XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 22:52

PUTİN ÇİNLƏ HARAYADƏK YÜRÜYƏ BİLƏCƏK? –Qərbə qarşı oyun Putin Rusiyası üçün qumar ola bilər - TƏHLİL

“Project Syndicate”, 10.06.2019

 

Çin prezidenti Si Szinpin ötən həftə Rusiyada idi. O, Moskvada Vladimir Putinə panda bağışlayıb. Sankt-Peterburqda, 1917-ci ildə bolşevik inqilabının başlanğıc atəşini açan “Avrora”ya minib və Putinlə birlikdə çay gəmisində axşam gəzintisinə çıxıb. Sankt-Peterburq İqtisadi Forumunda isə Fyodor Dostoyevskinin sözlərini sitat gətirib.

Bir zamanlar çinli vəzifədaşı ilə əlaqələrini “dahiyanə” adlandıran ABŞ prezidenti Donald Tramp hazırda Çinə qarşı ticarət müharibəsi aparır, odur k, Si yeni “yaxşı dost”a möhtacdır. Öz sözlərinə görə, o – Putindir. Amma bu qarşılıqlı sevgi, həqiqətən, Rusiyanın maraqlarına uyğundurmu?

Sözsüz, bu, yeni inkişaf deyil. Son altı ildə Putin və Si ən azı 30 dəfə görüşüb, onların ölkələri arasında illik ticarət dövriyyəsi isə 100 milyard dollardan çoxdur. Ancaq ikitərəfli əlaqələr son vaxtlar əhəmiyyətli dərəcədə dərinləşib; bu, kənd təsərrüfatından tutmuş texnologiyaya qədər olan bütün sahələri əhatə edən 25-dən çox ticarət və digər razılaşmalarla sübut olunub. Hər iki lider, ölkələrinin artıq həmişəkindən daha yaxşı şərtlərdə olduğunu düşünür.

Rusiya üçün Çinlə daha sıx əlaqələr, şübhəsiz, cazibədardır. Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan beşillik beynəlxalq sanksiyaların ardınca Sinin vədləri və xoş görünüşü ilə təzyiq sanki azalır. Ancaq Putinin Siyə tam inanmasından öncə 1960-cı illərdəki sovet dissident mahnılarını xatırlamaq yaxşı olardı: “İnsanlar qardaşdır; çinliləri qucaqlayacağam”. Bu, Rusiya-Çin birliyi  yaratmaq cəhdlərinin məyusedici keçmişinə işarədir.

1950-ci illərin əvvəllərində Kommunist Partiyası Çində hakimiyyətə gəldikdən sonra SSRİ ilə ittifaq qurub. Ancaq əlaqələr hər zaman gərgin idi, çünki Stalin və Mao Zedun beynəlxalq kommunist hərəkata rəhbərlik etmək üçün yarışırdılar. Stalin üstün tərəf olsa da, Mao kommunist rejimlərin kapitalist Qərbə qarşı vahid cəbhə yaratmalı olduğunu bilirdi.

Buna görə də, Mao 1956-cı ildə, Stalinin ölümündən üç il sonra Nikita Xruşşovun öz sələfini pisləməsindən bir qədər incidi. Xruşşov Stalinin yüksək statusuna necə meydan oxuya bilərdi (yəni Maonu da bənzər təhlükə ilə təhdid edirdi)?

Sovet İttifaqı Çin ixracının 60% -ini təşkil etsə də, gərginlik onilliklər boyu böyüyüb.

Bu gün Putin və Si, Birləşmiş Ştatlar və Qərbə meydan oxumada qlobal liderlik uğrunda yarışır və hər ikisi də amansız sələflərinə istinad edir. Fərq budur ki, Rusiya iqtisadiyyatı Qərb sanksiyaları və Putinin pis idarəçiliyindən əziyyət çəkir, Çin lideri isə üstün durumdadır.

İndiyə qədər bu, Rusiya üçün heç bir ciddi problem yaratmayıb. Rusiyanın telekommunikasiya şirkəti olan MTS və “Huawei” arasında gələn il Rusiyanın gələcək nəsil 5G şəbəkələrini inkişaf etdirmək üzrə müqavilə, əlbəttə, qarşılıqlı faydalıdır. Lakin bu razılaşma Çini Qərb təzyiqindən sığortalamağa yönəlib. ABŞ administrasiyası “Huawei”-ni milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edib.

Hər iki tərəfin fikrincə, Çinin iqtisadi gücü və Rusiyanın siyasi cəsarətinin birləşməsi ABŞ-a müqavimət göstərməyə kömək etməlidir. Ancaq ruslar və çinlilərin bir-biri sevmələri barədə çox az sübut var. Əksinə, hər biri digərinə yuxarıdan aşağıya baxır, Rusiyanın bu rəqabətdə qələbə ehtimalı kabusdur.

Bir neçə il öncə Sibir sərhədində, Blaqoveşensk şəhərində, Çinin Heyhe şəhərindən təxminən yarım mil uzaqlıqda bu dinamikanı seyr etmişəm. 150 il əvvəl Blaqoveşensk Çinin bir parası idi. Daha sonra kazaklar Çinin Çöl Mancuriya əyalətinin ərazilərini rus çarının nəzarətinə veriblər.

Blaqoveşenskin diyarşünaslıq muzeyi şəhərin inkişafını kazak işğalı ilə əlaqləndirir. Ruslar, göründüyü kimi, hələ də özlərini ali Qərb irqi kimi görürlər.

Heyheyə gəlincə, postsovet böhranı zamanı acından ölməkdə olan ruslara ucuz mal satmaqla zənginləşib. Onun öz tarix muzeyi kazakları “tüklü barbarlar” kimi və Rusiyanın Uzaq Şərq şəhərlərinin tarixi Çin adlarını təqdim edir: Blaqoveşensk – Haylanpao, Vladivostok – Hayşenvay və Saxalin – Kuye.

Yerli davranış bu perspektivləri əks etdirir. Gəmi limanında ruslar vodka və şokoladı Heyheyə ixrac edən çinli tacirlərə lağ edir, çinlilərsə ruslara əsla əhəmiyyət vermirlər. Onlar Rusiya meşələrinin resurslarını ekoloji problemləri tamamilə nəzərə almadan, kiçik bir Afrika ölkəsindəki kimi, mənimsəyirlər.

Putin əlində zəif kartlar tutur. Böyük saydığı hadisələr Putinə xoşbəxtlikdən daha çox başağrısı gətirib.

Əslində, böyük strategiya Putinə xas deyil. Uzunmüddətli perspektivə sahib olan Çin liderləri ondan fərqlənirlər. Si də istisna deyil. Qərbə qarşı oyun Putin Rusiyası üçün qumar ola bilər və o, tezliklə buna heyfsilənəcək.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə