XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

08 İyul 2019 - 20:14

Yaşamaq və işləmək üçün ən yaxşı ölkələr- Siyahı

Yaşamaq və işləmək üçün ən yaxşı ölkələrin reytinqi tərtib edilib. İspaniya bu siyahıda dördüncü yeri tutub. Reytinq “HSBS” bankının sifarişi ilə “HSBC Expat” təşkilatı tərəfindən hazırlanıb. Tədqiqatların nəticələri 18 min əcnəbi işçi arasında aparılan sorğuya əsaslanıb.

Birinci yerdə İsveçrə, ikinci yerdə Sinqapur, üçüncü yerdə isə Kanada qərarlaşıb. Ötən il İspaniya bu reytinqdə onluğa da daxil ola bilməyib, yalnız 14-cü yeri tutmuşdu.

İspaniya həyat keyfiyyəti, təhlükəsizlik və əlverişli iqlim sayəsində bu siyahıda yer alıb. Bundan başqa, İspaniyanı iş üçün deyil, yaşamaq üçün daha çox seçirlər. Sorğuların nəticələri göstərir ki, iş axtarışı və karyera qurmaq üçün bu ölkə heç uyğun gəlmir. Bununla yanaşı, İspaniyaya gələn əcnəbilərin 83 faizi etiraf edirlər ki, onların həyat keyfiyyəti yaxşılaşıb.

Rəyi soruşulanların təxminən yarısı (48 faiz) bəyan edib ki, onlar İspaniyada hətta səhhətlərini yaxşılaşdırıblar. Respondentlərin 58 faizi isə, həmçinin psixoloji durumlarının yaxşılaşdığını qeyd ediblər. Hər iki göstərici dünya üzrə orta göstəricilərdən əhəmiyyətli dərəcədə yüksək olub (müvafiq olaraq, 33 faiz və 35 faiz)(azərtac).