XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

22 İyul 2019 - 09:25

BOLTON QAMBİTİ:Dumanlı Albion istəmədən Vaşinqton-Tehran qarşıdurmasının ön planına çıxıb

Saymon Tisdal

“The Guardian”, 20.07.2019

 

Ağ Evdəki milli təhlükəsizlik məsləhətçisi və İraqın işğalı dövrünün məşhur quzğunu olan Con Bolton missiyalı adamdır. Donald Trampın xarici siyasətində genişliyi nəzərə alaraq, o, ABŞ-ın İranla qarşıdurmasını sürətləndirir. Tehranı ram etmək üçün ehtiraslı səyində, İngiltərə kimi yaxın bir müttəfiqin qarşıdurmaya qoşulduğu təqdirdə, kimin daha az zərər görəcəyi Bolton əsla düşündürmür.

Buna görə də, Amerikanın Müstəqillik Günü Cəbbəlüttariqdə Britaniya kral dəniz piyadalarının İran neft tankerini ələ keçdiyini eşitdikdə, onun sevinci yerə-göyə sığımırdı. “Twitter”-də yazmışdı: “Əla xəbərdir: Böyük Britaniya, Aİ-nin sanksiyalarını pozaraq Suriyaya İran nefti aparan “Grace I” supertankerini ələ keçirib”.

Boltonun sevinci ələ keçirmənin sürpriz olduğunu deyirdi. Amma toplanan sübutlar əksini və Boltonun milli təhlükəsizlik qrupunun Cəbbəlüttariq hadisəsinin birbaşa istehsalına cəlb olunduğunu göstərir. Şübhə bundan doğur ki, yeni baş nazirin seçilməsi, hakimiyyət mübarizəsi və “Brexit”-ə başı qarışmış ingilis mühafizəkar siyasətçilər Amerikanın tələsinə düşüblər.

Bir sözlə, Britaniya təkərdədir.

Cəbbəlüttariq hoqqasının nəticələri yalnız indi aydın olur. “Grace I”-n ələ keçirilməsi Hörmüz boğazında Britaniyanın “Stena Impero” tankerinin inqilab keşikçiləri tərəfindən ələ keçirilməsinə səbəb olub. Bəzi açıqlamalara baxmayaraq, İran əvvəllər Britaniyanın Cəbbəlüttariq quldurluğundan intiqam almaq istəmirdi. İndi alır.

Nəticədə, İngiltərə uğursuzluğa düçar olacaq beynəlxalq böhranın ortasında qalıb. Bundan pis vaxtı təsəvvür etmək çətindir. Ehtimal ki Boris Conson bu həftə Dauninq stritə baş nazir simasında girəcək. İngiltərə ən yaxın avropalı tərəfdaşlarından uzaqlaşaraq, Aİ-dən nizamsız çıxış ərəfəsindədir. Tramp Amerikası ilə əlaqə nadir gərginlik halındadır.

Bu fəlakətdən yayınmaq olardı. Britaniya Trampın istəyi ilə 2015-ci ilin nüvə razılaşmasından çıxmaqdan imtina edib. Dumanlı Albion Tramp və Boltonun cəza sanksiyaları və neft embarqosunu ehtiva edən “maksimum təzyiq” siyasətini diqqətlə izləyir, çünki ən mötədil iranlılar belə bu siyasətdən radikallaşır.

Britaniya Aİ-nin nüvə razılaşmasını xilas etmə səylərini dəstəkləsə də, Tereza Mey və Ceremi Hant Trampın qılığına girməyə çalışıblar. Onlar Vaşinqtonun İranın qeyri-sabitləşdirici regional fəaliyyəti və raket proqramı ilə bağlı şikayətlərini dəstəkləyib və İranın nüvə öhdəliklərini tapdalamasını qınayıblar.

Hətta may və iyun aylarındakı hücumlardan sonra Körfəzdən keçən Britaniya bayraqlı gəmilərin mühafizəsi gücləndirilməyib. Kral Dəniz Qüvvələrinin kifayət qədər patrul imkanları olmayıb. Üstəlik, rəsmi şəxslər hərbi profili artırmaqla, Britaniyanın İranla silahlı münaqişəyə cəlb edilə biləcəyindən qorxublar.

Bununla yanaşı, Bolton üçün İngiltərəni birbaşa Amerika tərəfinə çəkmək arzulanan nəticədir. Buna görə də, ABŞ-ın casus peykləri Trampın qlobal embarqosu ilə paralel olaraq İranın neft ixracatını izləyərkən, “Grace I” guya Suriyaya yollanarkən, Bolton fürsəti əldən qaçırmaq istəməyib.

İspaniyanın “El Pais” qəzeti rəsmi mənbələrə istinadən yazıb: “Panama bayrağı ilə üzən “Grace I” İran sahillərində lövbər atadan, aprel ayından etibarən ABŞ peyklərinin nəzarətində olub. Xam neftlə dolub-daşan tanker Süveyş kanalı ilə keçə bilmədiyindən Aralıq dənizinə qədəm qomazdan əvvəl Ümid burnunu adlamalı idi.

ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, Vaşinqton Banias (Suriya) neft emalı zavoduna yönələn gəmi barədə Madridə 48 saat qabaqcadan xəbər verib. İspaniya donanması Cəbbəlüttariq boğazı ilə keçiddə onu izləyib”.

Beynəlxalq sulardan keçən bir çox İran gəmiləri dayanmadan yollarına davam edir. İspaniya rəsmiləri bu anda heç bir hərəkət etməyib. Lakin Bolton, hər halda Madridə güvənməyib. ABŞ İngiltərəni xəbərdar edib. İyulun 4-də “Grace I” ingilis ərazi sularına girdikdən sonra Londona sifariş verilib. Kim tərəfindən məlum deyil. 30 dəniz piyadası hücuma keçib.

İranın təpkisi ani və qəzəbli idi. O, İngiltərənin qeyri-qanuni hərəkət etdiyini iddia edib, çünki Avropanın Suriyaya neft tədarükü embarqosu Aİ ölkələrinə şamildir və Hantın dediyi kimi, İran kimi üçüncü ölkələrə deyil. Hər halda, Tehran deyir ki, gəminin son gediş ünvanı Suriya olmayıb.

İspaniyanın sosialist xarici işlər naziri Josep Borrell İranın qəzəbini bölüşüb. Borrell Britaniyanın Cəbbəlüttariqdəki müdaxiləsini öz ərazi sularına müdaxilə kimi qiymətləndirib. İspaniya səfirinin Tehranda Xarici İşlər Nazirliyinə çağırılması da Madridi qıcıqlandırıb.

Nazir hər vəchlə İspaniyanı işdən uzaqlaşdırmaq isəyirdi. Borrellin sözlərinə görə, İran tankeri “Birləşmiş Ştatların xahişi ilə Birləşmiş Krallıq tərəfindən ələ keçirilib”.

Aİ buna səssiz qalıb.

İranın “Stena İmpero”nu ələ keçirməsi İngiltərənin diplomatik izolyasiyasını, hərbi və iqtisadi zəifliyini ortaya qoyub. Hökumət Britaniya gəmilərinə Hörmüz boğazından yayınmağı tövsiyə edib. Ancaq 15-30 ingilis bayraqlı tanker boğazdan hər gün keçir. Ticarət dayanarsa, enerji qiymətləri ceyran belinə qalxacaq.

İngilislərə beynəlxalq dəstək üçün Hantın müraciəti bu günə qədər qulaqlara batmır, Fransa və Almaniya istisna olmaqla. Çin, Yaponiya və Körfəzdən gələn neftə güvənən digər ölkələr heç bir həmrəylik əlaməti göstərmir. ABŞ-ın Körfəzi qorumaq üçün çoxmillətli koalisiya planı az arzuolunandır. Bununla yanaşı, Trampın İngiltərəni dəstəkləmə vədinin praktik dəyəri heçdir və özünə xas təhlükələr yaradır.

Bolton qambiti müvəffəq olub. Böyük Britaniyanın narahatlıqlarına baxmayaraq, Vaşinqton-Tehran qarşıdurmasının ön planına çıxıb. Hər iki tərəfdə qütbləşmə prosesi sürətlənir. Nüvə müqaviləsi ümumi iflasa yaxındır. İranı ciddi nəticələrlə təhdid edərək, aqibəti bilmədən İngiltərə kor-koranə şəkildə Boltonun müharibə təbilini döyəcləyir.

Tərcümə:Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə