XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 15:33

PATRUŞEV QƏFİLDƏN ERMƏNİSTANA GƏLDİ –Paşinyanla və erməni həmkarı Qriqoryanla görüşüb: nələr müzakirə olunub?

Ermənistanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşüb.

Strateq.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İrəvanda keçirilən Rusiya-Ermənistan təhlükəsizlik məsləhətləşmələrində beynəlxalq təşkilatlarda iki ölkənin milli təhlükəsizlik maraqları istiqamətində qarşılıqlı əlaqələri, həmçinin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə olunub.

“Nikolay Patruşev iki ölkənin beynəlxalq informasiya təhlükəsizliyi məsələlərində, həmçinin beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu, iki ölkənin stabil inkişafı, həmçinin terrorizmə və ekstremizmə qarşı səmərəli mübarizəsi baxımdan çox önəmlidir”, – deyə məlumatda bildirilir.

Patruşevlə Qriqoryan iki ölkə arasında Təhlükəsizlik Şuraları aparatları, hüquq-mühafizə orqanları, hərbi idarələr və xüsusi xidmət orqanları vasitəsi ilə qarşılıqlı əlaqələri də müzakirə ediblər.

Tərəflər regional təhlükəsizliyin vəziyyəti barədə fikir mübadiləsi apararıblar, həmçinin ticari-iqtisadi münasibətlərə toxunublar. Bundan əlavə, beynəlxalq təşkilatlar – Avrasiya İqtisadi Birliyi, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və BMT Baş Assambleyası çərçivəsində Rusiya-Ermənistan əməkdaşlığından danışıblar.

Patruşevin Qriqoryanla görüşü

 

“Məsləhətləşmələr yüksək səviyyədə qarşılıqlı anlaşmanı, eyni zamanda Rusiya və Ermənistan tərəflərinin milli təhlükəsizlik məsələlərinin həllinə yanaşmalarının oxşarlığını təsdiqlədi”, – deyə mətbuat xidmətinin məlumatında deyilir.

Nikolay Patruşev daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Ermənistan mətbuatının yazdığına görə, İrəvanda baş tutan görüş zamanı tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığı müzakirə ediblər.

Təhlükəsizlik məsələləri, iqtisadi və investisiya sahəsində ikitərəfli əməkdaşlığın qurulması, iki ölkənin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti, eləcə də beynəlxalq gündəmdəki bir sıra problemlər də müzakirə mövzusu olub.

Paşinyanla Patruşev Suriya xalqına humanitar yardımın göstərilməsinə və bu ölkədə dinc həyat şəraitinin bərpası məsələsinə də toxunublar.

Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, görüş zamanı Paşinyan Rusiya-Ermənistan münasibətlərinin dinamik inkişafını, həmçinin iki ölkə arasında dialoqun konstruktiv xarakterini vurğulayıb. Bildirib ki, Rusiya prezidenti və baş naziri ilə intensiv görüşlər, eləcə də digər yüksək səviyyəli təmaslar bunu sübut edir.

Rəsmi məlumatda o da qeyd olunur ki, Ermənistan Baş naziri və Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi, bölgədə balans və sabitliyin qorunması, həmçinin regional və beynəlxalq təhlükəsizlik problemləri barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Patruşevin Ermənistana işgüzar səfəri avqustun 12-də başlayıb və iki gün davam edəcək.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə