XƏBƏR LENTİ

27 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 16:34

TÜRKİYƏ AMERİKANIN TƏLƏSİNDƏN QURTULACAQMI? –Hər şey Tramp-Ərdoğan görüşünə qalıb - TƏHLİL

Kamran Həsənov

news-front.info, 23. 05.2019

Dövlət  Departamenti son anadək güzəşt kursunu saxlayan tərəf obrazında Ankaradan tələb edib ki, Türkiyə iyunun ilk həftəsinin sonuna doğru S-400 üzrə Rusiya ilə sazişi ləğv etsin. Rəcəb Ərdoğan Vaşinqtonun basqısı qarşısında duruş gətirəcəkmi?

 

Birləşmiş Ştatlar Rusiyanın “Zəfər” S-400 HHM sistemlərini almağa görə Türkiyəni artıq dəfələrlə hədələyib. Donald Tramp administrasiyası hətta sanksiyalardan danışıb. Amma Ağ Ev indiyədək gerçək addımlar atmayıb. Lakin bu gündən sonra praktik olaraq geri yol yoxdur. Dövlət Departamenti S-400 üzrə Rusiya ilə müqaviləni ləğv etmək üçün Ankaraya iyunun ilk həftəsinin sonuna qədər möhlət verib. Yoxsa Türkiyəni ən mənfi nəticələr gözləyir. Ankaranı beşinci nəsil F-35 qırıcısı yaratmaq proqramından çıxdaş edə, ona qarşı sanksiya tətbiq edə, alınmış, amma türklərin 900 milyon dollar ödədikləri və tədarük edilməmiş Amerika F-35-lərinə görə vəsaiti geri qaytara bilərlər. Bu haqda CNBS telekanalına Dövlət Departamentindəki anonim qaynaq xəbər verib.

 

Dövlət Departamentinin mantraları

 

Dövlət Departamentinin motivləri elə həminkidir – Rusiya sistemləri Türkiyə ordusunun təchiz edildiyi NATO sistemləri ilə uyuşmazdır. Əvvəllər Amerika generalları, özəlliklə Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) ali baş komandanı Kyortis Skaparotti başqa iddilar təqdim ediblər. Onlar qorxurlar ki, əlində həm S-400, həm də F-35 olan Türkiyə bunların bir-birinə qarşı imkanlarını öyrənəcək və bu məlumatları Rusiya tərəfinə ötürəcək.

Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının (RBMŞ) eksperti Timur Əhmədov hesab edir ki, Türkiyənin S-400 əldə etməyi ətrafında danışıqlar prosesi çox dərinə gedib: “ABŞ və Türkiyə indi ləğv haqda danışıqları əlverişli məcraya yönəltməyə çalışır. Aydındır ki, hər iki tərəf tərəfdaşı müttəfiqlik münasibətlərini pozmaqda qınamağın asan olacağı şərait yaratmağa çalışır. Türkiyə indiyədək israr edir ki, S-400 ABŞ-ın maraqlarını təhdid etməyəcək və Rusiya komplekslərini işlətmək çağdaş təyyarələr haqda dəyərli texniki məlumatların sızmasına səbəb olmayacaq. Ankara son anadək güzəşt kursunu axıra kimi saxlayan tərəf obrazını qorumağa çalışır”.

 

Vaxt sıxır

 

Durum ona görə ciddiləşir ki, vaxt sıxır. İlk F-35-lər Türkiyənin Malatya aviabazasında noyabrda gözlənilir. İlk S-400-lər Türkiyədə düzülən kimi, artıq geri yol olmayacaq. ABŞ sanksiya tətbiq etməli və F-35-in satışını ləğv etməli olacaq. Belə tədbirlər Ərdoğanı NATO tərəfdaşı qarşısında əyilməyə vadar etməyəcək. Тürkiyə prezidenti artıq söyləyib ki, S-400 üzrə qərar qətidir və dəyişilməyəcək.

Əhmədov deyir: “Sanksiya tətbiqi qərarı Türkiyədə olan Amerika heyətinin bu qədər inadla önəmini vurğuladığı müttəfiqlik ruhuna ziyan gətirir. İstənilən halda, sanksiyaların tətbiqi S-400 ətrafında böhran ölkələrin başçıları üçün ciddi çağırış olacaq, Ankaranın daha müstəqil siyasətə cəhdlərini tələsdirəcək”.

Ərdoğan hansı addımlar ata bilər? Ona müdafiəni bərkitmək gərəkdir, çünki Suriyada və İraqın şimalında durum orduya tələbatı yüksəldir. Yalnız Rusiya ABŞ-a alternativ ola bilər. ABŞ F-35 tədarükünü kəsərsə, Moskva Ankaraya Amerika prototiplərindən geri qalmayan öz Su-35Su-57-lərini təklif edə bilər. Rusiya və Türkiyənin siyasi və iqtisadi təmasları yanaşı möhkəmlənəndə və mal dövriyyəsi 100 milyard dollara yetəndə Türkiyənin NATO-dan çıxacağı tarix və müddətə cürətlə ümid etmək olar.

 

Suriyada Rusiya və Türkiyəni dalaşdırmaq

 

Lakin NATO üzrə iki müttəfiq ikitirəliyi haqda xəyallar qurmaq hələ tezdir. ABŞ üçün durumdan səmərəli çıxış yolu Rusiya və Türkiyəni  dalaşdırmaqdır. Bunu Suriyada daha tez etmək olar. Son günlərdə İdlib əyalətindən Rusiya HHQ-nin Xmeymim bazasına sarı 24 mərmi buraxılıb. Suriyanın hökumət ordusu Ərdoğanın səbrini sınayaraq döyüşçülərin mövqeyinə hücum edib və bir neçə kəndi nəzarətə götürüb. Türkiyə Müdafiə Nazirliyinin başçısı Hulusi AkarHabertürk”-ə müsahibədə qeyd edib ki, İdlibdə durum çox qəlizdir. Əsəd müxalifətin son qalasına nəzarəti qaytarmaq istəyir. Türkiyə tərəfi bir neçə məsələ üzrə isə Rusiya tərəfi ilə razılaşmağa nail olmayıb. Türkiyə tərəfi anlayır ki, Soçi razılaşmaları hələlik tam gerçəkləşdirilməyib. Ankaranın İdlibdə təsiri, heç olmasa, birtəhər saxlamaq üçün üzərinə götürdüyü öhdəliklər çətin yerinə yetirilən olub.

Timur Əhmədov hesab edir ki, Türkiyə tərəfi bu şəraitdə məsuliyyət yükünü münaqişənin başqa iştirakçılarına ataraq İdlib üzrə anlaşmanı açıq şəkildə başqa müstəvidə təqdim etməyə çalışır.

 

Trampın Türkiyəyə səfəri son şansdır

 

Əhmədovun fikrincə, Rusiya və Türkiyə bölgədə durumun gərginləşməsində maraqlı deyil, odur ki, Vladimir Putin və Rəcəb Ərdoğan arasında danışıqların yeni raundunu gözləməyinə dəyər – “Türkiyə bu çərçivədə öz öhdəliklərini başqa cür ifadə edə bilərdi”.

İki ölkənin tam dalaşması üçün Türkiyə və ABŞ arasında problem yetərincədir. Vaşinqton kürdlərə əl tutur, qiyam təşkilatçılarını gizlədir və Türkiyənin Rusiya və İranla təmaslarını məhdudlaşdırır. Amma iki ölkə arasındakı tarixi hərbi-siyasi bağlar nəzərə alınsa, iki ölkə S-400-ə görə haqq-hesab çəkməyi heçə endirməyə çalışacaq.

Akar bu gün bildirib ki, türklər amerikalılara güzəşt təklif ediblər – F-35-lər səmada olarkən S-400-ün radarlarını söndürmək və əksinə. Türkiyə həmin gün Amerikdan gətirilən 22 adda mala rüsumları ikiqat azaldıb. Ərdoğan öz tərəfindən xoş iradə jesti edib. Vaşinqton qarşılıqlı cavab verəcəkmi?

Ərdoğan və Tramp növbəti ayda Yaponiyanın Osaka şəhərinə G20 sammitinə gedirlər. Ağ Ev başçısı iyulda Türkiyəyə gələcək. Ola bilsin, Tramp şəxsi görüşdə S-400 mübahisəsini həll etməyə çalışar. O, buna nail olmasa, ABŞ Türkiyəni özünün əsas geopolitik rəqibinin – Rusiyanın ağuşuna atacaq. Dövlət Departamentinin bəyanatı öz ayağına atəş açmaqdır.

Tərcümə Strateq.az-ındır.