XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 19:22

Çində “süni günəş” hazırlanacaq

Çinin Hefey şəhərində 2006-cı ildən nüvə sintezi prosesinin təqlidi üçün “süni günəş” hazırlanır. Günəş nüvə sintezinin köməyilə enerji yaradır. Alternativ və sonsuz enerji mənbəyi əldə etmək üçün alimlər plazmanı tokamak adlı xüsusi kameranın daxilində rekord temperatura qədər qızdırırlar. Tədqiqatçılar noyabr ayında plazmanı 100 milyon dərəcə Selsi temperatura qədər qızdırmağa nail olublar və bildirilib ki, “süni günəş” artıq 2019-cu ildə tamamilə hazır olacaq.

“EAST” adını daşıyan tokamak 1994-cü ildə sınaqdan keçirilmiş “HT-7” eksperimental qurğusunun dəyişdirilmiş versiyasıdır. Çin Milli Nüvə Korporasiyasının məmuru Duan Syurunun sözlərinə görə, tezliklə qurğu ion temperaturunda dönüş nöqtəsinə nail ola biləcək və onun tikintisini başa çatdırılmış hesab etmək mümkün olacaq. Bundan sonra bəşəriyyət təmiz enerjinin qeyri-məhdud mənbəyinə keçidə ən böyük addımlardan birini atacaq.

“Süni günəş” plazması həqiqi ulduzdan 7 dəfə daha isti olacaq. Əgər bu hədəfə həqiqətən nail olunarsa, yeni qurğu planetimizi alternativ enerji ilə təmin edəcək istilik-nüvə reaktorlarının yaradılması üçün etibarlı şablon olacaq. Çin bu hədəfə çatmaq üçün çox şeyə hazırdır, buna görə də tokamakın işləməsi üçün gündə 15 000 dollar sərf olunmasına göz yumur.

Qeyd edək ki, qeyri-məhdud və ya ucuz enerji mənbəyinin yaradılması üzərində daim iş aparılır. 2019-cu ilin başlanğıcında Nobel mükafatı laureatı Artur Eşkin öz gizli ucuz elektrik enerjisi mənbəyi haqqında məlumat vermişdi. (Azərbaycan müəllimi)