XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

14 İyun 2019 - 20:23

Təbiətdə 570-dən çox bitki növü yox olub- Son 250 ildə

Son 250 ildə təbiətdə 570-dən çox bitki növü yox olub. Onların əksəriyyəti ekosistemləri ənənəvi olaraq istənilən dəyişikliyə kəskin reaksiya verən adalarda yetişən bitki növləridir.

Azərtac SVT telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat beynəlxalq alimlər qrupunun tədqiqatlarında yer alıb. Məlumatda bildirilir ki, XVIII əsrin ortalarında hər il iki bitki növü məhv olurdu, bu da Yer üzərində insanların məskunlaşmasından əvvəlki dövrə nisbətən 500 dəfə sürətli idi. Həmin dövrdə ekosistemdən 271 quş, amfibiya və məməlilər yox olub.

Alimlərin fikrincə, bitki və heyvanların məhv olmasının səbəbi insan fəaliyyəti, məsələn, meşələrin qırılması kimi faktorlardır. Hazırda dünyada 300 min bitki növündən 60 minə yaxını yox olmaq təhlükəsi qarşısındadır.

Botaniklərin tədqiqatının nəticələri Nature, Ecology & Evolution jurnallarında dərc olunub.