XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 09:45

ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub –Qərar

San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.

Bu barədə şəhər şurasının saytı məlumat yayıb.

“San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır”, – deyə şuranın qərarında bildirilir.

Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.

San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.

Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib. /Report