Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

20 Yanvar 2017 - 14:50

Milyarder qadınlar –“Loreal”ın tək varisi Lilian Bettenkur

lilian-betankur_ca2450c4b8

Yəqin ki çoxumuz Lilian Bettenkur adını eşitməmişik. Lakin hamımız kosmetika sektorunun imperatoru “Loreal” şirkətini tanıyırıq. Bu qadın həmin şirkətin sahibidir. O, dünyada fransalı varis, xeyriyyəçi və iş qadını kimi tanınır. Zəngin aildə doğulan bu qadın 1 əsrə yaxın yaşadığı həyatında qarşılaşdığı hər çətinliyə qalib gəlmiş güclü bir insandır.

Lilian Bettenkur 1922-ci il oktyabrın 21-də Fransada ailənin tək övladı olaraq dünyaya gəlib. Anası Lusi Medelin Bört (Louise Madeleine Berthe) və atası Ejen Şuller (Eugène Schueller) “Loreal”ı yaradıblar. O, 5 yaşında olarkən anası rəhmətə gedib. Atası Lilianı məyus etməmək üçün bir daha evlənməyib. Hər işlə yaxından maraqlanan bu qız 15 yaşında atasının şirkətində işə başlayıb. O, əvvəlcə şampun şüşələrini etiketləyib və köməkçi vəzifəsində işləyib.

Çalışqan və ağıllı bir gənc kimi böyüyən Lilian Şuller 28 yaşında fransız siyasətçi Andrey Bettenkur ilə ailə qurub. Bundan sonra o, xanım Bettenkur olaraq tanındı.

Andrey Lilianın atası tərəfindən maliyyələşən “La Cagoule” adlı faşist partiyasının üzvü idi. Bəzi tarixçilərə görə, Fransanın faşistlər tərəfindən işğalından əvvəl “La Cagoule” üzvləri silah oğurluğu və sinaqoqların bombalanması ilə məşğul olublar. Hərəkat üzvlərinin ilk gizli toplantısının “Loreal”ın ofisində keçirildiyi söylənilir. Yeri gəlmişkən, müharibədən sonra “Loreal” Andrey Bettenkur və qrupun digər üzvləri üçün sığınacaq verib. Daha sonra onlar burada öz çirkin keçmişlərinin izlərindən xilas olublar. 1953-cü ildə Lilian Andreyin qız övladı Fransuza dünyaya gəlib.

21 Nov 1988, Neuilly-sur-Seine, France --- French L'Oreal heiress, socialite, businesswoman and philanthropist Liliane Bettencourt and her husband politician and Academic Andre Bettencourt at home. Andre Bettencourt is elected member of the Fine Arts Academy on March 23, 1988 at the seat of Michel Fare. --- Image by © James Andanson/Sygma/Corbis

Lilian və Andrey Bettenkur

1957-ci ildə atası rəhmətə getdikdən sonra şirkətin idarəçiliyi Liliana qalıb və şirkətin ən böyük səhmdarı olub. Onun  rəhbərlik dönəmində həyat  yoldaşının da kariyerasında irəliləyiş baş verib. Andrey əvvəlcə deputat, daha sonra nazir olub. Həmin dövrdə xaricə səfərləri zamanı ərini tez-tez müşayiət edən Lilian zərif fransız xanımı imicini yaradıb. Lilian atasının və ərinin siyasi əlaqələri sayəsində 12-ci prezident Jorj Pompidunun ailəsi ilə tanış olub. Bundan istifadə edən Lilian şirkəti daha da böyüdüb. 1963-cü ildə “Loreal” ictimaiyyətə açıq elan edilib. Səhmlərinin 46,1 faizi satışa çıxarılıb. Lilian əsas səhm zərfini isə özündə saxlayıb. 1974-cü ildə isə Fransada prezident seçkilərindən sonra şirkətin müsadirə edilməsindən qorxaraq səhmlərin 50 faizini “Nestle” şirkəti səhmlərinin 3 faizi ilə dəyişdirib. Amma bu hadisə xanım Bettenkuru xeyriyyəçilikdən geri salmayıb.

Giorgio+Armani+Prive+Front+Row+Paris+Fashion+u4PIYJ8zdi5l

Lilian Bettenkur və qızı Fransuza 

O, 1987-ci ildə ailəsi ilə birlikdə “Bettenkur Şuller” fondunu yaradıb. Fond Fransanın Nöyü-sür Sen kommunasında yerləşir. Ümumi büdcəsi 15 milyon avro olan fondun 55 faizi təhsil və araşdırmalara, 33 faizi sosial layihələrə, 12 faizi isə mədəniyyət sahəsinə ayrılıb. Fond həmçinin müxtəlif sahələrə sponsorluq edir. Məsələn, 45 yaşdan aşağı tibb sahəsində çalışan şəxslərə “Dəqiq elmlər üzrə Lilian Bettenkur” mükafatı verilir. Qalibə tədqiqat sahəsini genişləndirmək üçün 250.000 avro pul hədiyyə edilir.

Lakin 2007-ci ildə Lilian Bettenkur zərərli uşaq qidaları istehsal etdiyinə, uşaq işçilərin istismarına yol verdiyinə və ölkədəki su qaynaqlarını monopoliyaya götürdüyünə görə “Black planet” (Qara Planet) mükafatını alıb. Bu mükafatı planeti çirkləndirən və insanlara zərər verən məşhurlara verirlər.

Bu qədər zəngin ailədən olmasına baxmayaraq Lilian media ilə maraqlanmır, adətən ziyafətlərə getmirdi. Buna görə mediada haqqında çox az məlumat var idi. Onun sevgi macərası ortaya çıxana qədər.

1987-ci ildə ziyafətlərdən birində Lilian rəssam-fotoqraf və publisist Fransua-Mari Banye ilə tanış olur. Banye Fransanın nüfuzlu ”Egoiste” jurnalı üçün Lilianın professional şəkillərini çəkməli idi. Bu vəsilə ilə tanış olub, münasibətə başlayıblar. O, Banyeyə fantastik pullar xərcləməyə başlayıb. Versiyalara əsasən, Lilianın rəssama sərf etdiyi məbləğ 1,3 milyard dollara çatıb. Bura hədiyyələrlə yanaşı həyatının sığortası üçün 2003-cü ildə 253 milyon, 2006-cı ildə 262 milyon avro, eləcə də 20 milyon avro dəyərində 11 incəsənət əsəri (Pikasso, Matissa, Mondrina, DeloneLejenin əsərləri), eləcə də nəğd pul daxildir.

vf_fran__ois_marie_banier_liliane_bettencourt_8595.jpeg_north_1160x630_white

Lilian Bettonkur və Fransua-Mari Banye

Bütün bunlara baxmayaraq uğurlu biznes siyasəti nəticəsində şirkəti gücləndirərək 2009-cu ildə şirkətin 31 faizini alıb və  ölkənin ən zəngin qadınına çevrilib. Elə bundan sonra Lilian üçün daha çətin vaxtlar başlanıb. Təxminən, 1 il sonra “Loreal”ın işçilərindən biri mediaya səsyazısı ötürüb. Səsyazısında 1 saata yaxın söhbət var idi. Lilian Bettenkur ilə bank mühasibi arasındakı bu söbətdən məlum olub ki, o, İsveçrə banklarında 30 milyon avro pul gizlədib. Bu da vergidən yayınmaq deməkdir. 1 ay sonra isə Lilian Bettenkurun keçmiş mühasibi Kleir Sibotun (Claire Thibout) Fransanın internet qəzetlərindən birinə verdiyi müsahibə siyasi qalmaqala səbəb olub. Onun dediyinə görə, Lilian Fransanın bir sıra görkəmli siyasi xadimlərinə sponsorluq edib. Bu dövlət xadimləri sırasında Fransanın keçmiş prezidenti Nikola Sarkozinin də adı çəkilib. Hətta külli  miqdarda pul dövriyyələri xanım Batenkurun Nöyü- sür Sendə yerləşən evində həyata keçirilib. İddialara görə, seçkilər zamanı Nikola Sarkoziyə150 min avro pul xərclənib. Bu açıqlamalardan sonra Kleir Sibot jurnalistlərə polislər tərəfindən təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, iddialarını geri götürməkdən ötrü təzyiqə məruz qalır. Lakin daha sonra bu fikirlər əsassız sayılaraq gündəmdən çıxarılıb.

Bir neçə il sonra hər şey Lilian üçün pisləşməyə başlayıb. Ona həkimlər tərəfindən altsheymer xəstəliyi diaqnozu qoylub. Daha sonra qızı onu məhkəməyə verərək qəyyumluq haqqı tələb edib. Lilianın vəkili jurnalistlərə açılqmasında “Xanım Bettenkur qızı ilə nüvə müharibəsinə hazırdır” deyib. Uzun müddət davam edən məhkəmə varidatın idarəçiliyini qızı Fransuzaya verilməsin haqda qərar çıxarıb. 2012-ci ildə Lilan “LOreal”ın direktorlar şurasından çıxıb.

Məlumat üçün qeyd edək ki, Lilian Bettenkur həmçinin əsrin fırıldaqçısı kimi tanınan Bernard Medoffun qurbanlarından biridir. Berdard Medoff Lilianı aldadaraq 2 milyon dollarını alıb.

“Forbes” jurnalı 2005-ci ildə Lilianı dünyanın ən güclü 39-cu qadını, 2016-cı ildə isə dünyanın ən zəngin 11-ci insanı kimi siyahıya salıb. 95 yaşlı Xanım Battenkur hal-hazırda yaxınlarının himayəsi altındadır. Onun xəstəliyi getdikcə daha da ağırlaşır.

Qəmər Şahbaz