşan administrasiyanın İslam Respublikasını müzakirə masasına gətirmək üçün əlindən gələni etdiyi barədə şayiələri təkzib edib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Trampın bundan qabaqkı təhdidinə cavabından sonra İran KİV-ləri ABŞ prezidentinə İranın zamanın sınaqlarına daim tab gətirməsinə dair “tarix dərsi” verməyə çalışıb.

Reformist gündəlik “Həmdeli” qəzetinin ön səhifəsində Trampın bağırtısı manşet yazısı olub. Qəzetin yazdığına görə, onun ifadələri “içi boş təhdid”dir.

Trampın əriyən aysberq üzərində şəklində dərc etmiş mühafizəkarların “Cavan” qəzeti də Trampın “müharibə çağırışlarının əriməsi” barədə yazıb.

İslam Respublikası və ABŞ arasında mümkün müharibənin necə baş verəcəyinə dair müzakirələr son həftələrdə İranda vətənpərvər və dini duyğularla bələnir.

“İranlılar dünyanın ən ölməz xalqıdır və 40 il bundan əvvəl ölkədə 6 min illik tarixə malik və Birləşmiş Ştatların dəstəklədiyi müstəbid monarxiya devrilib”, – deyə Ruhaninin ən yaxşı məsləhətçilərindən biri olan Hisamuddin Aşna yazıb.

Görkəmli alim və siyasətçi Sadiq Zibakəlamın sözlərinə görə, ABŞ-ın istənilən müdaxiləsi İraq və Əfqanıstandakı işğallardan fərqli olaraq.

Zibakalam “Arman” qəzetinə bildirib: “Səddam Hüseyn İraqı və “Taliban”ın Əfqanıstanı ilə müqayisədə, iranlıların hökumətlərinə verdiyi dəstək, ABŞ hərbi qüvvələrinin əsas problemi olacaq”.

“Diqqətlə qulaq asın, cənab Tramp! Biz danışıqlar aparmayacağıq və müharibə də istəmirik, amma savaş – qətiyyət döyüşüdür… və qələbə Allahın seçdiklərinə məxsusdur”, – deyə bir iranlı “tweet” atıb.

Trampın açıq təhdidlərinə diqqəti cəlb etmək məqsədilə İranın BMT-dəki səfiri BMT Baş katibi Antonio Quterreşə Fars körfəzindəki təhlükəli vəziyyətinin daha pisləşməsi barədə xəbərdarlıq edib. ABŞ hökumətini adını çəkmədən Məcid Təxt-Rəvançi: “Yaxın Şərq müttəfiqlərindən dəstək” alaraq “uydurma iddialar, dezinformasiyalar və saxta xəbərlər” vasitəsilə “lazımsız böhran” yaratmağa çalışan bölgədən kənar “dairələr”ə eyham vurub.

Amma bütün pəncərələr bağlanmayıb. Omanın xarici işlər naziri Yusif bin Ələvi Tehranda Zəriflə birlikdə vəziyyəti müzakirə edib və bu, hərbi əməliyyatları sona çatdırmaq üçün vasitəçilik kimi şərh olunub.

Tehran görüşünün təfərrüatları mətbuata açıqlanmayıb, lakin Oman 2012-ci ildə iki tərəf arasında danışıqların təməlini qoyub, vasitəçilik üç ildən sonra İranla altılıq arasında imzalanmış birgə Tərəfdaşlıq Planı (JCPOA) ilə nəticələnib.

Ancaq bu razılaşma Tramp administrasiyasının 2018-ci ilin may ayında çəkilməsi ilə cırılıb. İndi İranın Atom Enerjisi Təşkilatı mayın 20-də elan edib ki, rəsmi olaraq nüvə potensialını gücləndirməyə başlayıb, uranı əvvəlki səviyyədən dörd dəfə çox zənginləşdirib.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə