XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

12 İyun 2019 - 11:21

“DAĞISTANDA DƏFN EDİLƏN ŞƏXSİN HACI MURAD OLDUĞUNA ŞÜBHƏ EDİRƏM” –tarixçi Patimat Taxnayeva dəlillər gətirir

“Молодежь Дагестана” (Rusiya), 03.06.2019

 

Dağıstan tarixçisi Patimat Taxnayeva iyunun 2-də Xunzax bölgəsində dəfn edilmiş qalıqların, həqiqətən, Şeyx Şamilin naibi Hacı Murada məxsus olduğuna şübhəsini bildirib.

“Molodyojka”nın («Молодежка») xəbər verdiyi kimi, təsdiqlənməmiş məlumatlara görə, Azərbaycandan qanunsuz olaraq çıxarılmış Hacı Muradın qalıqları Dağıstanın Xunzax rayonundakı vətənində torpağa tapşırılıb.

“İlk dəfə Hacı Muradın qəbri (Azərbaycan, Qax rayonu, Tanqıt kəndi) 1959-cu ildə açılıb”, – deyə Patimat Taxnayeva “Facebook” səhifəsində yazıb. Bundan sonra tarixçi həmin hadisələrin şahidi olmuş Cahangir Əli oğlu Soltanovun məktubundakı sətirlərə istinad edir. Onun nəql etdiyinə əsasən, “insanlar, bir nəfər kimi, müqəddəs yerdəki qazıntılara qatılmaqdan imtina etdilər. Hökumətin heç bir dilə tutmaları və vədləri onlara təsir etmədi”.

Taxnayeva Soltanovun məktubundan sitat gətirir: “Yalnız bu hadisənin sorağı gedib ali partiya orqanlarının qulağına çatdıqdan sonra, kəndin yerli sakinlərdən olan dörd nəfər müqəddəs qəbirin qazılmasına məcbur edildi. Qazıntı tamamlandıqdan sonra fəhlələrdən biri əsəb gərginliyindən dəli oldu.

Bu məzarın ziyarəti indiyədək davam edir. Ziyarətçilər qəbrin yaxınlığındakı ağacların budaqlarına rəngarəng parçalar bağlayırlar.

Hacı Muradın qəbrinin açılmsı ilə başlanan epizod bu cür şəxsiyyətlərin qan yaddaşında hansı yer tutduğunu göstərir”.

Başqa bir “Facebook” postunda Taxnayeva yazır: “Mən” dəhşətli” bir şey deyəcəyəm. Həmin gün Hacı Muradla birgə iki yoldaşı – Həmzəlo və Eldar öldürülüb. Onların da başını kəsiblər. Hacı Muradın başını (Nuxa və Zaqataladan keçərək) Tiflisə aparıblar, digərlərinin başlarının aqibəti isə məlum deyil.

Amma bir şey dəqiq məlumdur ki, üçü də öldürüldükləri yerdə basdırılıb. Məhz torpağa basdırılıb, dəfn edilməyib.

1870-ci illərdə Hacı Muradın böyük oğlu Qulla burada olub. O, məzarı açmayıb, lakin yerli sakinlər “qardaş məzarlığı”nın yerini ona göstəriblər. Qulla məzarın üzərində “Hacı Murad burada basdırılıb” yazılı lövhə quraşdırıb.

Arxeoloq Məmmədəli Hüseynov 1959-cu ildə deyirdi ki, yaxınlığında daha iki qəbrin vardı, lakin o, yalnız birini açıb, çünki ona həmin məzarı göstəriblər. LAKİN! Məzar boş idi. Hüseynov ətrafı, “şimala” doğru” eşib, bütün istiqamətlərdə qazmağa başlayıb və BAŞSIZ qalıqlara rast gəlib. Ura. Hacı Murad tapıldı. Bundan sonra qazma işlərini dayandırıblar. Amma bir az yana qazsaydılar, nə olardı? Həmzəlonu tapardılar? Yaxud Eldarı? Bəlkə də onlardan birini tapıblar.

Belə-belə işlər. Ümumiyyətlə, mən çox şübhə edirəm ki, bu gün Xunzaxda dəfn edilən Hacı Muraddır”.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə