XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

04 İyul 2019 - 11:55

Miqrantların yaşayışı üçün ən bahalı şəhərlər- Siyahı

Amerikanın konsaltinq şirkəti “Mercer” miqrantların yaşayışı üçün ən bahalı şəhərlərin siyahısını tərtib edib.

Reytinqə daşınmaz əmlakın qiyməti, nəqliyyat, yemək, paltar, ev üçün məhsullar və əyləncəyə xərclənən vəsait göstəriciləri daxil edilib.

Eyni zamanda, mütəxəssislər dolların yerli valyutaya nisbətini də nəzərə alıblar. Araşdırmanın əsas məqsədi çoxmilli şirkətlərin öz işçilərinə ödəniləcək kompensasiyaların məbləğini öyrənmək üçündür.

Sofiya şəhəri bu siyahıda 177-ci yeri tutur. Ən bahalı şəhər Honqkonq, ikinci yerdə Tokiyo, üçüncü yerdə isə Sinqapur yerləşib.

Gözlənilmədən birinci onluğa Türkmənistanın paytaxtı Aşqabad şəhəri daxil olunub. Aşqabad siyahıda 7-ci yeri tutub. Bununla yanaşı, miqrantların yaşaması üçün ən ucuz şəhər Daşkənd seçilib(azərtac).