XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 20:33

Depressiyadan qurtulmağa kömək edən qurğu hazırlanıb- Avstraliyada

Avstraliyada depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar.

Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.

“Bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır” – universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, istehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

Həkimlərin fikrincə sınaqların nəticəsi ümidvericidir.