XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 19:00

Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi –VİDEO

Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirilib.

Qala Dövlət Etnoqrafiya Qoruğunda baş tutan festivalda qonaqlara qutabın göy, ət, qarın, şabalıd, balqabaq çeşidlərinin hazırlanması qaydası nümayiş etdirilib. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova deyir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanın milli mətbəx nümunələrini dünyada tanıtmaqdır.

Qeyd edək ki, Lavaş 2016-cı ildən Türkdilli ölkələrin, o cümlədən Azərbaycanın irsi kimi UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına düşüb. /Oxu.az