XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

12 İyul 2019 - 16:19

“Makqreqor heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək” –Dünya boksunun "Dəmir adam"ından maraqlı açıqlama

“Hesab edirəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

Bunu dünya boksunu əfsanəsi Mayk Tayson deyib.

O, MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqordan güclü olduğunu iddia edib. M. Tayson hesab edir ki, bu rəqiblər nə qədər qarşılaşsa, hər dəfə rusiyalı qalib gələcək. Lakin bu görüşlər ətrafında ajiotajın səbəbkarı Makqreqordur: “Azarkeşlər də onların qarşılaşmasını görmək arzusundadırlar. Buna baxmayaraq, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. O heç vaxt Nurməhəmmədovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.  /APA