XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 12:53

KLİNTONLARIN YAXASINDAN ASILAN DAHA BİR CƏSƏD… –Yəhudi milyarderin həbsxanada ölümü çoxsaylı suallar yaradıb - ARAŞDIRMA

Viktoriya Panfilova

vzqlyad.ru, 12.08.2019

 

Dünyanın aparıcı siyasətçi və biznesmenləri üçün həddi-büluğa çatmayanlarla eyş-işrət təşkilində ittiham edilən multimilyoner Ceffri Epşteyn həbsxana otağında ölü tapılıb. Rəsmi versiya intihardır. Amma hətta hakimiyyət təmsilçiləri də buna inanmırlar. ABŞ-ın ən qüdrətli klanlarından biri – Klinton cütlüyünün ünvanına şübhələr ifadə olunur. Onlar bu cinayətə necə bağlı ola bilərlər?

Ceffri Epşteyn təkcə bir neçə detektiv romanın qəhrəmanı ola bilərdi. Onun mənşəyi qaranlıq və anlaşılmaz, sərvətinin dəqiq həcmi və qaynağı heç kimə bəlli deyil. 66 yaşlı multimilyonerin bioqrafiyasının rəsmi versiyası bildirir ki, o, gəncliyində riyaziyyat müəllimi olub, amma heç vaxt universitet diplomuna sahib olmayıb.

Keçmiş müəllim 80-ci illərin əvvəlində artıq Nyu-Yorkda böyük bir bankda işləyib.  Bir neçə ildən sonra qəflətən özünü bir milyard dollardan yuxarı varı olan müştərilərin yatırımlarını yönəldən kimi göstərib. Əslində, onun müştəriləri kim idi və onların pullarını necə yönəldib – bəlli deyil.  Amma Epşteyndə böyük pullar peyda olub. O, 1992-ci ilə doğru Manhettendə böyük bir ev, şəxsi təyyarələr parkı, üstəlik tezliklə  təsadüfən Litl Sent-Ceyms  adasını, sonra isə yaxındakı Biq Sent-Ceyms adasını da alıb.

O, böyük Qetspi tipli elə bir sirli adamdır, – onun həmkarı Epşteyn haqda “Nyu-York meqezin”ə müsahibədə danışıb. – Ona xoş gəlirdi ki, adamlar onun, guya, çox varlı olduğunu düşünsünlər və ciddi-cəhdlə adamayovuşmazlıq göstərirdi. Onunla bağlı hər şey qəribə idi”.

Multimilyoner və xeyriyyəçinin (2003-də Harvarda 6,5 milyon bağışlayıb)  şəxsi həyatı da sirrə bürünüb. Şayiələr onu inadla qəribə insan Robert Maksvellin qızı, kübar xanım Jislen Maksvellə bağlayırdı. Çexiyalı yoxsul yəhudi II dünya savaşından sonra Londonda yurd salıb, mediamaqnat və Britaniya lordu olub, lakin 1991-də müəmmalı şəraitdə öz yaxtasından yıxılıb və batıb.

Lakin varlı varis qızla münasibətə baxmayaraq, Epşteyn subay həyatı keçirib. Onun zövqü bəlli qeyri-adiliyi ilə seçilib. O zaman adi inşaatçı olan Donald Tramp hələ 2002-ci ildə müsahibədə xatırladıb ki, Ceffri “lap  gənc qadınlara” həvəs göstərir. Epşteyn saysız-hesabsız dostlarına açıq deyirmiş ki, “öz DNT-sini mümkün qədər geniş yaymağa” hazırlaşır və qürrələnirmiş ki, bu niyyətlə Meksikada özünə ondan hamilə qalan qadınların yaşadıqları mülk alıb.

Bütün bu qəribəliklər kübar cəmiyyət tərəfindən ura ilə qarşılanırdı, çünki Epşteyn varlı və qüdrətli dostlar kolleksiyası düzəltmişdi. Bill Klinton, Barak Obama, Britaniya şahzadəsi Endryu, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın ən məşhur vəkili və Harvardın professoru Alan Derşovits bunların içindəydi. Hamısı onun təyyarəsində uçur, onun  axşam ziyafətlərinə gedir və onun Litl Sent-Ceyms adasına baş çəkirdilər.

Epşteyn üçün acı xəbərlər yalnız 2007-də başlanıb.  Həddi-buluğa çatmamış qızlar (ən kiçiyinin cəmi 14 yaşı var idi) o zaman polisə ərizə ilə müraciət edib ki, Epşteyn özünün Floridadakı mülkündə onları seksə məcbur edib.

Belə işlərə görə sıravi amerikalıya, ən azı, iyirmi il “parlayardı”. Amma Epşteyn ştatın prokuroru ilə məhkəməöncəsi sövdələşmə haqda anlaşdı. İki ən önəmsiz ittiham maddələrilə razılaşdı, buna görə isə qalan ittihamların hamısı üzərindən götürüldü. Bir neçə aylıq həbs aldı, özü də həftənin altı gününü onu “ofisdə işləməyə” buraxırdılar.

Burada incəlik bundadır ki, Amerika qanunlarına görə, insan cinayətə görə mühakimə olunubsa (lap qoy ən yumşaq cəza alsın), onu bu cinayətə görə məsuliyyətə daha cəlb edə bilmirlər.

Belə ki, Epşteyn öz fəaliyyətini sakitcə davam etdirib.

O, təmtəraqlı “Victoria’s Secret” tuman-köynək markalı flaqman brendi olan nəhəng “L Brands” moda korporasiyasının 81 yaşlı sahibi, milyarder Lesli Veksnerlə yaxın dostluq edib. Veksner öz aktivlərini yönəltməyi və başlıcası, “kastinqlərin təşkili”ni  ona etibar edib. Bu evfemizm altında model işləmək arzusunda olan həddi-buluğa çatmamış qızların cəlb edildiyi cinsi eyş-işrətlər gizlənirdi. Bu mahalda artıq “pedofil adası” adı verilən Litl Sent-Ceyms adası tez-tez  “kastinqlər”in keçirildiyi yer rolunu oynayırdı.

Bu yaxında fahişəliyə cəlb etmək haqda Epşteynin işi üzrə istintaq təzələnib. Məlumata görə, dünyanın hər yerindən aparıcı biznesmenlər və ən məşhur siyasətçilər “pedofil adası”na gəliblər. Epşteynin vip dostları da bunların içində olublar.

Özünü Epşteynin “cinsi köləsi” adlandıran qızlardan biri and altında ifadə verib ki, Litl Sent-Ceymsdə Bill Klintonla rastlaşıb, düzdür, qeyd edib ki, onu sekslə məşğul olan görməyib. Başqa bir qız iddiada açıqlayıb ki, Epşteyn öz rəfiqəsi Jislen Maksvellə birgə onu cəmi 17 yaşı olarkən Britaniya şahzadəsi Endryu ilə seksə vadar ediblər.

ABŞ Demokrat Partiyasının üzvləri Epşteynin çevrəsində xüsusi fəallıq göstəriblər. İddiaçı qadınlardan biri bildirib ki, Epşteyn ona Menin keçmiş qubernatoru Corc Mitçellə və Nyu-Meksikonun keçmiş qubernatoru Bill Riçardsona qulluq göstərməyi əmr edib. Hər iki siyasətçi Dempartiyadan idi.

İstintaqın avqustun 9-da dərc etdiyi məlumatlar aysberqin ancaq suüstü hissəsidir. Bu gün Epşteynin işində 10 mindən çox səhifə var. Yalnız güman etmək qalır ki, onda dünya liderlərini nüfuzdan salan nə qədər material yığılıb. Amma, görünür, işi bağlamaq lazım gələcək, çünki baş fiqurant avqsutun 10-da vaxtında öz həyatına necəsə qəribə bir şəkildə son qoyub.

Epşteynin ölümü həyatından heç də az müəmmalı çıxmayıb. Onu pəzəvənglik və həddu-buluğa çatmayanları fahişələiyə cəlb etməyə görə iyulun 6-da həbs ediblər. İyulun 24-də  həbsxana otağının astanasında kəsilmiş boğazı ilə huşsuz halda tapıblar. O zaman onu özünə gətirib və güclü müşahidə altında saxlayıblar. Amma güclü müşahidəni tezliklə götürüblər. Nəzərdə tutulub ki, Epşteynin yanına otaq yoldaşı verəcəklər, qorumanın zabiti isə hər 30 dəqiqədən bir otaqda ona baş çəkəcək.

Bunun heç birini etməyiblər. Sərəncamında bu dünyanın güclüləri haqda nufüzdansalıcı materillar olan adam təkadamlıq otağında ölü tapılıb.

Hətta ABŞ-ın baş prokuroru da bunun intihar olduğuna şübhə edib. FTB yubanmadan araşdırmaya başlayıb. Bu arada Amerika ictimaiyyəti adıyaman “Klintonların siyahısı”nı yada salıb. Onda siyasi cütlüyü nüfuzdan salan materiallara malik olan, ya həlak olmuş, ya da müəmmalı və araşdırılmamış şəraitdə intihar etmiş onlarla adamın adı var. “Vzqlyad” qəzeti Set Riçin həlakı ilə bağlı bu siyahıdan yazıb. Epşteynin ölümündən əlüstü sonra sosial şəbəkələrdə “ClintonBodyAccount” – “Klintonların  cəsədlərinin hesabatı” haştaqı meydana çıxıb. Prezident Trampın qadın işçilərindən biri Epşteyn haqda xəbəri retvitləyərək çox gözəl bir neologizm düşünüb: Hillary’d. Təxmini tərcüməsi – “onu Hillarinin yaxasından asdılar”.

Klintonları dəfələrlə ittiham ediblər ki, onların maliyyə fırıldaqlarını, ya da dolaşıq cinsi əlaqələrini ifşa etməyə qabil çox adam o dünyaya yollanır. Əlbəttə, onların güclü inzibati resursları bu mövzuda istənilən araşdırmanı mümkünsüz edir. Lakin vətəndaşların sualları yığılmaqdadır – özü də təkcə siyasətçi ər-arvada deyil,  həm də Dempartiya rəhbərliyinə. Epşteynin müəmmalı həlakı belə suallardan biri olub.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə