XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

12 Mart 2019 - 21:20

Mülki Aviasiya Təşkilatı səmada olan “Boeing 737 Max 8” təyyarələrini geri çağırıb –Səbəb

“Türk Hava Yolları”nın (THY) balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.

Buna səbəb Türkiyə Mülki Aviasiya Təşkilatının qərarı olub.

Bildirilir ki, İstanbul Atatürk Hava Limanından səmaya qalxaraq Böyük Britaniyaya istiqamət götürən 3 təyyarənin geri qaytarılmasına səbəb martın 10-da “Efiopiya Hava Yolları”na məxsus “Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzalarıdır.

Qeyd edək ki, hazırda THY-nin balansında 12 ədəd “Boeing 737 Max 8” təyyarəsi var/Azərtac.