XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

09 İyun 2019 - 18:15

İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib –"Xordad-15"

Bu gün İran Müdafiə Nazirliyi “Xordad-15” mobil hava hücumundan müdafiə sistemini təqdim edib.

Müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib.

Müdafiə naziri deyib ki, “Xordad-15” 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə “Sayad-3” raketləri ilə  məhv etmək qabiliyyətindədir. “Xordad-15″kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib.

“Xordad-15” 5 dəqiqəyə hazır vəziyyətə gətirilir.

Yeni silah artıq İran ordusunun sərəncamına verilib. /APA