XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

28 İyun 2019 - 18:32

Pentaqon insanları ürək döyüntüsünə görə tanıyan lazer qurğusu hazırlayıb- Qurğu 200 metr məsafədən belə, işləyir

Pentaqon insanları ürək döyüntüsünə görə məsafədən tanıya bilən lazer qurğusu hazırlayıb.

“Jetson” adlandırılan texnologiyada dəri səthinin ürək döyüntüsü nəticəsində yaranan titrəyişini müəyyən etmək üçün infraqırmızı lazerdən istifadə olunur. Qurğu 200 metrə qədər məsafədən hətta nazik paltarın altında belə ürək döyüntüsünü müəyyən edə bilir.

İnsan ürəyinin döyüntüsü unikaldır, sifət və barmaq izindən fərqli olaraq onu dəyişmək mümkün deyil. Lakin mütəxəssislərin fikrincə, yeni texnologiyanın zəif nöqtələri də var: isti paltar “Jetson” qurğusu üçün keçilməz maneədir. Bundan əlavə, analiz və məlumat toplanması üçün insan 30 saniyə ərzində nisbətən hərəkətsiz dayanmalıdır. Həmçinin şəxsiyyətin müəyyən edilməsi üçün həmin şəxsin ürək döyüntüsü məlumat bazasında olmalıdır(azərtac).