XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 16:07

İsrailin 100 nüvə başlıqlı silahı var –STOKHOLM İNSTİTUTUNUN 9 DÖVLƏTİN QORXULU CƏBBƏXANASI BARƏDƏ HESABATI

Anna Ahronhaym

“Jerusalem Post”, 18.06.2019

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında qeyd olunur ki, İsrailin 100-ə yaxın nüvə silahı var.

İsrailin uzun müddətdir nüvə silahına dair açıqlama verməmə siyasəti yürütsə də, hesabatda deyilir ki, təxminən 30 ədəd bomba döyüş təyyarələri ilə daşına və 50-yə yaxın nüvə başlığı 5.500 km uçuş məsafəsi olan “Jericho III” orta mənzilli ballistik raketlə hədəfi nişan ala bilər.

Hesabatda, həmçinin İsrailin nüvə silahlı kruiz raketlərini daşımaq üçün donanmasına Almaniya isthsallı “Dolphin” tipli sualtı gəmiləri əlavə etdiyi bildirilir.

SIPRİ hesabatına görə, 2019-cu ilin əvvəlində 9 dövlətin – ABŞ, Rusiya, Birləşmiş Krallıq, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın təxminən 13.865 ədəd nüvə silahı var idi. Onların 3750-i operativ əməliyyat qüvvələrində yerləşdirilib və 2 minə yaxını yüksək hərbi hazırlıq vəziyyətində saxlanılır.

Rusiya və ABŞ qlobal nüvə silahlarının 90%-dən çoxuna sahibdir. Hesabatda bildirilir ki, Moskvanın arsenalında 6.500, Vaşinqtonun cəbbəxanasında isə 6185 nüvə silahı var. Böyük Britaniyada – 200, Fransa – 300, İsrail – 80-lə 90 arasında, Pakistan – 150 ilə 160 arasında, Hindistan – 130-la 140 arasında, Çin – 290 və Şimali Koreya – 20 ilə 30 arasında nüvə silahına malikdir.

İran 2015-ci ilin Birgə Fəaliyyət Planını (JCPOA) həyata keçirməyə davam edir və hesabatda onun hər hansı bir nüvə silahına sahib olduğu qeyd edilməyib.

Hesabatda bildirilir ki, ABŞ-da 1.750 nüvə silahı və 4.435 “digər döyüş başlıqları” var. Bunlar operativ, anbarlarda saxlanılan və sökülməli başlıqlardır. Rusiya, Birləşmiş Ştatlarla müqayisədə, 1600 digər döyüş və 4900 digər başlığa malikdir. İngiltərədə 120 ədəd başlıq və Fransada 280 döyüş hazırlıqlı başlıq var.

İsrail də daxil olmaqla, digər ölkələr heç bir döyüş hazırlıqlı nüvə silahına malik deyil.

Hesabatda bildirilir ki, Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ nüvə silahlarından istifadə üçün həm HEU, həm də plutonium, Hindistan və İsrail, əsasən, plutonium istehsal edir. Pakistan da, əsasən, HEU, lakin plutonium istehsal etmək bacarığını genişləndirir. Şimali Koreya nüvə silahlarından istifadə üçün plutonium istehsal edib, ancaq HEU da istisna deyil.

Nüvə silahı başlıqlarının çox sayda olmasına baxmayaraq, hesabatda bildirilir ki, nüvə silahlı dövlətlərin inventarları, əsasən, Rusiya və ABŞ-ın 2010-cu ildən etibarn azaltma və məhdudlaşdırma tədbirləri haqqında müqavilə sayəsində strateji hücum silahlarını, yəni birtərəfli azalmanı təmin edir.

Buna baxmayaraq, hər iki ölkə “nüvə başlıqları, raket və təyyarə çatdırılması sistemləri və nüvə silahları istehsal edən qurğuların yerini dəyişdirmək və modernləşdirmək üçün geniş və bahalı proqramlar həyata keçirir”.

Digər yeddi nüvə silahlı dövlətin nüvə silahları “olduqca az” olsa da, onların hamısı ya yeni silah sistemlərini inkişaf etdirir və ya yerləşdirirlər, ya da bunu etmək niyyətlərini açıqlayıb.

Hesabatda bildirilir ki, Şimali Koreya, milli təhlükəsizlik strategiyasının əsas elementi olaraq, hərbi nüvə proqramına üstünlük verməkdə davam edir, Çin isə tədricən onun ölçüsünü artırır və nüvə silahının tərkibini diversifikasiya edir.

Hindistan və Pakistan, rəqiblər kimi, həm hərbi, həm də maddi istehsal imkanlarını genişləndirir, bu da növbəti onillikdə nüvə silah ehtiyatlarının həcmində əhəmiyyətli artımlara səbəb ola biləcək.

Hesabatda bildirilir ki, nüvə silahlarının vəziyyəti və nüvə silahlı ölkələrin imkanları barədə etibarlı məlumatların mövcudluğu əhəmiyyətli dərəcədə dəyişir.

“Çin indi nüvə gücünü, keçmişlə müqayisədə, daha tez-tez nümayiş etdirir, amma say və ya gələcək inkişaf planları haqqında az məlumat verir. Hindistan və Pakistan hökumətləri bəzi raket sınaqları barədə bəyanatlar verir, lakin onların silahlarının vəziyyəti və sayı barədə heç bir məlumat yoxdur, – deyə qeyd olunur. – Şimali Koreya nüvə silahı və raket sınaqlarının aparıldığını etiraf edib. Amma nüvə silahı imkanları haqqında heç bir məlumat yoxdur”.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə