XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 11:16

PAŞİNYAN-KOÇARYAN ZİDDİYYƏTİ DƏRİNLƏŞİR:“Məni təqib etməklə Qarabağı verməyə çalışırlar” - TƏHLİL

Sərkis Artsruni

ru.1-in.am (Ermənistan), 25.06.2019

 

Bütün ehtimallara görə, Robert Koçaryan bu gün (dünən-tərc.) MTX-nin İstintaq Təcridxanasına qayıdar. Belə bir fikri ona görə ifadə etmirəm ki, məhkəmnin qərarından xəbərdaram, ya da, ikinci prezidentin iddia etdiyi kimi, hər şey qabaqcadan görünür. Biz Koçaryanın “5-ci kanal”a müsahibəsini eşidərkən, bu qənaətimiz möhkəmlənmişdi.

İkinci prezident siyasəti yalnız həbsdə olduğu, ya da həbsə yaxın olduğu hallarda yada salır. Bu, Koçaryanın belə apolitik görünüşü üçün qanunauyğundur, özü də bu, bir neçə dəfə subut olunub.

İkinci prezident bir ay azadlıqda olub, amma bu müddətdə hər hansı siyasi bildiriş təqdim etməyib, hər hansı ictimai bəyanatla çıxış etməyib və heç olmasa,  müxalif güclərin oxunu yaratmaq haqda vədini də yerinə yetirməyib. Əslində, Koçaryan hətta dünənki efirdə də bu məsələdən “yan keçib”, amma onun hətta bir eyhamından da istisna etmək olmazdı ki, Koçaryan Artsaxın (Dağlıq Qarabağın-tərc.) növbəti prezidenti olmaq barədə düşünür.

Robert Koçaryan öz prezidentliyi illərində Mehrinin mübadiləsi haqda sualı belə də birbaşa cavablandırmayıb, Stepanakertdən (Xankəndindən-tərc.) İrəvana “iki köynəklə” gəldikləri halda, onun ailəsi milyonları, milyardları necə yığdığı haqda ağıllı-başlı cavab səslənmədi. Ermənistanda birnömrəli vəzifə Koçaryanın “istedadı”nı necə açdı, halbuki onun prezidentliyi illərində, doğrudan da, istedadlı adamlar siyasi, sosial sıxıntılara dözməyib ölkəni məcburi tərk ediblər.

Koçaryan öz idarəçiliyinin bütün illəri ərzində Ermənistan sakinləri və artsaxlılar (Qarabağ erməniləri-tərc.) arasındakı maneəni ardıcıl şəkildə genişləndirib. O, müsahibədə növbəti il “Artsax (Dğlıq Qarabağın-tərc.) prezident seçkilərində öz halını Ermənistandan qorumalıdır” deyərək bu siyasəti “parlaqcasına” davam etdirib. Hətta düşmən ölkənin siyasi xadimindən də belə “parlaq” fikir eşitməyin mümkün olduğunu təsəvvür etmək çətindir.

Yaxud İrəvana gəlmək sayəsində əyalət düşüncəsi ilə “adam olub ortaya çıxan” biri zülmətdə viran qalan İrəvanı “işıqlandırdığı” haqda efirdə qürrələnəndə Ermənistan sakinləri necə dözə bilirlər?

Koçaryan manipulyativ tezis irəli sürüb ki, onu təqib etməklə Artsaxı verməyə çalışırlar, unudur ki, hər dəfə seçkiləri saxtalaşdırmaqla və Artsaxda hər yerdə qarəti “hesabdan silmək”lə Artsaxı məhz o “verib”.

Adam nə qədər həyasız olmalıdır ki, Mehrinin verilməsi haqda suala cavabda tam bir qələbəni öz ayağına yazsın, Yerablur (ermənicə “üç təpə”; separatizm savaşında ölənlərin İrəvanda basdırıldığı məzarlıq-tərc.) sirrini və minlərlə adamın qəhrəmanlıq və şəhidliyini ört-basdır eləsin, Ermənistanın və ermənilərin rolunu alçaltsın?

Koçaryan deyib: “Mən Artsaxın başçısı olanda Artsax ərazisinin tam yarısı Azərbaycan silahlı gücləri tərəfindən işğal olunmuşdu, müharibə bitəndə təkcə bütün Qarabağ deyil, həm də 7 rayon azad edilmişdi. Mən ərazi vermirəm, mən torpaq qəsb edirəm. Biz 7 rayonu azad edib Qarabağa birləşdirmişik, təhlükəsizlik zolağı yaratmışıq və bu torpaqlar bu gün Qarabağın təhlükəsizliyinin önəmli tərkib hissəsidir. Hər bir adamın zəhmətini, hansı durumda qəbul etdiyi, hansı durumda təhvil verdiyi baxımından da dəyərləndirmək gərəkdir”.

Belə bir adam heç vaxt cəmiyyətin mərhəmətinə layiq ola bilməz. O, tövbə etmək əvəzinə özünü “maarifçi” sayır, dua əvəzinə qeybət edir, özünü təmizə çıxarmaq əvəzinə hücum edir.

Bəlkə də, “borc əvəzinə mülk”ün – Rusiya vassalının rüsvayçılıq aktının gözəl sövdələşmə olduğunu iddia etməkdən yana şəxsi telekanalda bir saat “ev söhbəti” aparmağına dəyməzdi. Bəlkə də, Koçaryan günlərin birində boynuna alar ki, “27 Oktyabr” da “görkəmli əməliyyatdır(1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində spiker, baş nazir və başqalarını qətlə yetirməklə  erməni terrorçularının törətdikləri terakt nəzərdə tutulur-tərc.), çünki bu olmasaydı, Koçaryanı indiyədək yemləyən “kimya” meydana çıxmazdı.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə