XƏBƏR LENTİ

19 Sentyabr 2019
18 Sentyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 17:03

KÖRFƏZDƏ AMERİKA TƏYYARƏDAŞIYANINI BATIRMAQ:İranın ballistik raketləri buna qabildirmi? - TƏHLİL

Kayl Mizokami

“National Interest”, 09.08.2019

 

Son hadisələr, xüsusən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4 Triton” dronunun İran hərbi qüvvələri tərəfindən vurulması ABŞ və İran arasında müharibə ehtimalını yenidən artırır. Vaşinqtonla Tehran arasında yenidən qarşıdurma başlanıb, indi, dördüncü onilliyində bu gərginlik vaxtaşırı güclənir, təhrikedici olur. İran Amerikanın daha iri obyektinə, tutalım, təyyarədaşıyıcıya hücum etmək qərarına gəlsə, öz raket gücündən necə istifadə edə bilər?

İran 40 il ərzində ballistik raket qüvvələrinə xeyli sərmayə qoyub. Çin və Şimali Koreya kimi. Çünki hərbi aviasiya bahalı sahədir və ABŞ-a rəqib olmaq üçün hərbi hava qüvvəsini inkişaf etdirmək və saxlamaq, həqiqətən, böyük vəsait tələb edir. Ballistik raketlər şərti kimyəvi, bioloji və hətta nüvə yükünü uzun məsafələrə daşımaq üçün nisbətən ucuz bir yol təqdim edir. Bu cür raketləri ələ keçirmək, əlavə bonus kimi, mürəkkəb və həm də bahalı bir işdir. Hər üç ölkə müxtəlif, böyük ballistik raket arsenallarını inkişaf etdirib, bəzən özləri və başqaları arasında qeyri-qanuni məlumat mübadiləsi aparıblar.

Tehran geniş və dəyişkən ballistik raket arsenalına sahibdir. İranın imkanlarını müəyyənləşdirmək çətindir, çünki ölkə daxilində məlumatlara sərt nəzarət olunur və hökumət öz hərbi imkanlarını çox vaxt şişirdir və ya diqqətdən yayındırır.

Tutaq ki, İran infraqırmızı axtarıcısı olan (“Fəthül-Mubin”) və 434 mil məsafəyə çatan gəmi əleyhinə ballistik raketlərə sahibdir. Dənizdəki gəmiləri vurmağı düşünmək üçün belə bir qabiliyyətə ehtiyac var. Lakin ballistik raketlərə sahib olmaq qədər digər vacib məsələ ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş qrupunu daimi hədəfdə saxlamaq üçün lazımi kəşfiyyat, nəzarət və müşahidə (İSR) qabiliyyətidir. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə daşıyıcıları və onların müşayiətçilərinin 35 düyün sürəti var, bu da hədəfəalma üçün hətta bir saatlıq məlumatı yararsız hala gətirir.

Mütəxəssislər hesab edirlər ki, Çində də Sakit okeanı davamlı nəzarətdə saxlamaq üçün İSR-ə oxşar tələbat yaranacaq, lakin İranın qarşısında daha asan bir vəzifə durur. İslam Respublikasının cənub sərhədləri, Fars körfəzi və Oman körfəzinin uzunluğu Kaliforniya, Oreqon və Vaşinqtonun birləşməsindən (hər ikisinin genişliyi 300 mildən azdır) daha uzun bir sahil xəttidir. Mürəkkəb kəşfiyyat aktivlərinə sahib olmayan İran kimi bir ölkə üçün təyyarə daşıyıcı döyüş qrupu qədər böyük bir hədəfi izləmək asandır. O, köhnəlmiş hərbi təyyarələr və helikopterlər, İran İnqilab Keşikçilərinin çoxsaylı kiçik gəmiləri, İran kəşfiyyatçıları və rejimlə dost ölkələrin mülki gəmilər də daxil olmaqla, ABŞ donanmasını nisbətən asanlıqla izləyə bilər.

Ehtimal ki, Tehran döyüş qrupunu öz sahillərinə mümkün qədər çox yaxınlaşdırmaq istərdi. Bu, ballistik raketlərinin hədəfi nişan alması üçün geniş ərazi ilə təmin edəcək. Üstəlik, buraxılışı əvvəldən aşkarlamadan yayınma şansı verir.

ABŞ-ın “JSTARS”, “RQ-4 Global Hawk” və s. kəşfiyyat aktivləri İran ərazisinə girmədən onu müşahidə edə bilər, bu da İranın hava məkanına girmədən raket hərəkətlərinin aşkarlanmasını mümkün edir. İran raketləri daha çox məsafəyə yetişmə və mürəkkəblik qazanır. Onlar ölkənin içərilərinə yerləşdirilə bilər. İran təxminən 636 min kvadrat mil sahəyə malik ölkədir. Kaliforniya, Nevada, Oreqon, Vaşinqton və Yutanın ümumi ərazisindən daha böyük.

Hücum olacağı təqdirdə, İran, ehtimal ki, təyyarə daşıyıcıya doğru ideal olaraq yüzlərlə raketi işə salacaq. Hətta hərəkət edən döyüş gəmisinə zərbə vurmaq üçün heç bir şansı olmayan raketlər həmin gəminin əhatəsindəki müdafiəçiləri təhdid edəcək.

Aegis Combat” sistemi ilə silahlanmış, idarə olunan raketlər, ehtimal ki, İran raketlərinin çoxunu məhv edəcək. Sahil xəttindən atılan qısamənzilli ballistik raketlər “SM-6” hava hücumundan müdafiə raketləri ilə hədəfdən yayındırılacaq. “Standard SM-2 Blok IV” məhdud anti-ballistik qabiliyyətə malikdir. Daha uzun mənzilli İran raketlərinə qarşı “SM-3” ballistik raketlərindən istifadə edilə bilər. Həqiqətdə, İran raketlərinin çoxu, hədəfi vurmaq üçün ağlabatan bir şansa sahib olmayacaq.

Bir şanslı İran raketi Amerika daşıyıcısını batıra bilərmi? Mümkün deyil. Ən yaxşı vuruş şansı olan, “Fəthül-Mubin” kimi qısamənzilli raketlər kiçik sürətlə hərəkət edir. Belə bir raket 100 min tonluq döyüş gəmisinə ölümcül bir təhlükə yaratmaq üçün nüvə başlığı daşımalıdır. İranın belə bir döyüş başlığı yaratması üçün parçalanan material və təcrübəsi yoxdur.

İdeal şəraitdə belə, İranın raket arsenalının ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı etibarlı bir təhlükə yaratması ehtimalı azdır. Deyilənlərə əsasən, İranın daha böyük atış ağırlığı və dəqiqliyi artırmaqla, daha uzunmənzilli raketləri inkişaf etdirməsini gözləmək olar.

Bəlkə də nə vaxtsa Pentaqon Oman körfəzinə gəmi göndərməkdən imtina edə bilər, amma o zamana hələ çox var.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə