XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 00:33

ABŞ-dan TÜRKİYƏYƏ GÖZLƏNİLƏN ZƏRBƏ:Ankara F-35 proqramından uzaqlaşdırıldı; Ağ Evdən 1 saat sonra Pentaqon açıqlama yaydı

ABŞ Türkiyəni F-35 proqramından çıxarıb.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.

Bildirilib ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması belə bir addımın atılmasına səbəb olub: “Artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başladıq. Bundan qaçmaq üçün çox cəhdlər göstərdik. İşlərin bu nöqtəyə gəlməsindən kədərlənirik. Ancaq Türkiyəni F-35 proqramından çıxarma qərarımız sürpriz deyil. Türkiyə bu qərarından (S-400 raketlərinin alınması nəzərdə tutulur – Strateq.az) dolayı iş imkanlarını və iqtisadi fürsətləri itirəcək”.

Pentaqon onu da bildirib ki, Türkiyə ilə bağlı bu qərardan sonra F-35 proqramıyla bağlı 9 milyard dollarlıq bir itki olacaq.

Xatırladaq ki, bu açıqlamadan bir saat əvvəl Ağ Ev Türkiyənin F-35 proqramından uzaqlaşdırılacağının siqnalını vermişdi.

Belə ki, Ağ Ev-dən verilən açıqlamada F-35 qırıcıları ilə bağlı Rusiya kəşfiyyatının gizli məlumatlar toplama ehtimalına diqqət çəkilib: “Bundan əlavə, onu da bildirmək istəyirik ki, ABŞ Türkiyəyə “Patriot” satmaq istəməklə yanaşı, Türkiyənin hava müdafiəsi ilə bağlı ehtiyacını qarşılamaq üçün çalışır. Münasibətlərimizin güclü olduğu tərəflər də var, hər şey F-35-lərlə bağlı deyil”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə