XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 14:50

“Tramp özünü mənə bənzətməyə çalışır” –Şvartsenegger

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın qəlbinin dərinliklərində özünü ona bənzətməyə çalışdığını iddi edib.

Aktyor bu fikrini yerli jurnalların birinə müsahibəsi zamanı səsləndirib.

“Nə üçün D.Tramp sosial şəbəkələrdə daim sizə söz atır” sualına cavab olaraq aktyor deyib: “Düşünürəm ki, o, məni sevir. Yoxsa o, daim sosial şəbəkələrdə nə üçün mənə söz atır?”.

Daha sonra isə 72 yaşlı aktyor əlavə edib: “İşin əsli budur ki, o, mən olmaq istəyir”. /Trend