XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

13 Mart 2016 - 14:56

Dünya iqtisadiyyatını idarə edən əsas transmilli şirkətlər –Siyahı

dunya-1

 

Bir-iki il əvvəl necə oldusa, 43 min transmilli korporasiya arasındakı əlaqələri təhlil edən İsveçrə alimlərindən birinin videosu gözümə dəydi. Alimlər dünya iqtisadiyyatına gerçək təsir göstərən nisbətən kiçik təşkilatlar qrupunu üzə çıxarıb (hər halda, bu, 2007-ci ildə baş verib). "New Scientist" yazır ki, İsveçrənin Sürix ali texniki məktəbinin araşdırıcıları korporasiyalar arasındakı əlaqələri təhlil etmək üçün məlumatların təhlilinin riyazi modelini tətbiq ediblər. Alimlər sistemli təhlil nəticəsində qarşılıqlı sahibləri olan 1318 korporasiyadan ibarət kürəsəl korporativ nəzarət şəbəkəsini aşkarlayıblar: bu şirkətlərin hər biri, ən azı, daha iki başqa şirkətlə bağlıdır, onların arasındakı bağlılığın orta miqdarı isə 20-yə bərabərdir. Onların gəlirləri ümumilikdə ümumdünya əməliyyatı mədaxilinin 20%-ni təşkil edir, lakin səhmlər və törəmə şirkətlər vasitəsilə dünyada gerçək iqtisadiyyatın ümumdünya mədaxilinin 60%-ə qədərini təmin edən aparıcı müəssisələrinin böyük hissəsinə nəzarət edir.

Sonrakı araşdırmalar bu şəbəkənin 147 şirkətin daxil olduğu və öz aralarında sıx şəkildə əlaqələnən “superqurumlar”ın nüvəsini üzə çıxartdı. Həm də bunların böyük hissəsini "Barclays", "JP Morgan Chase", "Goldman Sachs", "Merrill Lynch", "Morgan Stanley", "Bank of America", "UBS", "Deutsche Bank", "Société Générale", "Credit Suisse" kimi və başqa maliyyə institutları təşkil edir. Onların aktivləri bir-biri ilə sıx şəkildə çulğaşır və kürəsəl korporartiv sərvətə nəzarət imkanı verir. Beləliklə, şirkətlərin 1%-dən azından ibarət nüvə dünya iqtisadiyyatının, demək olar, yarsına nəzarət edən kürəsəl superstrukturu təmsil edir. Tədqiqatçılar bu əlamətə işarə edirlər ki, aşkarladıqları superstruktur kiçik ölçüsü, nüvədaxili qarşılıqlı əlaqədə qəlizliyi və dolaşıqlığına baxmayaraq, korporativ şəbəkənin kürəsəl nəzarətinin böyük qismini həyata keçirdir.

Əsərdə nümunə kimi məşhur maliyyə oyunçularının cüzi qismi bütün nüvənin dolaşıqlığı haqda təsəvvvür yaradan əlaqələri nəzərdən keçirilir. Müəlliflər izah edirlər ki, sistemin yalnız kiçik lokal nümunələri araşdırılıb, kürəsəl miqyasda idarəçiliyi dəyərləndirmək üçün isə uyğun metodologiyanı yaratmaq isə hələ qarşıdadır. Araşdırıcılar kürəsəl korporativ nəzarət şəbəkəsinin vizual illüstrasiyasını təklif ediblər. 1318 şirkətin şəbəkəsi iki qrupla təmsil olunub: 147 superinteqrasiyalı şirkət (qırmızı rəngli nöqtələrlə işarələnib) və qalan 1171 yüksəkinteqrasiyalı şirkət (sarı rəngli npöqtələrlə işarələnib). Nöqtələrin ölçüsü şirkətlərin nisbi gəlir həcmini ifadə edir.

qovuq-1

Alimlərin hesab etdiyi kimi, bu hadisənin iqtisadi sistemə təsiri araşdırıcılar və siyasətçilər üçün yeni, önəmli məsələlər qoyur. Hakimiyyətin biriklənməsi özlüyündə nə pis amildir, nə də yaxşı. Təhlil göstərir ki, bu cür kürəsəl strukturun meydana çıxması dünyanı idarə etmək üçün hansısa əlbirliyin nəticəsi deyil, sadəcə, çağdaş korporativ iqtisadiyyatın özünütəşkilinin məntiqi mərhələsini əks etdirir. İqtisadi sistem üzvlərinin bağlılığı sərvət istehsalına şərait yaradırsa, pul axınları labüd şəkildə daha sıx əlaqəli sistem üzvlərinə sarı yerdəyişimi edir. Buna görə də transmilli korporasiyalar siyasi deyil, iqtisadi səbəblərlə bağlı aktivlərin sahibidirlər.

Alimlər hesab edirlər ki, araşdırma dünya iqtisadiyyatının maliyyə böhranlarına meylliliyini izah edə bilər. İqtisadi gücün azsaylı rabitəli təşkilatların əlində cəmlənməsi ona görə təhlükəlidir ki, bu cür şəbəkələr qeyri-sabitdir. Bir qurumdakı problemlər sürətlə digərinə keçir ki, bu da “domino effekti” doğurmağa qabildir.

Ceyms Qlattfelder şərh edir: “Dünya 2008-ci ildə bildi ki, bu cür  şəbəkələr dayanıqsızdır. Bu şirkətlərdən "Lehman Brothers" kimi biri acınacaqlı duruma düşsə, mütləq o biriləri də ziyan çəkəcək”.

Aşağıda araşdırma müəlliflərinin məqalədə misal gətirdiyi və kürəsəl nəzarət şəbəkəsi təşkil edən 147 “supertəşkilat”dan TOP-50-i təqdim edilib:

1. Barclays plc

2. Capital Group Companies Inc

3. FMR Corporation

4. AXA

5. State Street Corporation

6. JP Morgan Chase & Co

7. Legal & General Group plc

8. Vanguard Group Inc

9. UBS AG

10. Merrill Lynch & Co Inc

11. Wellington Management Co LLP

12. Deutsche Bank AG

13. Franklin Resources Inc

14. Credit Suisse Group

15. Walton Enterprises LLC

16. Bank of New York Mellon Corp

17. Natixis

18. Goldman Sachs Group Inc

19. T Rowe Price Group Inc

20. Legg Mason Inc

21. Morgan Stanley

22. Mitsubishi UFJ Financial Group Inc

23. Northern Trust Corporation

24. Société Générale

25. Bank of America Corporation

26. Lloyds TSB Group plc

27. Invesco plc

28. Allianz SE 29. TIAA

30. Old Mutual Public Limited Company

31. Aviva plc

32. Schroders plc

33. Dodge & Cox

34. Lehman Brothers Holdings Inc*

35. Sun Life Financial Inc

36. Standard Life plc

37. CNCE

38. Nomura Holdings Inc

39. The Depository Trust Company

40. Massachusetts Mutual Life Insurance

41. ING Groep NV

42. Brandes Investment Partners LP

43. Unicredito Italiano SPA

44. Deposit Insurance Corporation of Japan

45. Vereniging Aegon

46. BNP Paribas

47. Affiliated Managers Group Inc

48. Resona Holdings Inc

49. Capital Group International Inc

50. China Petrochemical Group Company

Bu siyahıda əsasən banklar və maliyyə qrupları təmsil edilib. Bu da aydındır, çünki banklar həcminə görə 10 dəfə çox aktivə sahibdir.

Hazırda dünyanın ən böyük bank və maliyyə qruplarının reytinqi bu cür görünür:

siyahi-1

 

Oko-Planet.su

Tərcümə Strateq.az-ındır