XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 17:07

MOSKVA TEHRANI SIXIŞDIRMAĞA ZƏMİN HAZIRLAYIR –Fransanın məşhur kəşfiyyatçısı Alen Rodye Suriya rəhbərliyindəki “qalaqurmalar”dan yazır   

Alen Rodye

Atlantico (Fransa), 10.07.2019

 

Rusiya 2015-ci ildə hərbi müdaxilədən sonra həmişə düşünüb ki, Dəməşqdə siyasi hakimiyyəti dəyişdirsin. Vladimir Putin çox gözəl bilir ki, Bəşər Əsəd və ailəsi beynəlxalq birlik üçün qırmızı əski olub. O nə qədər ki iş başındadır, heç bir həll müzakirə oluna bilməz.

Danışıqları da aparmaq lazım gələcək, çünki durum indi dondurulub.

Suriya hökumət gücləri indiki anda şimali-qərbdə Türkiyə ilə sərhəddə yerləşən İdlib istisna olmaqla ölkənin qərbini qoruyur. Tehranın və Rusiya hərbçilərinin dəstəyinə baxmayaraq, Suriya gücləri döyüşçülərin qoruduğu bu bölgəni geri ala bilmirlər, çünki onlarda texniki və insan resursları bəs etmir. Düşmən son dərəcə güclüdür (30 000-dən 60 000-ədək təcrübəli döyüşçü 2,5 milyon əhali arasında çətin keçilən yerlərdə səngərlənib) və Ankara fövqəladə durum halında ona dəstək verə bilər. Doğrudan da, artıq, demək olar, üç milyon qaçqın qəbul etmiş Türkiyə yenilərini qəbul etmək imkanında deyil. Suriya hökumət güclərinin hücumu əsil fəlakət olar.

Suriyanın Fəratdan şərqdəki hissəsinə gəlincə, bura da qərbçilərin dəstəklədiyi vaxta qədər PKK-nın əmoğlusu YPG-dən kürd döyüşçülərindən təşkil olunmuş SDQ-dən döyüşlə geri alına bilməz. Amerikalıların Suriyadan tədricən getdiyi bir vaxtda təəssürat yaranır ki, britaniyalılar və fransızlar yerlərdə öz güclərinin sayını artırırlar. Almanlar burada birbaşa iştirakdan imtina ediblər.

ABŞ Suriyadan tədricən gedir, çünki onun birbaşa maraqları Uzaq Şərqə cəmlənib, Türkiyə diqqətini PKK-ya cəmləməklə cənub sərhədində öz təhlükəsizliyini qorumaq istəyir, İran ABŞ sanksiyalarından və Səudiyyə Ərəbistanı və BƏƏ ilə artan gərginlikdən narahat olub, sonuncular isə bu bataqlığa batmaq istəyirlər. Və, nəhayət, Rusiya istədiyini (növbəti 50 ildə hərbi iştirak) və s. əldə edib. Ciddi, amma Əsədsiz danışıqlara başlamaq üçün hər cür şərait yaranıb.

Problem bundan ibarətdir ki, Moskvanın nəzərdə tutduğu siyasi imkan təhlükə altındadır, çünki Əsədi əvəzləməyə potensial namizədlərın adları artıq Qərbin qara siyahısındadır və ola bilsin, öz cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinin qarşısında durarlar.

Belə ki, Bəşər Əsədin mümkün varisi barədə?

Bəşər Əsədin ən yaxın müşaviri, HHQ-nin qorxunc kəşfiyyat xidmətinin qurucularından biri general-mayor Əli Məmlük bazar günü iyulun 7-də təhlükəsizlik üzrə vitse-prezident təyin olunub. O, əvvəllər milli təhlükəsizlik şöbəsinə başçılıq edərək Suriyanın bütün xüsusi xidmətlərinin işini əlaqələndirib. Problem bundadır ki, xaricdə, xüsusən də Fransada ona “işgəncələrdə, zorakı yoxolmalarda iştirak, insanlığa qarşı cinayət, hərbi cinayətlər” ittihamı elan edilib.

Bununla belə, onun keçmiş təyinatı ona həm Suriyada, həm də başqa ölkələrdə bir çox xarici rəsmilərlə görüşmək imkanı verib. O, Moskva, Qahirə və Əmmana rəsmi səfər edib. Danışırlar ki, Ankarada, Ciddədə və hətta Romada (əgər onun ən yaxın silahdaşlarndan biri bu son dərəcə təhlükəli səfərdə olmayıbsa) gizlicə qəbul olunub. Bundan başqa, guya Səudiyyə Ərəbistanının onu səmimi qəbul edən varis şahzadəsi Muhəmməd bin Salmanla görüşüb, amma hamı bilir ki, şahzadə Donald Trampın etibarını qazanıb. Tramp isə 2020-ci ilin prezident seçkilərində özünün şəxsi uğurları kimi təqdim edə biləcəyi anlaşmalar əldə etmək üçün artıq birinci dəfə deyil ki, Avropanın fikri olmadan ötüşə bilir. Məmlük sünnidir, amma bəzi müşahidəçilər onun dini mənsubiyyətini şübhə altına alırlar. Diqqət yetirin ki, bu həm də bir neçə yeni təyinata aiddir: Suriyada sünnilər xeyli çox olsalar da, indiki liderlərin çoxu ələvidir. General Məmlük hələ SSRİ dağılana qədər uzun illər boyu onunla yaxın münasibətlər saxlamış ruslara çox yaxşı tanışdır.

Ümumi Kəşfiyyat İdarəsinin keçmiş başçısı general Muhəmməd Dib Zeytun general Məmlükün tutduğu Milli Təhlükəsizlik Bürosunun başçısı vəzifəsinə təyin olunub. O, sünnidir və həmçinin Qərbin qara siyahılarında adı çəkilir. Onun özü keçmiş postunda general-mayor Husamə Luka ilə əvəz olunub…

Bu təyinatlar düzümünün davamında Cəmil Həsənin 2009-cu ildən başçılıq etdiyi Suriya HHQ Kəşfiyyat İdarəsinə müavini general-mayor Həsən İsmayıl təyin edilib. Nəsir əl-Əli Siyasi Təhlükəsizlik Baş Direktorluğunun başçısı vəzifəsində Husamə Lukanın yerini tutub. General-mayor Nəsir Dib Səfvan Səfvan İsanın yerinə cinayət təhlükəsizliyini öz üzərinə götürüb. General-mayor Kifa Muəllim martda artıq hərbi kəşfiyyat başçısı postunda (istefaya gedən) Məhəmməd Mahalı əvəz edib.

Beləliklə, kəşfiyyatın bütün rəhbərləri dəyişdirilib və bu, adi təsadüf ola bilməz. Bəziləri bunda Suriyada Tehrana yenidən üstün gələcək Moskvanın təsirini görürlər. Rusların Suriyanı, doğrudan da,  yiyələndirkərini iddia etməzdən qabaq hələ gözləmək gərəkdir. Problem bundadır ki, mülki əhali 2011-ci ildən davam edən bu vətəndaş savaşına görə, adətən, çox yüksək bədəl ödəyir. Bunu dayandırmağın tam vaxtıdır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə