XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 09:03

PAŞİNYANIN BƏYANATI ERMƏNİLƏRİ BÖLÜB –Qarabağın işğalını Köçəryanın vəkili də təsdiqləyir - TƏHLİL

Sarqis Artsurini

“1in.am”, Ermənistan, 16 avqust 2019-cu il

 

Ermənistanın ikinci prezidenti və Artsaxın (Dağlıq Qarabağ nəzərdə tutulur, tərcümədə erməni müəllifin mövqeyi saxlanıb -tərc.) Qəhrəmanı adının daşıyıcısı Robert Köçəryanın vəkili Ovanes Xudoyan bəyan edib ki, Artsaxın azad edilmiş əraziləri “a priori” – öncədən məlum olduğu kimi, Artsax Respublikasının bir hissəsi sayıla bilməz, buna görə də 2008-ci ilin fevral-mart aylarında Yerevana gətirilmiş qüvvələr Artsax Respublikasının silahlı qüvvələrinin gücləri ola bilməz.

Vəkil belə bəyanatı, təbii, Köçəryanın razılığı olmadan verə bilməz. Buna görə, biz inamla təsdiq edirik ki, ikinci prezident “Rubikon”u keçib, başqa sözlə, elə bir vəziyyətə gəlib ki, artıq milli təhlükəsizliyi təhdid edən bəyanatlarla çıxış edir.

Bənzər bəyanatları, məsələn, dövri olaraq Artsaxın sərhədlərini şübhə altında qoyan, süni şəkildə DQR-i (mətndə belə gedib – tərc.) DQMV ilə eyniləşdirən Bakıdan eşitmək olar. Əgər Xudoyan azad edilmiş əraziləri Artsaxın bir hissəsi hesab etmirsə, “a priori” ehtimal edə bilərik ki, Köçəryan onları işğal edilmiş ərazilər kimi xarakterizə edir. Zamanında bunu onun çevrəsindəki görkəmli adamlardan biri – sabiq Xarixi işlər naziri Vardan Oskanyan parlamentdə deputatlardan birinin sualına cavab verərkən etmişdi.

Robert Köçəryanın vəkilinin bəyanatı siyasi baxımdan öz dərisini qorumağın təhlükəli əlamətidir. Dar şəxsi məqsədlər naminə Artsaxın suverenliyinə və subyektliyinə bundan güclü zərbə vurmaq mümkün deyildi. Köçəryan özünün prezidentliyi dövründə Artsaxa məhz belə münasibət göstərib: o, hesab edib ki, belə subyekt mövcud deyil, bundan əlavə, danışıqlar prosesindən sıxışdırılıb çıxarılan Artsax danışıqların obyektinə çevrilib.

İndi Köçəryan, mahiyyətcə, eyni şeyi daha təhlükəli nəticələrilə birlikdə edir. Özünün 01 mart 2008-ci il tarixdəki dəhşətli əməlini əsaslandırmaq üçün o, faktiki, bəyan edir ki, öz qüvvələri olan suveren Artsax mövcud deyil və erməni ordusu azad edilmiş əraziləri “işğal edib”. Başqa sözlə, Azərbaycan təbliğatının Ermənistanın, guya, bir sıra Azərbaycan ərazilərini “işğal etməsi” haqqındakı tezisi inkişaf etdirilir.

Təəccüblüdür ki, Artsax prezidenti Bako Saakyanın Aparat rəhbərinin müavini David Babayan “1in.am”la söhbəti zamanı qeyd edib ki, Köçəryanın vəkilinin bəyanatını şərh etmək istəmir. Çünki onlar Ermənistanın daxili siyasi, hüquqi proseslərinə müdaxilə etmirlər: “Bunu səlahiyyətli orqanlardan soruşmaq lazımdır”. Babayan eyni zamanda qeyd edib: “Artsaxın bütün bu proseslərə qoşulması düzgün deyil, biz qanunun aliliyinə əhəmiyyət veririk. Lakin Artsaxın Konstitusiyası var , siz hətta məndən soruşmaya və bu Konstitusiyanı oxuya bilərsiniz. Orada Artsaxın inzibati-ərazi bölgüsü var – neçə rayonun, hansı rayon mərkəzlərinin olması göstərilib”.

Stepanakertdən (Xankəndi – tərc.) bundan daha “dişsiz” bəyanat gözləmək çətin idi.

Robert Köçəryan öz vəkili vasitəsilə açıq şəkildə Artsaxın konstitusiya quruluşuna, onun ərazi bütövlüyünə tüpürür, DQR prezidentinin mətbuat katibi  isə deyir ki, Ermənistanın daxili siyasi, hüquqi proseslərinə qarışmaq istəmirlər. Əgər söhbət ərazi bütövlüyündən deyil, Robert Köçəryanın hüquqlarından gedəndə Bako Saakyan və Arkadi Qukasyanın aktiv “müdaxiləçi” olduqları xatırlanarsa, rəsmi Stepanakertin belə mövqe tutması həyasızlıqdır.

Ancaq problemin daha prinsipial qatı mövcuddur.

Köçəryanın vəkili diskursun mahiyyətini dəyişməklə, şüurlu şəkildə qarışıqlıq yaradır. Köçəryanın harada yerləşdirilmiş qüvvələrdən istifadə etməsi mühüm deyil. Əgər Ohanovskinin ifadələrində təkzib edildiyinin əksinə olaraq, onun qoşunların Artsaxdan gətirilməməsi haqqındakı versiyasını qəbul etsək də, istənilən halda, Köçəryan konstitusiya quruluşunu devirib. Çünki qanunvericilik onun silahlı qüvvələrdən, onların Artsaxda və ya Ermənistanda yerləşməsindən asılı olmayaraq, istifadə etməsini ümumiyyətlə qadağan edirdi. Köçəryanın müdafiəçisi faktiki etiraf edir ki, silahlı qüvvələrdən istifadə edilib. Başqa sözlə, konstitusiya quruluşunun devrilməsi faktını etiraf edir.

Ancaq diskussiya yanlış müstəvidə davam edir. Bu, hüquqi baxımdan mənasız, siyasi planda isə təhlükəlidir. Çünki erməni tərəfinin maraqları Köçəryanın şəxsi ambisiyalarına tabe etdirilir.

Tərcümə Strateq.az-ındır

 





Yuxarı Əvvələ Ana Səhifə