XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

18 Sentyabr 2019 - 12:37

ERMƏNİ DÖVLƏTİNƏ VƏ PAŞİNYAN HÖKUMƏTİNƏ SON QOYACAQ İKİ BÖYÜK TƏHLÜKƏ: Azərbaycan ordusu və Amulsar yatağının uran layları - Araşdırma

Artaşes Qeqamyan

regnum.ru, 17.09.2019

 

REGNUM İA sentyabrın 15-də “Paşinyanın uzaqlaşdırılması Azərbaycanın təcavüzünü önləməyin əsas şərtidir” başlıqlı məqalə dərc edib. Shame.am saytında cəmi bur gün boyunca baxış sayı 26 680-i  aşıb, bu zaman məqaləni dəyərləndirən oxuculardan 80%-i ona “əla” (74,29%) və “yaxşı” (5,71%) qiymət verib. Oxucuların çoxu bununla yanaşı məqalədə Amulsar qızıl yatağında uran ehtiyatlarının varlığı haqda  ötəri adı xatırlanan informasiyanı daha ayrıntılı açqılamağı xahiş edib. Ermənistanın görkəmli dövlət xadimi Karen Seroboviç Dəmirçyanın Ermənistanın yeraltında uranın varlığı haqda (geologiya sahəsində yüksək peşəkar mütəxəssis Rudolf Aramaisoviç Arutyunyandan aldığım) məlumatıma sərt reaksiyasını əvvəllər yalnız qəşəng söz xatirinə xatırladığım təəssürat yaranmasın deyə bu haqda bəzi ayrıntıları göstərirəm.  Deməli, hələ 2007-ci ildə “Горный журнал”da (oxucuların nəzərinə – Rusiyanın dağ işi və dağ elmləri sahəsində ən qədim dövri nəşri “Горный журнал” 1825-ci ildə I Aleksandrın göstərişi ilə təsis olunub) geologiya-mineralogiya elməri doktoru Q.P.Aloyanın “Ermənistanın radioaktiv xammalının resurs potensialı və mənimsənilməsi perspektivləri ” başlıqlı məqaləsi dərc olunub. Habelə qeyd edək ki, “Горный журнал” dağ işi və dağ elmləri sahəsində son dərəcə nüfuzludur, dərgi 2018-ci ildə isə RF Təhsil və Elm Nazirliyi AAŞ-ın (ali attestasiya şurası-tərc.) qərarı ilə “Elmlər doktoru və namizədi elmi adı müsabiqəsi üçün dissertasiyaların əsas elmi nəticələrinin dərc edilməli olduğu, resenziyalaşdırılan aparıcı elmi dərgi və nəşrlərin siyahısı”na daxil edilib. Deməli, budur, Aloyanın sözügedən məqaləsində oxuyuruq:

“Ermənistan və Rusiya mütəxəssislərinin məlumatına görə, respublikada müxtəlıif geoloji və formasiya şəraitində yerləşən 34 uran (və qismən torium) yatağı  üzə çıxarılıb və müxtəlif dərəcədə, ya da hətta az öyrənildiyindən energetika sahəsində sonrakı bir sıra vəzifələri həll etmək üçün güclü mədən potensialı meydana çıxa bilər… Vaytsdzor qrupu Vardemes, Zovaşen, Yelp, Amulsar, Qetap, Vernaşen, Vayk və Şərqi mədən əlamətləri ilə təmsil olunub… Amulsarda uran təzahürü Keçut kəndindən 4 km cənubi-şərqdə və eyniadlı dağdan 4 km şimali-qərbdə yerləşir. Sahə eotsen porfiritlərindən formalaşıb, bunlar ayrı-ayrı hissələrdə 50 m, bəzi yerlərdə 100 metrədək qalınlığında turşuluq zonası yaradan kvarsitlərə və hidrotermal dəyişilən və kvratslaşan süxurlara çevrilib. Eotsen çöküntüləri dəyişilmiş qabbro, qabbro-dioritlərin … mədən yatağı ilə üzə çıxır. … Uranın miqdarı geniş hüdudda dəyişir – mində bir hissədən 0,5%-ə qədər… Amulsar mədəninin beş sahəsində təzahür, gözəyarı, 76 ton uran hesablanıb, torium sahəsindəki uran nəzərə alınsa, onun ümumi ehtiyatı 100 ton dəyərləndirilə bilər”.

Mən bilə-bilə heç nəyi redaktə etmədim ki, mümkün opponentlərim tərəfindən “ümumi kontekstdən çıxarılmış sitat gətimək”də ittiham edilməyim. Əziz oxucu, dərindən düşün: “Amulsar mədəninin beş sahəsində təzahür, gözəyarı, 76 ton uran hesablanıb, torium sahəsindəki uran nəzərə alınsa, onun ümumi ehtiyatı 100 ton dəyərləndirilə bilər”. Beləliklə, Amulsar qızıl mədəninin istismarı Sevan (Göyçə-tərc.) gölünün suyunu zəhərləmək planında ekoloji fəlakəti gizlədərək (“Lydian Armenia” ildə 100 tona yaxın sianid işlətməyi planlaşdırır. Yəni Amulsar yatağının on il müddətində mənimsənilməsi Ermənistanın hidrosferinə 1000 ton sianid atacaq) Ermənistan Respublikası əhalisinin daha təhlükəli radioaktiv zəhərlənməsini ört-basdır edir.  Yəni iddia etməyə haqqımız var ki, Ermənistan dövlətçiliyinin özünün varlığı təhlükə altındadır. Təəssüf ki, bu, şişirtmə deyil, vur-tut, gerçək təhlükələri və milli təhlükəsizliyə çağırışları qeydə almaqdır. Həqiqətin gözünə baxsaq, bu şəraitdə Nikol Vovayeviç Paşinyanı baş nazir vəzifəsindən uzaqlaşdırmaq təkcə Azərbaycanın təcavüzünü önləməyin əsas şərti deyil, həm də erməni dövlətinin – Ermənistan Respublikasının varlığına zəmanətdir. Yəni ER-in yatırım cazibədarlığını və s. və.i.a. itiriəcəyi haqda söz-söhbət yalnız diqqəti dünya siyasətinin bəlli güc mərkəzinin və Yaxın Şərqdəki ən yaxın müttəfiqinin əsil geopolitik niyyətlərindən yayındırmağa nəzərdə tutulmuş bayağı laqqırtıdır.

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə