XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

30 Mart 2016 - 04:10

Rus mətbuatı İŞİD üzvü olan azərbaycanlıların 3 rayondan toplandığını yazdı –Sumqayıt, Şabran və Qusar...

isid-11

Oko-planet.su 

Rusiya

 

Suriyada müharibə göstərir ki, lap bu yaxınlarda “Suriyanı qarışdırdılar”“Əsədi Ştatlara satdılar” bağıranların proqnozları tam əksinə alındı: yenidən silahlandırılmış və yarım il ərzində təlim görmüş hökumət qoşunları hərbi ekspertlərimizin, kəşfiyyatımızın və bölgə müttəfiqlərimizin dəstəyi sayəsində uzun müddət İŞİD-in dayaq məntəqələrindən biri olmuş Palmiraya hücumu başa çatdırdı.

Bu qələbə həm də önəmli diplomatik uğurdur. Birincisi, Əsədin ordusunu, nəhayət, “dinc əhali”yə hücum və “qaçqın axını” yaratmaqda ittiham etmək olmaz. Bu, İŞİD-ə hücumun beynəlxalq etirafıdır və Cenevrə danışıqlarında Əsədə güclü kozır verəcək.

İkincisi, bu əməliyyatın uğuru indiyədək Moskvanın oyuncağı adlandırılan və onun arxasında gizlənməkdə ittiham edilən Əsədin təkcə müstəqilliyini sərgiləmir, hətta Rusiya HKQ-nin zərbə hissəsi Suriyadan çıxarıldıqdan sonra, şübhəsiz, faktı gözardı etmək olmaz: Əsəd ordusu irimiqyaslı vəzifələri həll edəcək və nəticəyə nail ola biləcək ciddi qüvvədir.

Prezident Putin hava-kosmik qüvvələrimizi Suriyaya yeridərkən qarşıya hansı məqsədi qoymuşdu? O deyirdi ki, orada döyüşən terrorçular orada da ölməlidirlər. Ki, sonra onları Rusiyada və yaxud qonşu ölkələrdə öldürmək lazım gəlməsin.

Və indiki anda nə müşahidə edirik? Əsəd ordusu Suriyada vuruşan İŞİD terrorçularını uğurla məhv edir. Bu əməliyyatın hərbi əhəmiyyəti isə çox böyükdür: Palmiradan quzeyə (Rakkayadək) və güneydə İraq sərhədindək başabaş səhradır. Bu ərazi “İŞİD-in nəzarətində” hesab edilirdi. Bu ərazini indi xəritədə İŞİD-in qara rəngindən açıq rəngə boyamaq olar.

Palmiranı tutduqdan sonra isə hazırda mühasirədə olan Dayr-əz-Zaur şəhəri ilə quru yolu əlaqəsi yaratmaq mümkündür. Bu şəhər “İŞİD paytaxtı” Rakkanın İraq və İordaniya sərhədləri ilə əlaqəsini kəsmək vəzifəsi baxımından strateji əhəmiyyətə malikdir.

Və beləliklə, Rusiya Suriyada özgə əliylə iki dövşan vurur: Əsədin qüvvə toplayan və nüfuzlu hərbi qələbələri terrorçularla sakitcə haqq-hesab çürüdür və müxalifətlə təmas yaradaraq ölkədə barışığı dirçəldir. Rusiyaya isə ancaq bu prosesi himayədə saxlamaq, hərbi mütəxəssislərlə və Cenevrədə, digər siyasi instansiyalarda öz siyasi çəkisi ilə yardım etmək qalır.

 

"The Soufan Group": İŞİD sıralarında hansı ölkələrdən nə qədər terrorçu vuruşur?

 

Cihadçıların Belçikadakı son teraktları və Suriyada Palmira ətrafında  döyüşlər İŞİD-in İraq və Suriyadakı hərbi, iqtisadi və terror potensialı haqda məsələni yenidən gündəmə çıxartdı.  

Özəl "The Soufan Group" (SG) analitik şirkəti İŞİD sıralarında vuruşan əcnəbi döyüşçülər haqda son hesabatı dərc edib. Qeyd edək ki, SG hökumətlərə və beynəlxalq təşkilatlara təhlükəsizlik məsələləri üzrə strateji-analitik kəşfiyyat məlumatı təqdim etməklə xidmət təşkil edir. О, bəzi daha mürəkkəb beynəlxalq problemərin həlli ilə məşğuldur və təhlükəsizlik problemeləri üzrə çoxillik təcrübə, təlim və məsləhətə malikdir. SG ABŞ-a istinad etməklə təhlükəsizlik sahəsində kürəsəl və üstmilli problemlərlə məşğul olan qeyri-hökumət təşkilatına nümunədir. Onun Nyu-Yorkda mənzil qərargahı, Çikaqo, London, Doha və Sinqapurda bölgə ofisləri var. Şimali və Cənubi Amerikada, Avropada, Yaxın Şərqdə, Asiya və Afrikada “əməliyyatlar” keçirdir.

"Soufan Group" 2014-cü ilin iyununda Siriyadakı İŞİD döyüşçüləri haqda ilk məruzəsini təqdim etdi. SG ekspertləri təkcə Suriyada İŞİD-in 81 ölkədən 12 min yaraqlısını müəyyən edə bildilər. SG 18 aydan sonra yeni məruzəsində qeydə aldı ki, İŞİD-in cilovlanması və onun sıralarına könüllülərin gəlişinin önlənməsi üzrə dayanıqlı beynəlxalq səylərə baxmayaraq, təkcə Suriyada əcnəbi yaraqlıların sayı iki dəfədən çox artıb. SG hesablayıb ki, ən azı, 86 dövlətdən 27 mindən 41 minədək əcnəbi İŞİD-ə və digər ekstremist təşkilatlara qoşulmaqdan ötrü İraq və Suriyaya yollanıb. Başqa bir dəyərləndirməyə – MKİ-yə görə, 2015-ci ilin sentyabrında dünyanın 100-dən çox ölkəsindən Suriyadakı əcnəbi yaraqlıların sayı 30 mini keçirdi.

SG müəyyən etməyə nail oldu ki, əcnəbi yaraqlıların axını üzrə artım dünyada bərabər deyil. Bəzi bölgə və ölkələr qalanlara nisbətə daha dərin artım nümayiş etdirir. Rusiya da bu sırada görünür. Birləşmiş Ştatlardan yaraqlıların ələ alınması əsasən sosial şəbəkələrin hesabına baş tutur. Ailə və dostluq münasibətləri də bununla bağlı önəmli rol  oynamağa başlayıb. Hazırda İŞİD-də döyüşmüş və Qərb ölkələrinə qayıdanların orta göstəricisi 30% təşkil edir ki, bu da təhlükəsizlik üçün ciddi problem doğurur.

SG İŞİD-in və digər ekstremist təşkilatların Suriya və İraqdakı əcnəbi yaraqlılarının sayının təyin edilməsi zamanı açıq qaynaqlardan – BMT məruzələri, ekspert müəssisələrinin araşdırmaları, elmi qaynaqlar və müxtəlif hökumətlərin məmurlarının ifadələrindən faydalanır. Əlbəttə, SG etiraf edir ki, dəyərləndirmə həmişə dəqiq olmur və məlum qeyri-müəyyənlik səviyyəsi həmişə var. Hökumətlərin əksəriyyəti pöroblem izləsə də, rəsmi rəqəmləri qəsdən vermir. Mövcud rəsmi hesablamaların metodikası da açıqlanmır. Bundan başqa, statistika heç də həmişə yaraqlının qayıtması və yaxud həlakı faktını əks etdirmir. Bəzi qiymətləndirmələr əcnəbi yaraqlıların sayına hələ ərinin dalınca getmiş qadınları və uşaqlarını da əlavə edir.

İŞİD-in əcnəbi yaraqlıları dünyanın bölgələri üzrə aşağıdakı şəkildə bölünüb:

Qərbi Avropa – 5 min;

Keçmiş SSRİ – 4700;

Şimali Amerika – 280;

Balkanlar – 875;

Məğrib ölkələri (Şimali Afrika) – 8 000;

Yaxın və Orta Şərq – 8240;

Cənubi Asiya – 900.

Ölkələr üzrə bölgü isə sıradakı kimidir:

Tunis – 6000 (rəsmi) 2015, oktyabr;

Səudiyyə Ərəbistanı – 2500 (rəsmi) 2015, oktyabr;

Rusiya – 2400 (rəsmi) 2015, sentyabr;

Türkiyə – 2000−2200 (rəsmi) 2015, noyabr;

İordaniya – 2000 (rəsmi) 2015, sentyabr;

 

MDB ölkələri və keçmiş sovet respublikaları:

Azərbaycan – 104 (rəsmi), 216 (qeyri-rəsmi) 2014, may;

Gürcüstan – 50 (qeyri-rəsmi) 2015, iyul;

Qazaxıstan – 300 (rəsmi) 2015, yanvar;

Qırğızıstan – 500 (qeyri-rəsmi) 2015, yanvar;

Moldova – 1 (rəsmi) 2015, yanvar;

Tacikistan – 386 (rəsmi) 2015, may;

Türkmənistan – 360 (qeyri-rəsmi) 2015, yanvar;

Özbəkistan – 500 (qeyri-rəsmi) 2015, yanvar.

Gətirilən rəqəmlər bildirir ki, Suriya vətəndaş müharibəsində və İraq hərc-mərcliyində ekstremist qruplaşmaların artımı əslində yerli və bölgə hadisəsi olaraq qalır və gəlmələrin əksəriyyətinin ərəb ölkələrindən olduğunu ifadə edir.

Türkiyə də İŞİD-ə xeyli sayda yaraqlı tədarükçüsüdür, lakin əks axın da müşahidə olunur. Türkiyə hökumətinin 2015-ci il noyabr məlumatına əsasən, bu ölkənin 50 vətəndaşı İŞİD-ə, 100 nəfər isə “Cəbhət ən-Nusra”ya qoşulduğuna görə həbs edilib.

Deyəsən, ayrı-ayrı ölkələrin və beynəlxalq cəmiyyətin cəhdlərinə baxmayaraq, Qərbi Avropa və Rusiyadan İŞİD-ə qoşulanların sayı artmaqda davam edir.

Qeyd edək ki, bu gün İŞİD-ə qoşulanların əksəriyyəti siyasi deyil, şəxsi motivlərdən bu addımı atır. Bununla belə, İŞİD-ə “səfərbərlik”,  həqiqətən, kürəsəl xarakter daşıyır.

Rusiya və keçmiş sovet respublikaları 2014-2015-ci illərdə İŞİD-ə “yaraqlı tədarükü”ndə, ən azı, üçqat artım nümayiş etdirib. Yaraqlıların əksəriyyəti Şimali Qafqazdan – Çeçenistan və Dağıstandan, az qismi Azərbaycan və Gürcüstandan gəlir. Azərbaycanda yaraqlıların yığılması bir neçə şəhərdə, xüsusən də Sumqayıt, Şabran və Qusarda baş tutur.

SG öz hesabatında sıradakı qənaətə gəlir: Yaxın dövrdə Suriyada vətəndaş müharibəsi bitməyəcək və İŞİD böyük basqı altında olsa da, xeyli müddət duruş gətirəcək.

 

Məqalədən müəyyən ixtisarlarla edilmiş tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə