XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

21 İyun 2019 - 21:36

SOROSUN AVROPA HÖKUMƏTLƏRİNİ SIXMAQ VƏ PARA MƏNİMSƏMƏK ALƏTİ:milyarder qaraçılardan necə faydalanır? - Araşdırma

Viktoriya Nikiforova

vzqlyad.ru, 20.06.2019

 

Avropada qaraçıları müdafiə edən əsas adamlardan biri Corc Soros olub və belə də qalır. Amma qalmaqallı oliqarxın yatırımları köçəri diasporun tərəqqisinə gətirməyib – onlar əvvəlki kimi ayrıcalaşır və yerli sakinlərdə təhlükəli qıcıqlanma doğurur. Çemodanovkadakı münaqişə (Rusiyanın sözügedən şəhərində cümə axşamı yerli sakinlərlə qaraçılar arasında məişət zəminində baş verən olay nəzərdə tutulur-tərc.) nəzərə  alınmaqla sual etməyin lap vaxtıdır – Soros havadarlıq etdiyi qaraçılardan məhz necə istifadə etməyi planlaşdırır?

Belə əhvalatlar, bir qayda kimi, xəbər topuna düşmür, amma bu, onun gerçəkliyini ləğv etmir. Avropa son zamanlar yerli əhalinin qaraçı diasporu ilə münaqişələrindən doğan həyəcan yaşayır.

Romalılar bu ilin aprelində onlarla qaraçı ailəsinin yerli sosial mənzil mərkəzlərindən birinə köçünə yol verməmək üçün bir yerə yığışıblar.  Yüzlərlə sakin küçələrə çıxıb və barrikada qurub ki, qaraçıları binanın girişinə buraxmasın. Polis etirazçıları qovub, qaraçı ailələri isə Romanın şərqindəki yaşayış kompleksinə daşınıb.

Polis Romadan bir il əvvəl və yenə də qalmaqalla qaraçıların yüzlərlə adamın yaşadığı bir neçə düşərgəsini təxliyə edib. Bu aksiya Brüssel və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən bərk tənqid olunub, amma İtaliya hökuməti israr edib. Paqonluların xüsusi əməliyyatının böyük önəmi olmadığı başqa məsələdir – yüzlərlə qaraçı sağ-salamt Romanın civarına köç edib.

Təkcə ən ciddi rəsmi hesablamalara görə, Əbədi şəhərin ətrafında tam 130 min “romale” (qaraçıların iki milli rəmzindən biri-tərc.) qeyri-leqal yaşayır. Ekspertlərin fikrincə, gerçək rəqəm xeyli yuxarıdır.

Roma etirazlarından bir həftə sonra Bolqarıstanın əvvəllər yerli sakinlərin acgözlüyü haqda lətifələrlə məşhurlaşan Qabrovo şəhərində qarşıdrma qızışıb. Orada artıq məhkum edilmiş üç qaraçı mağaza işçsini döyüb, bundan sonra minlərlə qabrovolu küçələrə çıxıb və bütün qaraçı icmasının şəhərdən sürgününü tələb edib. Şəhər sakinləri qaraçı evlərini dörd gün daşa basıb, onlara od vurmağa çalışıb və təhqirli sözlər bağırıblar. Polis durumun öhdəsindən gələ bilməyib. Yerli hökumət qaraçılara sakitcə getməyi məsləhət görüb, onlar bunu da ediblər.

Yanvarda oxşar iğtişaşlar Bolqarıstanın Voyevodinovo qəsəbəsində baş verib. Bu, qaraçı dəstəsinin yerli hərbçini əzişdirməyindən başlanıb. Qaraçı ailələri qarşıdurma nəticəsində Voyevodinovonu tərk edib. Dörd aydan sonra isə Macarıstanda Budapeştin 130 km-liyində qaraçı kriminalına qarşı etiraz aksiyası keçirilib.

Avropa Komissiyası Beynəlxalq Qaraçı Günündə AB-də antiqaraçı əhvali-ruhiyyəsinin gücləndiyi haqda özəl xəbərdarlıq yaymağa hərfiyyən vadar olub. Brüsseldə nəsə əksinə ümid edirdilər.

Qaraçı diasporları 1990-cı illərin başlanğıcında əvvəlcə saysız-hesabsız QKT və QHT tərəfindən saxlanırdı. Etnik azlıq kimi onların hüquqları Brüsselin özəl qayğı predmetidir. Avropa Birliyinin qurumları qaraçı diasporasından çıxanların təhsili və işə düzəlməsilə bağlı müxtəlif layihələrə hər il çoxmilyonluq qrantlar ayırır.

Bununla belə, qaraçı icmaları çağdaş Avropada ən kriminallaşmış sosial qruplardan biri olaraq qalır. Yerli sakinlər tərəfindən hər bir etiraz hadisəsi qaraçılar və qanun arasında yığılan ziddiyyətlərdən doğur. Bu, Romada cibgirlik, Bolqarıstanda qarət, Rumıniyada yerlilərlə daimi toqquşmalar, bütün ölkələrdə narkotiklərin yayılması və milli MCQ (mütəşəkkil cinayətkar qrup-tərc.) yaratmaqdır.

Avropada qaraçı gəncliyinin 90%-ə qədəri rəsmən işsizdir. Məktəbyaşlı uşaqların yarıdan çoxu sistemli təhsil alımır. Qaraçı ailələri tərəfindən özgəsinin evini və mənzilləri  özbaşına ələ keçirmək kəskin problemdir. Burada məskunlaşandan sonra qanuni yolla onları küçəyə tökmək praktik olaraq mümkün deyil.

Qaraçıların tez-tez məıskunlaşdıqları köhnə mənzilləri sökmək və onları köçürmək hökumətin qaraçı probleminə yeganə gerçək cavabı olur. Diaspor keçən il San-Jakedə – Fransasnın firvan şəhəri Perpinyanın ən qaranlıq bölgəsində yaşayış binalarının sökülməsi üzündən təşvişə düşüb. Prezident Nikolya Sarkozi 2011-ci ildə isə qaraçıları Fransadan kütləvi şəkildə Şərqi Avropaya deportasiya etmək niyyətində idi.

Nə qədər qəribə olsa da, AB-də bu köçəri xalqın daha mədəni assimilyasiya yolunu hələlik görə bilmirlər. Və dünyanın əsas xeyriyyəçilərindən biri – Corc Sorosun artıq 30 il qaraçı etnik azlığının hüquqları uğrunda mübarizə apardığına baxmayaraq. Amma onun dəstəyi qaraçıları qəribə şəkildə yoxsulluq və krminal məhəlləsinə qovur.

Sorosun “Açıq Cəmiyyət”i və hamilik etdiyi QHT-lər 1980-ci illərin ortalarından qaraçı diasporunun yaşayışını yaxşılaşdırmaq üçün ən müxtəlif təşəbbüslərə rəsmən sponsorluq edir. Milyarder bu müddət ərzində bu layihələrə 150 milyon avrodan çox yatırıb, Avropa Qaraçı Universitetini və Qaraçı Təşəbbüslər Mərkəzini açıb, tam bir humanitar industriya yaradıb. Amma Sorosun 2013-cü ildə yönverici məqaləsində özünün  etirafına görə, “Şərqi Avropa ölkələrinin AB-yə girdiyi vaxtdan bəri orada qaraçıların durumu gözdəyən şəkildə pisləşib”.

Soros hər şeydən qabaq Bolqarıstan, Rumıniya, Slovakiya və Macarıstanı nəzərdə tutur. Bu ölkələr qaraçıların sayına görə liderdir: Bolqarıstandakı 750 mindən Rumıniyadakı 1,8 milyona qədər.

Açıq Cəmiyyət”in adamları AB xəzinəsindən qaraçı diasporlarına yardımlara lobbilik edirlər. Və milyarderin özü son illərdə “romale”yə 10 milyon avro yatırıbsa, Avropa Komissiyası İspaniyaya 28, İtaliyaya 32, Slovakiyaya 14, Rumıniyaya isə 23 milyard avro ayırıb. Bu inanılmaz pulların hamısı yerlərdə məhz Sorosun strukturlarına paylanır.

Sanki Avropa qaraçıları çoxdan varlanmalıydılar. Amma onların çoxu çağdaş arşınlara görə ağlasığmaz şəraitdə yaşamaqda və az, ya da çox açıq kriminalla məşğul olmaqdadır. Bəs məsələ nədədir?

Birincisi, sayagəlməz fond və QHT-lərin rəhbərliyi, demək olar, başdan-başa Amerika hüquqşünaslarından ibarətdir. AB büdcəsinin və xeyriyyəçilərin vəsaiti məhz onların donluğuna gedir.

İkincisi, gerçək qaraçı fəalları vəsaitlərin bölünməsi və qərarların qəbuluna heç vaxt buraxılmır. AB-nin guya qaraçıların yaşayışını yaxşılaşdırmağa yönəlmiş milyardlarla tranşeyinin taleyi sirrə bürünüb. Sorosun fondlarının, doğrudan da, ehtiyacsızlıq təmin etdiyi yeganə qaraçılar kiçicik “rəsmi təmsilçilər” zümrəsidir. Adi qaraçıların gəlirlərini tərtiblə aşan donluq onları xalqdan etibarlı şəkildə təcrid edir, donorun gündəliyini ciddi-cəhdlə səsləndirən adi menecerə çevirir. Bütün bunlar diaspor içindəki rüsvayçı iqtisadi təbəqələşməni yalnız dərinləşdirir.

Qaraçı problemi Sorosun özü üçün Avropa ölkələrinin hökumətlərini, hər şeydən qabaq Şərqi Avropa ölkələrini ona sərfəli qərarlara vadar etməkdən yana bəhanədən artıq bir şey deyil. Azlığın hüquqları uğrunda mübarizə mövzusu xoşagəlməz siyasətçilərə informasiya həmləsi və “təbii” iğtişaşlar qurmaq təşkil etmək imkanı verir.

Soros 2005-ci idlə qaraçı inklüzivliyi Ongünlüyündə çıxış edərək birbaşa bildirib ki, qaraçı azlığın hüquqlarına etinasızlıq ərəb gəncliyinin Fransada təşkil etdiyinə bənzər qiyamlar törədə bilər. Bu gün qaraçı mövzusu onun QHT-ləri vasitəsilə durumu gərginləşdirmək və dövlət institutlarını, demək olar,  mühacirlərin bu yaxınlarda Avropaya yürüşü dönəmindəki kimi uğurla məhdudlaşdırmaq imkanı verir. Bəlli olduğu kimi, Əfqanıstan, Afrika, Yaxın Şərqdən milyonlarla qaçqına Sorosun strukturları hamilik edib.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə