Gündəm

  • " width="300" height="266" />
    Bakıda yarimstansiyada və bəzi elektrik şəbəkələrində fəsadlar yaranıb –"Azərişıq"dan açıqlama
  • " width="300" height="266" />
    BAKININ BƏZİ ƏRAZİLƏRİNİ İFLİC EDƏN GÜCLÜ YAĞIŞ… –Həyət evlərini, metrostansiyasını da su basıb + VİDEOLAR
  • " width="300" height="266" />
    Pompeo İrana şərtlərini açıqladı:"Məqsədimiz rejimi dəyişdirmək deyil, istəyimiz çox sadədir..."
  • " width="300" height="266" />
    “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənirik…” –Prezident İlham Əliyev Ruhaniyə başsağlığı verdi
  • " width="300" height="266" />
    XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya:"Ona Paşinyanın cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik”
  • " width="300" height="266" />
    TERROR XƏBƏRİNDƏN DƏRHAL SONRA RUHANİ PARADI TƏRK EDİB –Təhlükəsizlik qüvvələri bunu qəsd ehtimalı ilə əlaqələndirib
  • " width="300" height="266" />
    Konstitusiya Məhkəməsindən dollar krediti olanlara bəd xəbər –Devalvasiya problemi vətəndaşın üzərində qaldı  
  • " width="300" height="266" />
    ETİMAD İSMAYILOV DƏFN EDİLDİ –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    MİLLİ MƏCLİSDƏ TƏNTƏNƏLİ İCLAS BAŞLANIB –Prezident İlham Əliyev iclasda iştirak edir
  • " width="300" height="266" />
    ABŞ Rusiyanın 33 vəzifəli şəxsini “qara siyahı”ya saldı –Pompeodan qərar

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın sabiq prezidenti Sabit Bağırov:“Heydər Əliyevə təcili məktub yazdım, o da kontraktı ləğv elədi” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

23 Sentyabr 2018
22 Sentyabr 2018

Digər Xəbərlər

23 Avqust 2016 - 14:34

Türkiyə-İran-Rusiya əməkdaşlığını zəruri edən problemlər:Suriya düyünü və Kürd dövləti təhlükəsi...

ruhani-erdoqan-111 

Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi azalmır. Suriyada silahlı toqquşmaların şiddəti artır. Minbicin ərəb-kürd alyansından ibarət "Suriya Demokratik Gücləri" tərəfindən İŞİD-in əlindən alınması Suriyanın şimalında qüvvələr nisbətini dəyişə bilər. Bu qruplaşmaya dəstək verən Vaşinqton bir sıra hallarda İran və Türkiyənin maraqlarını nəzərə almır. Ekspertlərin rəyinə görə, ABŞ-ın strateji məqsədi Suriya-İraq-Türkiyə "üçbucağı"nda vahid kürd ərazisi yaratmaq, orada dövlət qurmaq və sonrakı mərhələdə ondan İranla Türkiyəyə qarşı istifadə etməkdən ibarətdir. Bu proses Rusiyanın Suriyadakı mövqeyini də zəiflətmiş olar. Çünki söhbət Moskvaya yaxın olmayan yeni dövlətin yaranmasından gedir. Bütün bunların fonunda indiki mərhələdə Ankara-Tehran-Moskva əməkdaşlığının real olaraq meydana gəlib-gəlmədiyi ciddi məsələyə çevrilir. Bu prosesin perspektivi varmı? Ekspertlər bu suala cavab axtarırlar.

 

"Üçbucaq diplomatiyası": Yaxın Şərqdə yeni müttəfiqlik imkanları

 

Ekspertlər Suriya məsələsində Türkiyə, İran və Rusiya arasında əməkdaşlığın formalaşmasından danışmağa başlayıblar. "Əl-Həyat" nəşri isə avqustun 13-də yaydığı informasiyada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin üç ölkənin Suriya ilə bağlı görüş keçirməsini təklif etdiyini bildirib. Bunlar bir qədər təəccüblü görünə bilər. Çünki Türkiyə başlanğıcdan Suriya məsələsində Rusiya-İran tandeminə qarşı olub. Ankara ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvüdür. Lakin bunlara baxmayaraq, Yaxın Şərqdə "siyasi kartların" yenidən paylanması ehtimalını istisna etmək doğru olmazdı. Çünki Henri Kissincerin təbirincə desək, "siyasətdə daimi dostlar yox, daimi maraqlar vardır". Yaxın Şərqdə də gözlənilməz hadisələr baş verir.

Bu sırada Türkiyədə hərbi çevriliş cəhdinin dönüş nöqtəsi olduğunu demək mümkündür. Həmin hadisədə Amerikanın əlinin olması haqqında kifayət qədər informasiyalar gedib. Vaşinqton bunu inkar edir. Ankara isə başqa mövqedədir. Hazırda Türkiyəyə ABŞ-dan yüksək səviyyəli səfərlərin olacağı barədə məlumatlar yayılır. Hətta baş nazir Binəli Yıldırım Vaşinqtonu ittiham etmədən səmərəli müzakirələrin keçəcəyini vurğulayır.

Bunlara baxmayaraq, Ankaranın Rusiya ilə yaxınlaşma siyasətini davam etdirəcəyi gözlənilir. Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanılaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir. İranın xarici işlər nazirinin Ankaraya səfəri zamanı bu aspektdə danışıqlar apardığını da nəzərə almaq lazımdır.

KİV-in yaydığı informasiyaya görə, C.Zərifin Ankara səfərində iki ölkənin Suriyanın bütövlüyünü qoruyub saxlamaq niyyəti və "separatçı kürd qruplaşmaları"na qarşı mübarizədə ortaq mövqenin formalaşdığı qeyd edilir (bax: Антон Мардасов. Сирийский расклад / "Свободная пресса", 14 avqust 2016). Hər iki məsələ İran və Türkiyə üçün çox önəmlidir. Maraqlıdır ki, Rusiyanı da həmin şərtlərin qane etdiyi barədə ekspertlər fikir bildirirlər.

Məsələn, tarix elmləri doktoru Vladimir Yurtayev "regionda qarşılıqlı əlaqənin tarixən bu cür presedentinin olmadığını" deyərək, Rusiyanın ona qoşulmasını zəruri sayır (bax: Светлана Гомзикова. Эрдоган задумал "Тройственный союз" / "Свободная пресса", 20 iyul 2016). O, bu kimi əməkdaşlıq formatının arxasında bir zamanlar Yevgeni Primakovun həyata keçirdiyi "üçbucaqlar diplomatiyası"nın durduğunu söyləyir.

O dövrdə söhbət Rusiya-Çin-Hindistan əməkdaşlıq formatından gedirdi. Lakin İran bu modeldən aktiv istifadə edən ölkələrdəndir. Bu baxımdan C.Zərifin İran-Türkiyə-Rusiya formatında əməkdaşlıqdan danışması Tehranın siyasi-diplomatik fəaliyyət ənənəsinə uyğun görünür.

Təbii ki, rusiyalı alimin fikirlərini analiz etmək niyyətində deyilik. Ancaq burada daha ciddi amillərin rol oynadığını vurğulamaq istərdik. Əvvəlcə onu deyək ki, təşəbbüs İran tərəfdən deyil, Türkiyədən gəlib. Hələ keçən ayın 18-də Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefon danışığında bəyan etmişdi ki, Suriya məsələsində Tehran və Moskva ilə daha yaxından əməkdaşlıq etmək istərdi (bax: əvvəlki mənbəyə). Onda İran rəhbəri bu fikrə çox sevinmiş və razılığını bildirmişdi. Məsələ ondan ibarətdir ki, Tehran hesab edir ki, Yaxın Şərqdə aranı qarışdıranlar yalnız terror qrupları deyil, həm də bir sıra supergüclərdir. Bu baxımdan İran və Türkiyənin ortaq mövqedə olması zamanın tələbi kimi görünür. Ayrıca kürd kartından Amerikanın regionun böyük dövlətlərinə qarşı necə istifadə etməsi fonunda bu, kifayət qədər strateji mahiyyət kəsb etmiş olur.

 

Maraqlar uyğunlaşanda: Suriyada qüvvələr nisbətinin yeniləşməsi

 

Bununla bağlı bir neçə fakta müraciət edək. Parisdə yerləşən "İran milli azadlıq ordusu"ndan başqa, Tehrana qarşı mübarizə aparan bir neçə radikal kürd qruplaşması da mövcuddur. Onlar aşağıdakılardır: İran Kürdüstanı Demokratik Partiyası (PDKİ), Kürdüstanın Azadlığı Partiyası (PAK), İran Kürdüstanının Birləşmiş Partiyası (KOMALA) və Kürdüstanın Azad Həyat Partiyası (PJAK) (bax: Антон Мардасов. Курдская карта Ирана в руках иностранных разведок / "Свободная пресса", 12 iyul 2016).

KİV-in yazdığına görə, bu ilin iyun ayından etibarən həmin qruplaşmaların İranda fəallığı kəskin artıb. Bir neçə dəfə silahlı toqquşmalar olub. Bundan başqa, Parisdə iyunun 28-30 tarixində keçirilən "İran milli azadlıq ordusu"nun konfransında Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş şefi Türki bin Feysəl "Tehran rejimini çökdürməyə" çağırış edib.

Ekspertlər bu cür gedişatdan belə nəticə çıxarırlar ki, söhbət İrana qarşı hazırlanmış planların reallaşmağa başlamasından gedir. Deməli, Tehran artıq separatçılıq təhlükəsini öz üzərində hiss etməkdədir. Bu da təbii olaraq ABŞ-ın tərtib etdiyi və Yaxın Şərqdə həyata keçirilməli olan destruktiv planlarına qarşı region dövlətləri ilə əməkdaşlığı zəruri edir.

Eyni fikirləri Türkiyə üçün də demək olar. Ankaranı separatizm alovunun içinə çoxdan atıblar. İrandan fərqli olaraq, bu ölkə uzun illərdir ki, aktiv surətdə terror məkanına çevrilib və burada əsas rolu kürd qruplaşmaları oynayır (başlıca qüvvə PKK-dır, lakin bir neçə solçu radikal qruplar da mövcuddur). Etiraf edilməlidir ki, İranla Türkiyə bu cür destruktiv fəaliyyətə qarşı çoxdan birləşməli idilər, lakin nədənsə bu sahədə əməkdaşlıq alınmırdı. İndi bəlkə də bu qədər itkilər olmazdı. Ancaq gecikmiş olsa da, Tehranla Ankaranın terrorla mübarizədə ciddi əlaqələr qurmaq niyyətləri müsbət nəticələr verə bilər.

Onu demək lazımdır ki, Rusiyanın həmin məsələdə İranla Türkiyənin yanında olması mümkündür. Ən azından ona görə ki, burada ABŞ-ın planlarının pozulmasından söhbət gedir. Sirr deyil ki, hazırda regionda fəaliyyət göstərən əsas terror qruplarının Vaşinqton və onun yaxın müttəfiqləri tərəfindən idarə edildiyi barədə informasiyalar yayılır.

Bütün bunlar Suriya məsələsində qüvvələr nisbətinin dəyişməsindənmi xəbər verir? Bu nəticəni çıxarmağa xeyli əsas vardır. Lakin unutmaq olmaz ki, Türkiyə təhlükəsizlik və müdafiə sahəsində Qərbə çox inteqrasiya olunub. Onun tamamilə həmin sistemdən aralanması ilk növbədə özünün milli maraqlarına uyğun deyil. Çətin ki, Tehran və Moskva da Ankaradan bunu tələb etsin. Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun. Yerli xalqları bir-birinə düşmən edib, məzhəb savaşını alovlandırmaqla qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər yaradılır.

Maraqlısı isə kürdlərin regionun əksər xalqları ilə düşmən olmağın müstəqil dövlət quruculuğuna aparıb çıxara bilməsinə inanmasıdır. Tarix göstərir ki, bu, mümkün deyil! Burada regionun bütün xalqlarının bir "qazancı" ola bilər – sonu olmayan intriqalar, müharibələr, çəkişmələr və hamının süqutu! Bu kontekstdə Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalıdır. Eyni zamanda, Yaxın Şərq kimi böyük və əhəmiyyətli regionun təhlükəsizliyi naminə vacib addımdır.

Təbii ki, bu mərhələdə də hər bir ölkə daha çox öz marağına önəm verəcək. Türkiyə daha müstəqil siyasət yeritməyə çalışacaq, İran özünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək, Rusiya qlobal gücə çevrilmək planından vaz keçməyəcək. Ancaq indi onların hamısını birləşdirən ortaq məqsədlər də vardır. Məhz həmin sahədə Rusiya-İran-Türkiyə əməkdaşlıq formatının perspektivini görmək olar. Hesab edirik ki, bunun Cənubi Qafqaza da xeyri vardır. Azərbaycanın bu bağlılıqda atdığı addımlar və göstərdiyi təşəbbüslər hər cür alqışa layiqdir. Bakı regionun digər dövlətləri üçün bu məsələdə də bir nümunədir!

Newtimes.az