XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 21:10

Rusiyalı deputatdan əcaib xahiş –İstintaq Komitəsindən Puşkinin ölümünü araşdırmağı xahiş edib

Leninqrad vilayəti parlamentinin deputatı Vladimir Petrov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən 1837-ci ildə duel zamanı həlak olmuş Aleksandr Puşkinin ölümünün təfərrüatlarını araşdırmağı xahiş edib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, deputatın fikrincə, Puşkinin bir çox müasirləri faciədən xəbər tutduqda onun ölümünün təsadüfən baş vermədiyi fikrini səsləndiriblər. “Şairi yaxından tanıyan şəxslər hətta onun qəsdən öldürülə biləcəyi ehtimalını ortaya atıblar”, – deyə deputat bildirib.

Qeyd edək ki, Aleksandr Sergeyeviç Puşkin 1837-ci il fevralın 10-da Sankt-Peterburq şəhərində Danteslə duel zamanı ölümcül güllə yarasından həyatını itirib. Şair Pskov quberniyasının Svyatoqorsk məzarlığında basdırılıb.