XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

24 May 2019 - 19:55

Gəmilər meşə və balıq sənayesi tullantılarından hazırlanmış bioyanacaqla işləyəcəklər- Norveçdə

Norveç gəmiləri ağac və balıq tullantılarından hazırlanmış bioyanacaqla işləyəcəklər.

Azərtac Norveç KİV-lərinə istinadla xəbər verir ki, ölkənin kruiz, bərə və yükdaşımalarının operatoru olan “Hurtigruten” şirkəti öz teploxodlarının bir hissəsində bioloji qazla işləyən mühərriklər tətbiq etmək niyyətindədir.

Norveç şirkəti bu dəyişikliyi cəmi 6 gəmisində həyata keçirəcək. Beləliklə, 2021-ci ildən sonra gəmilər meşə və balıq sənayesinin tullantılarından alınmış bioyanacaqdan istifadə edə biləcəklər.

Bundan ötrü “Hurtigruten” artıq “Biokraft” bioyanacağı məsələsində texnoloji həllərin təqdim edilməsi üzrə yerli şirkətlə müqavilə bağlayıb. Gəmiçilik şirkəti, həmçinin ekoloji təmiz yanacağın tədarükünə dair müqavilə də imzalayıb.

Şirkətdən bildiriblər ki, bu, dünyada ən iri müqavilələrdən biridir. Söhbət on milyonlarca dollardan gedir, lakin dəqiq rəqəm göstərilmir.

Xatırladaq ki, iqlim dəyişikləri ilə bağlı artan problemlər fonunda Skandinaviya ölkələri atmosferə atılan zərərli tullantılar məsələsinə getdikcə daha çox diqqət yetirirlər.