XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 18:32

PAŞİNYAN APREL HADİSƏLƏRİNİ ARAŞDIRACAQ KOMİSSİYA YARADIB –Rusiya, yoxsa "köhnə komanda" ittiham ediləcək? - TƏHLİL

Ani Meclumyan

Eurasianet.org (ABŞ), 18.06.2019

 

Ermənistan parlamenti Azərbaycanla 2016-cı il “Aprel savaşı”nı araşdırmaq üçün komissiya yaradıb. Bu addım ölkənin kənarlaşdırılan hökumətinin təmsilçiləri və onların Dağlıq Qarabağı idarə etməyi sürdürən müttəfiqləri ilə genişlənən qarşıdurma fonunda atılıb.

Baş nazir Nikol Paşinyan komissiyanın yaradıldığı haqda mayın 20-də elan edib. O deyib: “Hamımızı həyəcanlandıran bir sıra suallara cavab almağın zamanı çatıb”.

Paşinyan araşdırma çərçivəsində hansı konkret suallara cavab axtarmaq niyyətində olduğunu dəqiqləşdirməyib. Lakin 2016-cı ilin dördgünlük savaşı –1994-cü ildə atəşkəs haqda saziş imzalandığı andan bəri Dağlıq Qarabağ uğrunda Ermənistan və Azərbaycan qüvvələri arasında ən qanlı toqquşma haqqında çoxdan şübhələr var idi. Hər şeydən savayı, Ermənistan tərəfi sülh dövründə ilk dəfə bu münaqişə çərçivəsində ərazinin bir hissəsini itirib ki, bu da İrəvan və Stepanakertdə (Xankəndində-tərc.) öz silahlı qüvvələrinin fəal inkişaf edən Azərbaycan ordusuna qarşı durmaq bacarığı haqda narahatlıq doğurub.

Toqquşmadan sonra silah kəsiri haqda məlumatlar gəlib və ittihamlar səslənib ki, İrəvanda siyasi rəhbərlik – ola bilsin, Moskvanın xahişi ilə – yerlərdəki hərbçilərə hətta üstünlük olanda da hücumu dayandırmaq əmri verib.

Ermənistana aid məsələlər üzrə Vaşinqtonda analitik işləyən Emil Sanamyan deyib: “Komissiya, ən azı, bir neçə əsas faktı müəyyən edə bilər ki, məsələn, nə qədər əsgər və haçan öldürülüb, amma, əlbəttə, mən inanmıram ki, komissiyanı məhz buna görə formalaşdırıblar”.

O, Paşinyanın ötən il devirdiyi Ermənistan lideri Serj Sərksyanı və  Dağlıq Qarabağın de-fakto başçısı və Sərksyanın siyasi müttəfiqi Bako Saakyanı nəzərdə tutaraq əlavə edib: “Bunu Serji və Bakonu cəzalandırmağa görə edirlər”.

Paşinyan komissiya yaratmaq haqda qərarını keçmiş prezident Robert Koçaryan – Sərksyan və Saakyanın müttəfiqi – 2008-ci il etirazlarını qanlı şəkildə boğmaqla bağlı ittiham üzrə məhkəmə zalında məhkəməni gözləməklə girovla azad ediləndən bir an sonra elan edib. Koçaryana görə girovu Saakayan və Qarabağın keçmiş lideri qoyub və Paşinyan cavabında Ermənistanın məhkəmə sistemi və Qarabağ rəhbərliyinin üstünə düşərək onları keçmiş hakimiyyətin maraqlarına işləməkdə ittiham edib. Paşinyan ilk dəfə məhz bu çıxış zamanı komissiyanın adını çəkib.

Sanamyan deyib: “Bu, əsil qisasdır”.

Müdafiə nazirinin keçmiş müavini və Nikol Paşinyanın “Mənim addımım” alyansından parlament deputatı Andranik Koçaryanın başçılıq etdiyi komissiyaya 11 deputat daxil olacaq – o cümlədən müxalifətdən. Komissiya hələlik yalnız iyunun 4-də qapalı rejimdə bir iclas keçirib. “Mənim addımım”ın parlament fraksiyasının başçısı Lilit Makunts deyib: “Komissiyanın işi əsasən qapalı rejimdə aparılacaq. Komissiya materialların hansı hissəsini elan etməyin gərəkdiyi haqda qərar alacaq”.

Andranik Koçaryan ilk toplantı günündə mətbuat konfransında deyib ki, gözlənildiyi kimi, komissiyanın işi altı aya yaxın çəkəcək və döyüş əməliyyatalrı zamanı komandirlərin qərarları, habelə silahlı güclərin gərəkli şəkildə təchiz edilib-edilmədiyi və kəşfiyyat məlumatları ilə təmin olunub-olunmadığı daxil olmaqla məsələlərin geniş çevrəsi əhatə olunacaq. O, jurnalistlərə deyib: “Qurban ailələrinin heç bir sualı olmamalıdır”.

O, əlavə edib – komissiya dövlət sirri təşkil edən sənədlərə çıxışa və şahidləri dindirmək hüququna malikdir, amma şahidləri ifadə verməyə məcbur etmək imkanı olmayacaq. Ola bilsin, əsas şahidlərdən biri Müdafiə Nazirliyinin başçısı, 2016-cı il savaşı zamanı bu idarədə nazir müavini postunu tutmuş David Tonoyan olacaq.

Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Vaan Kostanyan komissiyanın başqa üzvlərinin şərhini almağın mümkün olub-olmadığı haqda suala görə “Eurasianet.org”a deyib ki, komissiyanın işi haqda artıq elan ediləndən artığı yoxdur.

Keçmiş hakimiyyət təmsilçiləri bildirirlər ki, onları haqsız təqib edirlər. Respublika Partiyasının yüksəkməqamlı təmsilçisi Armen Aşotyan “Beşinci kanal” telestansiyasına müsahibədə deyib: “Paşinyan Respublika Partiyasını, Serj Sərksyanı və Bako Saakyanı, buna görə qanunsuzcasına məsuliyyətə cəlb oluna biləcək adamların hamısını küncə sıxmağa çalışır”.

İrəvan Bölgəsəl Araşdırmalar Mərkəzinin başçısı Riçard Kirakosyan “Eurasianet.org”a deyib ki, parlamentin müdafiə idarəsinə nisbətdə nəzarət fəaliyyətində iştirakı “müəyyən dərəcədə Ermənistan parlamentinin icra hakimiyyətinə daha fəal və qətiyyətli institusional əks-tarazlıq rolunu öz üzərinə götürməkdə potensial yaradır”.

O, əlavə edib ki, komissiya həmçinin gələcək islahatların özülündə dura biləcək “mühüm dərslər götürməyə” yardım edə bilər.

Bununla belə, Kirakosyan göstərib ki, komissiyanın tərkibi narahatlıq doğurur. Kirakosyan deyib: “Araşdırma prosesi məntiqə uyğun görünsə də, araşdırmaya görə sorumlu parlament komissiyası hərbi sahədə təcrübəyə, ya da hərtərəfli və tərəfsiz araşdırma aparmaq üçün yetərincə resursa malik deyil”.

O, araşdrmadan keçmiş hökumətdən “qisas” kimi istifadə etməməyə çağırıb. O deyib: “Bu, baş verərsə, təkcə indiki Müdafiə Nazirliyinə ziyan vurmaz, həm də hərbçilərə inamı azaldar və parlamentin özünü zəif salar”.

Politoloq Anait Şirinyan “Eurasianet.org”-a deyib ki, incə məsələləri açıq müzakirəyə hazırlıq sərgiləməklə “ola bilsin, Azərbaycana dolayı siqnal verirlər ki, inqilabsonrası Ermənistanda savaş şəraitində, adətən, qapalı olan hərbi sahəyə və təhlükəsizliyə dair incə yönlərin yoxlanışı mümkündür”.

Onun sözlərinə görə, bundan savayı, bu həmçinin göstərir ki, “indiki anda dövləti gərəyincə idarə etmək məsələləri effektsiz idarəçilik və korrupsiyanı gizlətmək üçün tez-tez istifadə olunan hərbi-vətənsevərlik ritorikasından daha önəmlidir”.

“Aprel savaşı”ndan dərhal sonra Müdafiə Nazirliyinin bir neçə məmuru korrupsiyada ititham edilib və vəzifəsindən götürülüb.

Bu, “Aprel savaşı”nı araşdırmaq zərurəti haqda Paşinyanın ilk işarəsi deyil. O, müxalifətdən deputat olarkən 2017-ci ilin oktyabrında dinləmələr zamanı bu hadisələrin təhqiqat üçün komissiya yaratmağa çağırıb. Amma, hər şeyə əsasən, o zaman Rusiyanı ittiham etməyə çalışıb.

Paşinyan o vaxt deyib: “Ermənistan (2014-cü ildə) Avrasiya İqtisadi Birliyinə birləşdikdən sonra ərazinin xeyli hissəsini itirib”.

O həmin vaxt parlamentdə çoxluğa malik olan və bunu Moskvadan Ermənistana təhlükəsizlik zəmanəti verməyə bağlayan respublikaçıları Paşinyan blokunun qarşı çıxdığı AİB-ə üzvlüyə haqq qazandırmaqda ittiham edib. O soruşub: “Siz deyirsiniz ki, bu, təhlükəsizlik məsələsilə bağlıdır, amma bu halda necə olur ki, AİB üzvü 1980-ci illərin silahı ilə vuruşub?”

Tərcümə Strateq.az-ındır.

 





Yuxarı Əvvələ Ana Səhifə