XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 19:12

Yağışdan sonra bərk gurultu gəldi və… –Türkiyədə sakinləri təəccübləndirən qəribə olay oldu + FOTOLAR

Türkiyənin Siirt rayonunun Konacik kəndində qəribə hadisə baş verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənddə şiddətli yağışdan sonra gurultulu səs yayılıb.

Kənd sakinləri sonradan bilib ki, bu gurultu Mazlum Taş adlı təsərrüfatçının taxıl zəmisində baş verən hadisə ilə əlaqəlidir. Belə ki, taxıl tarlasında 40 metr radiusunda, 20 metr dərinliyində səbəbi məlum olmayan böyük bir çuxur (quyu) əmələ gəlib.

Mazlum Daş deyib ki, çuxur qısa zamanda su ilə dolub: “İlk dəfə belə bir hadisəyə şahid olduq. 3 gün əvvəl möhkəm yağış yağdı. Az sonra isə  möhkəm gurultu eşitdik. Gəlib bu mənzərəni gördük. Quyuya daş atdım, səsi belə gəlmədi. Çox dərindir. Bu quyu mənim evimin 150 metrliyindədir. Çox qorxuruq. Səlahiyyətlilərə məlumat verdik, gəlib araşdıracaqlar”.