XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

27 May 2019 - 10:55

AVROPA PARLAMENTİNƏ SEÇKİLƏR:751 yerlik parlamentdə kim itirdi, kim qazandı? - TƏHLİL

İlania Qostoli

“Əl-Cəzirə”, 27.05.2019

 

Avropa İttifaqının sakinləri Avropa Parlamenti seçkiləri günü səslərini verib.

Mayın 26-da, Bazar günü açıqlanan ilkin nəticələr göstərib ki, mərkəz-sağçı Avropa Xalq Partiyası (EPP) və mərkəz-solçu Sosialistlər və Demokratların Mütərəqqi İttifaqı (S&D) yetərincə səs toplayıb, lakin bu, əksəriyyət üçün kifayət deyil.

Yaşıllar, Liberallar, habelə Fransa və İtaliya kimi ölkələrdə ifrat sağçılar daxil olmaqla, Avroskeptiklər uğur qazanıblar.

Seçkilərdə iştirak 1979-cu ildən bəri ilk dəfə çox yüksək, bütün üzv ölkələrin (28) əksəriyyətində son 20 ildə ən azı 50,5 faiz səviyyəsində olub.

2014-cü ildə avropalı seçicilərin cəmi 42,6 faizi seçkilərə qatılıb.

 

“İqtidar inhisarı pozuldu”

 

Seçkilərə qədərki proqnozlara uyğun olaraq, 751 yerlik parlamentdə iki böyük siyasi qrup ümumi əksəriyyəti itirib.

İlkin nəticələrə görə, EPP 178 yerlə birincidir, əvvəlki seçkilərdə qazandığı 216 yerlə müqayisədə, onun mandatı bir qədər azalıb, lakin hələ də parlamentin səkkiz qrupu arasında ən böyüyüdür.

Hazırda Aİ-də üç ən yaxşı yeri tutan mərkəz-sağçı blokdan sonra 2014-cü ildəki 185 yerlə müqayisədə, ikinci yerdə 147 mandat almış S&D gəlir.

EPP-in Avropa Komissiyasının sədr müavini vəzifəsinə namizədi Manfred Veber jurnalistlərə açıqlamasında deyib: “Sol və sağçı ekstremistlərlə əməkdaşlıq üçün heç bir şansmız yoxdur”.

Ancaq o, Macarıstanın Fides partiyasının EPP-dəki taleyi ilə bağlı sualdan yayınıb.

Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fides Macarıstanda demokratiya ilə əlaqədar narahatlıqlara görə EPP blokundan kənarlaşdırılıb, amma xaric edilməyib.

Bazar günü Fides ilk dəfə Macarıstanda səslərin 52 faizini alıb. Orban son vaxtlar İtaliyanın daxili işlər naziri Matteo Salvinini tərifləyib. Salvini yeni sağçı koalisiya təklifi irəli sürüb.

Liberallar və Demokratların Avropa İttifaqı (ALDE) və Fransa prezidenti Emmanuel Makronun İntibah Hərəkatı daxil olmaqla, yeni mərkəzçi qrup 69 yerlə müqayisədə, 101 mandatla 3-cü yerə çıxıb.

Avropa Komissiyasının sədri vəzifəsinə namizəd Marqrete Vestager bildirib ki, “dəyişikliklər istəyənlər yeni koalisiya qura bilər”.

S & D qrupunun aparıcı namizədi olan Frans Timmermans isə deyib ki, “proqram və koalisiya əsasında Avroparlamentdə “Taxt-tac oyunları” oynaya bilərik”.

Bununla yanaşı, Yaşıllar, əsasən Almaniya Yaşılları ayəsində mandatlarını 70-ə çatdırıb. “Bu, Avropa Birliyi üçün müsbət baxışa layiq olduğumuzu göstərir”, – qrupun liderlərindən biri olan Ska Keller bildirib.

 

İtaliyada və Fransada ifrat sağçılar qalibdir

 

Salvini və Marin Le Pennin “Milli Ralli”si təxminən 57 nəfərlik yer qazanıb.

İtaliyadakı ilkin nəticələrə görə, Salvininin Liqası 33.6% səslə liderlik edir. Partiya yeni parlamentdə 28 yer qazanmaq ümidindədir.

Salvini deyib: “İtaliyadakı birinciyik, indi Avropanı dəyişəcəyik”.

Bir il əvvəl “Beş ulduz” Hərəkatı ilə koalisiyada Liqa səslərin yalnız 17 faizini almışdı.

Fransada Le Penin partiyası Makronun partiyasını ötərək 22 mandat qazanıb (23,5%).

İngiltərədə Naycel Faracın “Brexit” Partiyası liderlik edir, ikinci yerdə avropapərəst liberal demokratlardır. Həm iqtidardakı Mühafizəkarlar, həm də əsas müxalifətçi Leyboristlər Partiyası böyük itkilərə məruz qalıb.

Tərcümə: Strateq.az