XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

24 May 2019 - 16:00

Tarixin ən zəngin şəxsi müəyyən edilib –Con Rokfeller

Amerikalı neft maqnatı Con Rokfeller dünya tarixinin ən zəngin şəxsi hesab olunub.

Amerikalı iqtisadçı Semyuel Uilyamson əvvəllər yaşamış zəngin şəxslərin sərvətlərini hazırkı göstəricilərlə müqayisə edib.

Qeyd olunub ki, C.Rokfellerin sərvəti bugünkü məzənnə ilə 350 milyard dollardan çox olardı. Bu, hazırda dünyanın ən zəngin şəxsi olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezosdan 3 dəfə çoxdur.

19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində C.Rokfellerin sərvəti ABŞ-ın ümumi daxili məhsulunun 1,6 faizini təşkil edirdi.

Bundan başqa, iqtisadçının təhlillərinə əsasən, Qədim Roma sərkərdəsi, Spartak üsyanına qalib gəlmiş Mark Krassın sərvəti bugünkü 210 milyard dollara bərabər olardı. /Trend