XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

05 İyul 2019 - 18:33

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ DAHA BİR MÜHÜM TƏYİNAT –General Seyfulla Əzimov nazirin birinci müavini təyin edildi

Prezident İlham Əliyev yeni təyin etdiyi Daxili işlər nazirinin birinci müavininin kim olacağı ilə bağlı intizarlara bu gün son qoyub.

Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının yetirməsidir. Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.




Yuxarı Əvvələ Ana Səhifə