XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

13 İyun 2019 - 14:36

RUSİYANIN ERMƏNİSTANDAKI SƏFİRİNİN BƏYANATI NƏYƏ HESABLANIB? –"Vyana və Sankt-Peterburq gündəlikləri aktiv müzakirə edilir" - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 12 iyun 2019-cu il

 

Rusiya səfiri Sergey Kopırkin Yerevanda mətbuat konfransında bəyan edib: “Məncə, Vyana və Sankt-Peterburq gündəlikləri tənzimləmə prosesində aktiv müzakirə edilir”.

Səfir, əlbəttə, onu da bildirib ki, o, Yerevanda səfirdir və prosesin detalları haqqında məlumatlandırılmayıb.

Adətən, belə cavabı Fransa və ABŞ-ın, həmçinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin səfirləri  də verirlər. Lakin diqqətçəkəndir ki, məlumatlandırılmamasına baxmayaraq, diplomat Vyana və Sankt-Peterburq gündəliklərinin müzakirə edildiyini bəyan edir.

Səfirin bu bəyanatı son günlərdə sərhəddə vəziyyəti kəskinləşdirən Azərbaycana işarədir.

Bunun ardınca Yerevanın sərt cavabı – erməni əsgərinin öldürülməsinə görə Azərbaycandan intiqam alınması və bu tapşırığın icraçılarının yüksək mükafata təqdim edilməsi gəlib.

Eyni zamanda, buna qədər Baş nazir Paşinyan Rusiyada mətbuat konfransında bəyan etmişdi ki, Yerevan həm Bakıya, həm də həmsədrlərə erməni tərəfindən Azərbaycan mayorunun ölümünə səbəb ola biləcək hər hansı bir atəşin açılmaması haqqında konkret və dəqiq sübutlar təqdim edib.

Xatırladaq ki, Bakı məhz bu mayorun ölümü ilə bağlı informasiya ilə təxribatlara və guya, cavab olaraq, erməni hərbçisinin öldürülməsinə hazırlaşmağa başlayıb.

Lakin Nikol Paşinyan Moskvada bəyan edib ki, o, Putinlə Sankt-Peterburq görüşü zamanı silahlanma məsələsini müzakirə edib və Ermənistan “İsgəndər” deyil, eyni zamanda “kiçik” də olmayan, yeni silah almağı gözləyir.

Azərbaycan da bəyanatla çıxış edib ki, erməni tərəfi danışıqlar prosesini pozmaq istəyir. Faktiki olaraq, bu, Rusiyadan narazılıq, eyham idi ki, ermənilərə yeni silah, yəni müqaviməti artırmaq üçün yeni imkan, başqa sözlə, müharibənin qarşısını almaq üçün əlavə vasitə verməklə, Rusiya Bakını çətin vəziyyətdə qoyur.

Ardınca mətbuat konfransı və RF səfirinin cavabı gəlir ki, “Vyana və Sankt-Peterburq” aktiv müzakirə edirlər.

“Aktiv” sözünə diqqət edin. Azərbaycana işarə aydındır: əgər Azərbaycan durumu kəskinləşdirməyə gedirsə, Rusiya çətin vəziyyətdə qalır.

Digər tərəfdən, ərazilərin qaytarılması üçün Azərbaycanın Ermənistana təzyiq etməyə cəhd etdiyi halda da, Moskva xoşagəlməz duruma düşür.

Rusiya nə onu, nə də bunu edə bilər. Nə legitim hakimiyyətə təzyiq edə, nə də Azərbaycana durumu kəskinləşdirməyə imkan verə bilər. Çünki Ermənistan Baş naziri regional kontekstdə (müharibədən – tərc.) çəkindirmə üçün məsuliyyəti dəqiq şəkildə Rusiyanın üzərinə qoyub, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton isə dəqiq işarə edib ki, əgər Rusiya Ermənistanı silah və müqavimət imkanı ilə təmin etməsə, bunu Vaşinqton edəcək.

Bu halda, Moskvaya Bakıya Vyana və Sankt-Peterburqu xatırlatmaqdan başqa bir şey qalmır.

Moskva işarə edir ki, o, bu məsələdə hələ “yaxşı vaxtlar başlayanadək” məcburetmə mexanizmlərinin olmamasına görə məmnundur. Yerevanın vəzifəsi bu “yaxşı vaxtların” nə zamansa başlamasına imkan verməməkdir. Hələ ki, bu, alınır.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə