XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

24 May 2019 - 19:11

Yaponiyada yanğınsöndürən robot dəstəsi yaradılıb- FOTO

Yaponiyada irimiqyaslı yanğınların söndürülməsi üçün yanğınsöndürən robot dəstəsi yaradılıb.

Trend-in məlumatına görə, bu robotlar yanğının daha təhlükəli hissələrində istifadə olunacaq.

Bir dəstəyə dörd kateqoriyadan ibarət robot daxildir. Robotlardan biri pilotsuz uçuş aparatıdır. Bu aparat yanğının xüsusiyyətləri barədə dəqiq məlumatları çatdırır.

Digər robotlar isə dağıntıları təmizləmək üçün ekskavator tipli aparat, eləcə də su şlanqları olan təkərli maşınlardır.

Bu cür robotlar hadisə yerinə bir yük maşını vasitəsilə çatdırıla bilər.