XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 19:16

ÇARIQLI HUSİLƏRƏ UDUZAN SƏUDİYYƏ ƏRƏBİSTANI BƏƏ-nin YEDƏYİNDƏ: “qətiyyət tufanı” ər-Riyadın üzərinə haçan qayıdacaq? – Təhlil

 

Reno Jirar

Le Figaro (Fransa), 13.08.2019

 

Səudiyyə Ərəbistanı 2015-ci il martın 25-də onlarla sünni ölkələrdən kolaisiyanın başında Yəməndə  husilərin (dağlı şiələrin) devirdikləri prezident Mənsur Hadinin hakimiyyətini bərpa qəsdilə geniş çevrəli hərbi əməliyyata başlayıb. Krallığı bu ekspedisiyaya 29 yaşlı müdafiə naziri (indi isə varis şahzadə) Məhəmməd bin Salman dümsükləyib. O, əməliyyatı “Qətiyyət tufanı” adlandırıb. Bu ərəb macərası bir aydan sonra başqa bir rəsmi ad alıb: “Ümidin dirçəlişi”. Və indiyədək davam edir. Üç milyon qaçqın və 11 milyon aclıq çəkənə əsasən fikir yürüdülsə, Yəmən xalqı, doğrudan da, əsil tufandan keçib. Bəs bunun “qətiyyəti” nədə idi? Və hansı “ümidi” dirçəldib? Demək çətindir…

Husilər hərbi sahədə ölkənin paytaxtı Sənanı indiyədək əldə saxlayırlar. Bu çarıqlı  döyüşçülər ərəb neft monarxiyalarının qırıcı- bombardmançılarının zərbələri altında geri çəkilməyiblər.

Humanitar planda əhali ərəb koalisiyasının qoyduğu cürbəcür embarqolardan və çağdaş hərb tarixində “cərrahi” anlayışdan ən uzaq bombardmanlar nəticəsində həmişəki təchizat kanallarının dağılmasından  ciddi ziyan çəkib. Ölkədə vəba peyda olub. 10 mindən çox dinc sakin heç bir ən cüzi “ümid” gətirməyən zərbələr altında həlak olub.

Siyasi planda tam fəlakət müşahidə edirik. Böyük liman və cənubun əski paytaxtı Ədən indi hərc-mərcliyə batıb. Avqustun 10-da prezident sarayı və üç hökumət kazarması Cənubi Yəmənin (bu ölkə 1967-1990-ci illərdə mövcud olub) bərpasını tələb edən separatçı silahlı dəstələr tərəfindən ələ keçirilib. Onlar “Təhlükəsizlik gözətçiləri xətti” qüvvəsinə aiddir, BƏƏ (bu neft monarxiyası ərəbistanlıların əsas müttəfiqi sayılır) tərəfindən silahlandırılır və maliyyələşdirilir. Yəqin ki, husilər məmnunluqla əllərini ovuşdururlar…

Səudiyyə Ərəbistanında yaşayan prezident Mənsur Hadi Ədəndə “dövlət çevrilişi”nə görə bütün məsuliyyəti BƏƏ-nin üzərinə qoyub.  Amma beynəlxalq ictimaiyyətin tanıdığı, lakin  daha heç bir əraziyə nəzarət etməyən Yəmən hökumətini daha kim ciddi qəbul edir?

Səudiyyə Ərəbistanı onillik boyunca üç ciddi xarici siyasət fiaskosuna uğrayıb. Əvvəlcə 2012-2016-cı illərdə Suriyada sünni-islamçı cihadçılara (neft dolları və silahla) dəstək olub. 2017-ci ildə BƏƏ-dən müttəfiqlərlə birlikdə qonşu Qətərə münasibətdə tam embarqo qoymağa  uğursuz cəhd olub. Hər necə olsa da, sözsüz, Yəmən fiaskosu Səudiyyə sülaləsi üçün daha pis olub. Yəmən onun bütün güney sərhədi boyunca uzanır, amma onlar orada öz ordularının  tutarsızlığını və biabırçı strateji acizlik göstəriblər.  Bizdə artıq unudublar ki, o, Fransa jandarmeriyasının xidmətinə müraciət edib ki, 1979-cu ilin dekabrında Məkkədəki islamçı üsyan qaydaya salınsın və 1990-cı il avqustun 2-də İraqın Küveytə müdaxiləsindən sonra çaxnaşmaya düşərək hərbi iştiraklarını təmin etməkdən ötrü göz yaşları içində  amerikalılara üz tutmuşdu. Bu anda ərəbistanlıların hətta ağıllarına da gəlmirdi ki, təcavüz qurbanı olmuş küveytli yoldaşlarına yardım etmək üçün mübarizəyə girişsinlər. Yəmən və Qətərdəki macəraya gəlincə, istisna deyil ki, incə strateq, Əbu-Dabinin müdafiə naziri və varis şahzadəsi Məhəmməd bin  Zaid Məhəmməd bin Salmandan istifadə edib. Məsələ burasındadır ki, BƏƏ lideri bölgəsəl talassoktratiya (torpaq  çatışmazlığı, ya da coğrafi durum nəticəsində bütün fəaliyyəti dənizlə bağlı olan dövlət tipi-tərc.) formalaşdırmaq üzrə strategiyanı davam etdirir. Keçmişdə Venetsiya Adriatik dənizində etdiyi kimi Məhəmməd bin Zaid də Hörmüz boğazından qıraqlarda mövqeyi bərkitməyə çalışır. Deməli, Ədəni saymasaq, BƏƏ Somali yarımadası bölgəsində, xüsusən Əssab (Eritreya), Bərbərə və Bosaso limanlarında (Somali) geniş iştirak edir. Ədən ayrılacağı halda BƏƏ yeni Cənubi Yəmənlə alyans bağlayar və husilərlə mübarizəni Səudiyyə Ərəbistanının üzərinə qoyar. Sonra iştahası elə hey artan Çinlə anlaşacaqlar…

Səudiyyənin Yəmən fiaskosu strateji planda Qərb üçün pis xəbərdir. İş bundadır ki, o, cəmiyyəti islahata köklənmiş şahzadənin daxili və xarici mövqeyini zəiflədir. Səudiyyə qadınlarına avqustun 1-dən qəyyumun icazəsi olmadan səyahət icazəsi verilib. Bu, ola bilsin, məktəb proqramlarını daha əhatəli dəyişdirməyə işarə etməklə irəli çox böyük bir addımdır.

Cihadçıların Qərbi vadar etdikləri Yüzillik savaşda ona vəhhabi ilahiyyatçıların yedəyində gedən şahzadə deyil, özünə güvənən Məhəmməd bin Salman gərəkdir.

Tərcümə Strateq.az-ındır.

 





Yuxarı Əvvələ Ana Səhifə