XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

09 Noyabr 2015 - 14:32

Xalq artisti vəsiyyətini etdi – Mirasından köməkçisinə pay ayırdı

Xalq artisti Flora Kərimova köməkçisi Yaqut xanıma böyük jest edib. O, mirasını övladları ilə yanaşı köməkçisinə vəsiyyət edib.

Bu barədə o, “Atv Maqazin” verlişinə danışıb:

“Yaqut cavanlığından yanımdadır. Anası onu mənə etibar edib. övladlarım bilirsiz, xaricdə yaşayırlar. Mirasım həm oğlum Oqtay, həm qızım Zümrüd, eyni zamanda Yaqutun arasında bölünüb”.

“Anam rəhmətə gedəndən mən Flora xanımın yanında yaşayıram. Zümrüdü mən böyütmüşəm. Yadımdadır ki, Flora xanım Zümrüdün dünyaya gəlməsini istəmirdi. Həkimlə danışmışdı, uşağı bətnindən götüzdürmək istəyirdi. Evin qapısını bağlayıb, açarı gizlətdim. Zümrüdün atasını yığıb, təcili evə çağırdım. Vəziyyəti biləndən sonra Flora xanımla danışdı və onu fikrindən döndərə bildik”. (gecce.az)